GenelGüncelKültür SanatTürk Dünyası

Zəhmətkeş gənclər hərəkatının yadda qalan xatirə və təəssüratları

1972-ci il noyabrın 10-17-dək Moskvada Zəhmətkeş Gənclərin Ümumdünya Məclisi keçirilmişdir.

Ümumdünya Məclisinə dünyanın 160-dən artıq ölkəsinin nüfuzlu,gənclər hərəkatında ictimai fəallıqları ilə fərqlənən zəhmətkeş gəncləri dəvət olunmuşdu.
Moskvada keçiriləcək Ümumdünya Məclisinə dəvət alanda çox sevindim.
Bu da təbiidir.Dünya səviyyəli görüşdə Azərbaycanı təkcə mən təmsil edəcəkdim.
…Tədbirlər Kremlin Qurultaylar Salonunda keçirilirdi.O vaxtkı dövr üçün diqqəti cəlb edən gəncər hərəkatının lider və öndə gedən təmsilçiləri öz maraqlı çıxışları ilə özlərini dünyaya tanıdır,haqq,ədalət uğrunda apardıqları mübarizənin vacibliyini xüsusilə qeyd edirdilər.Çıxışlar sinxron olaraq,

5 dilə tərcümə olunurdu.
Mən o vaxtlar  Bakıdakı leytenant Şmidt adına neft maşınqayırma zavodunda tokar işləyirdim.İstehsalatdan ayrrılmadan Azərbaycan Dövlət Universitetinin qiyabi filologiya fakültəsini təzəcə bitimişdim.Fakültə Elmi Şurasının qərarı ilə Azərbaycan SSR EA Nəsimi adına Dilçilik İnstitutunun aspiranturasına göndərilmişdim .Bir neçə gün idi ki, qəbul imtahanlarının nəticəsini gözləyirdim.Moskvada olan günlərdə eşitdim ki,aspiranturaya qəbul olunmuşam
Qiyabi aspiranturanın ilk ilini tokar işləyə-içləyə qurtardım.Sonralar partiya işində çalışdım.
İndi o günlərin foto şəkillərinə baxanda xatirələr yada düşür,yaşanan günlər gözlərimin önündən şəkilmir.

Zəhmətkeş Gənclərin Moskvada keçirilən Ümymdünya Məclisi dünya gənclərinin ilk böyük tədbirlərindən biri  kimi  sonralar  bir çox tarixi hadisələrin  inkişafını sürətləndirdi.

Bu Məclis  dünya gənclərinin   haqq,ədalət,müstəqillik uğrunda mübarizəsinə əhəmiyyətli təsir  göstərdi.

Moskva. Noyabr,1972-ci il…Kremlin Qurultaylar Salonu..

Москва. Ноябрь 1972. Всемирная Встреча Трудящейся Молодежи.

Mockva.Noyabr 1972. Zəhmətkeş Gənclərin Ümumdünya Görüşü (Məclisi)

Nazim Nəsrəddinov
Nazim Nəsrəddinov

Nazim Nəsrəddinov,

Azərbaycan Respublikasının  Əməkdar müəllimi

Bakı,

17.11.2019.

Pin It on Pinterest