Yusuf Vezir Çemenzeminli
YUSİF VƏZİR ÇƏMƏNZƏMİNLİ
Həyatı və yaradıcılığı
Yusif Vəzir Çəmənzəminli – Azərbaycan dövlət adamı və yazıçısı – 1887-ci il sentyabr ayının 12-də Azərbaycanın səfalı yerlərindən biri olan Şuşa şəhərində anadan olmuşdur.
Yusif Vəzirin atasi Məşədi Mirbaba Mirabdulla oglu Vəzirov Şuşa bəylərindən biri idi. Onun bəyliyi 1873-cü il aprel ayının 13-də Şuşa qəza idarəsi tərəfindən
təsdiq edilmis və ona bu haqda səhadətnamə verilmisdir. Yusif
Vəzirin daşıdıgı Vəzirov soyadı XVIII əsr Qarabag hökmdarı
İbrahimxəlil xanın nüfuzlu vəzirlərindən biri olan Mirzə
Əliməmmədaganın tutdugu vəzir vəzifəsinə baglı olaraq nəsildənnəsilə
keçmisdir. İbrahimxəlil xanın vəziri Mirzə Əliməmmədaga
Vəzirov soyadını daşıyan Məşədi Mirbaba (Yusif Vəzirin atası)
nəslinin ulu babasıdır.
Qeyd etmək lazımdır ki, 1797-ci ilin iyun ayında İran hökmdarı
Ağaməmməd şah Qacar, Şuşanı zəbt etdiyi zaman İbrahimxəlil xan
tərəfindən Türkiyə dövlətinə yenicə səfir təyin olunmuş Mirzə
Əliməmmədağanı dustaq etdirib qətlə yetirir. Beləliklə, Mirzə
Əliməmmədağaya səfir olmaq qismət olmur.
Taleyin qisməti belə gətirir ki, uzun illərdən sonra Türkiyədə
səfirlik etmək Mirzə Əliməmmədağa nəslinin nümayəndəsi
Y.V.Çəmənzəminliyə nəsib olur. O, 1919-cu ildə yeni yaranmış
Azərbaycan Demokratik Cümhuriyyətinin Türkiyədə ilk səfiri olur.
Yusif Vəzirin atası Məşədi Mirbaba İran, Orta Asiya və Türkiyənin
bir qismini gəzmişdi, fars və türk dillərini mükəmməl bilirdi. O,
ədəbiyyat ilə də məşğul olardı və Firdovsi ilə Füzulini çox sevərdi.
Eyni zamanda xanəndələrə muğamatdan dərs deyərmiş. Məşədi
Mirbaba gənc yaşında var-dövlətini qonaqlıqlarda xanəndəsazəndələrə,
yeyib-içməyə xərcləyib, kasıb düsdükdən sonra
Ağdamda attar (dərman və ədviyyat satan) dükanı açır və orada
nüsxəbəndlik (qədim tibb kitabları əsasında dərman düzəldən həkim)
edir.
Yusif Vəzir ilk əvvəl Şuşada “Kar Xəlifə” ləqəbi ilə tanınan
Molla Mehdinin məktəbində oxuyur. Molla Mehdinin yanında
təhsilin səmərəsiz olduğunu hiss edən Məşədi Mirbaba oglu Yusifi
Agdama aparır və onun təhsili ilə özü məşğul olur. Ona türk və fars
dillərini öyrədir. Yusifin atası onun rusca öyrənməsini də istəyirdi.
Ağdamda rus məktəbi olmadıgı üçün Yusif Muradbəylidəki rus
məktəbinə getməli olur. Yusif bir il bu məktəbdə oxuyandan sonra
hazırlaşıb realnı məktəbinə girmək üçün 1896-ci ildə Şuşaya qayıdır
və imtahan verib Şuşa realnı məktəbinə daxil olur. O zaman Şuşa
realnı mıəktəbə tədris və təchizat etibarilə Qafqaz orta məktəbləri
sırasında birincilərdən sayılırdı.
Şuşa realnı məktəbinin yuxarı kurs tələbəsi, Yusifin böyük qardaşı
Əbülhəsən nümunəvi tələbə oldugu üçün Yusifin də realnı məktəbdə
yaxsı tələbə olmasına çalısırdı. Lakin Əbülhəsən istədiyi kimi ona
müvəffəq ola bilmirdi. Çunki Yusifin riyaziyyata o qədər də marağı
yox idi. Yusif oxuduğu kitablarda hər şeydən çox rəssamların və
heykəltaraşların tərcümeyi-halına diqqət yetirərdi.
Yusif Vəzir hələ kiçik yaşlarında rəsm əsərləri çəkməklə məşğul
olmuşdu. Əvvəlcə təbiət mənzərələri, sonralar isə ictimai-siyasi
motivli karikaturalar çəkməyə başlamısdı.Yusifin tələbəlik illərinin
sevinci uzun sürmür. Gözlənilmədən onun böyük qardası Əbülhəsən
xəstələnir və 1904-cü ildə vəfat edir. Yusif Vəzirin 21 yaslı qardası
Əbülhəsən vaxtsız ölümü onu hədsiz dərəcədə sarsıdır. Baş verən
bədbəxt hadisə ataları Məşədi Mirbabanın və anaları Seyid əziz
xanımın tez-tez xəstələnmələrinə səbəb olur. Bu hadisə dünyada
haqq və ədalət olmasına inanan Yusifdə də ümidsizlik dogurur və
onun uzun müddət dərsləri ilə məşğul ola bilməməsinə səbəb olur.
Bir müddət keçəndən sonra qardaşı Əbülhəsənin yaratdığı zəngin
kitabxana Yusifə verilir. Yusif Vəzir kitabxanadaki rus və əcnəbi
klassiklərin kitabları ilə yaxından tanış olandan sonra onda rəsm ilə
bərabər ədəbiyyata da böyük maraq oyanır. Yusif Vəzir Şuşa realnı
məktəbində təhsilini rus dilində aldığı üçün 1904-cü ildə həyatından
şikayət tərzində yazılmış “Jaloba” adli ilk şerini rusca yazmışdı.
Yusif Vəzir rusca yazdığı bir neçə şerini Şuşa realnı məktəbindəki
rus dili müəllimi Klemiyə göstərir. Müəllim şerləri gözdən keçirib
ona Çexovu oxumağı məsləhət görür. Çexovun sirin və duzlu
hekayələri Yusif Vəzirin çox xoşuna gəlir. Yusif realnı məktəbində
oxuyan zaman əmisi oglu və dostu Mirhəsən Vəzirovla birlikdə rus
dilində “Fokusnik” adli, ?l ilə yazilmis yumoristik və karikaturalı
aylıq jurnal çixarırdılar. Bu jurnalda verilən yazılar həcmcə kiçik
olsa da, məzmunca diqqəti cəld edirdi. 1905-ci ilin yayında erməni
daşnaqlarının təbliğatı nəticəsində Şuşada milli qırğın başlayır. Polis
və hökümət əsgərləri bu düsmənçiliyə qarsı laqeyd münasibət
bəslədikləri üçün iki xalq biri-birini qırır, evlərini yandırıb, xaraba
qoyurdular. Şuşanın təhlükəli vəziyyətindən dogan əsəbilik Yusif
Vəzirin atasi Məşədi Mirbabanın tez-tez xəstələnməyinə səbəb olur.
Yusif Vəzirin atasi 1906-ci il fevral ayının 20-də vəfat edir. Onun
vəfatından sonra ailə, həyat təcrübəsi olmayan 19 yaslı Yusifin
himayəsində qalır. Atasının vəfatından sonra Yusif ilk əvvəl
Ağdamdakı əttar dükanının şeylərini və dükanın özünü satmaq üçün
mart ayının birində Ağdama gedir. Bir neçə gün orada qaldıqdan
sonra xəstələnib Muradbəylidə yaşayan Telli bibisigilə gedir. İki ay
yatalaq xəstəliyindən yatıb, ağır böhranlar keçirir. Sonra Yusifin
bibisi onun sağalacagına olan ümidini itirib Şuşaya göndərir.
Xəstəlikdən zəif düsmüs Yusifin üç ay yataqdan qalxa bilməməsi
ailəni böyük çətinliklər qarşısına qoyur. Ailə köməksiz qalır. Yusifin
anasi Seyid əziz xanım gecə və gündüz rahatlıq bilmədən onun
həyatını xilas etmək üçün əlindən gələni edir. Ailənin agır
vəziyyətində Yusif hələ uşaq ikən Cənubi Azərbaycanın
“Çəmənzəmin” adlı kəndində aclıq nəticəsində oradan qaçıb, Şuşaya
pənah gətirib, Yusifgilin həyətlərində sıgınacaq tapmış Həsənxan,
Nifti və Fərəc qardaşlarından basqa heç bir qohumları onlara kömək
etmir. Yusifin atasi Məşədi Mirbabayev vaxtı ikən yurdları olmayan
bu qardaşlara öz həyətində sığınacaq verib himayəsinə almışdı.
Yusif sağaldıqdan sonra anasına deyir ki, əgər mən gələcəkdə
adlı-sanlı adam olsam, mütləq Cənubi Azərbaycandan gəlmiş
sədaqətli qonşularımızın kəndlərinin adını özümə təxəllüs qəbul
edəcəyəm. Yusif Vəzir necə deyir, elə də edir. Yusif Vəzirin
“Çəmənzəminli” təxəllüsünü qəbul etməsi onun həmin ailəyə
bəslədiyi hörmət və məhəbbətdən gəlir. Şuşada yaranan ermənimüsəlman
çarpışmaları nəticəsində azərbaycanlı tələbələri
məktəblərini tərk etmək məcburiyyətində qalırlar. Yusif Vəzir də
təhsilini davam etdirmək üçün Bakıya gedib realnı məktəbin altıncı
sinfinə daxil olur. O, böyük səylə oxumaqla bərabər ictimai işlərlə də
məşğul olur. Yusif Vəzir xalqın məişətini, onun adət və ənənələrini,
həyat tərzini bilərək 1907-ci ildə “Şahqulunun xeyir işi” adlı
hekayəsini yazır. Bu hekayə ilk dəfə 1911-ci ildə “Səda” qəzetində
çap olunur. Şuşadakı milli ədavət Vəzirovlar ailəsini də ata-baba
yurdundan didərgin düşməyə məcbur edir. Onlar Aşqabada köçməli
olurlar.
1907-ci ildə Yusif Vəzir Qarabağın pir və ocaqlarını kəskin
tənqid edən yazısını “Molla Nəsrəddin” jurnalında “Bakı realnı
məktəbinin altıncı sinif şagirdi Mir Yusif Vəzirov” imzası ilə çap
olunur. Bu yazıdan sonra Aşqabadda və Bakının Hacıağa
karvansarasında yaşayan qarabağlılar həyacana gəlib Yusif Vəzirə
qarşı kin bəsləyirlər. Aşqabaddan gələn təhqir və hədələmə
məktublarının ardı-arası kəsilmirdi. Onlar Yusif Vəzirdən “Molla
Nəsrəddin” jurnalı vasitəsilə üzr istəməyi tələb edirdilər, əks halda
isə öldürüləcəyini bildirirdilər. Yusif Vəzir 1907-ci il noyabr ayının
5-də “Təzə həyat” qəzetində izahat verərək bildirir ki, “Molla
Nəsrəddin” jurnalında gedən yazısının heç də “müqəddəs” pirlərə və
ocaqlara sataşmaq deyil, əsas məqsəd ancaq hiyləgərləri ifşa
etməkdən ibarətdir. “Mən göstərirəm ki, adını müsəlmən qoyanların
içində çoxsu qurd libasına girib, millətə xəyanət edirlər, millətin
gözünü baglayıb, ümumi insaniyyət nöqtəsindən uzaq salırlar.
Camaatın dərdinə qalıb məktəblər açmaqdan, yetim uşaqları
oxutdurmaqdan ki, gələcəkdə küçələrdə qalıb camaata zərər
yetirməsinlər… Bütün bunları eləməyin əvəzində fəqir-füqəranın axır
qəpiklərini də alıb ac-acına qoyurlar. Görünür ki, bəzi oxucular
məqalədəki alovlu vətənpərvərlik hissini fərqləndirə bilməyib
ağızdan-ağıza yalan və şişirdilmiş şayiələr uydurub yayıblar”.
Yusif Vəzir 1909-cu ildə Bakı realnı məktəbini bitirib, təhsilini
davam etdirmək üçün həmin ilin iyul ayında Peterburqa gedib
sənədlərini Mülki Mühəndislər institutuna verir. Lakin riyaziyyata
qələbə çalmayacağını hiss edib sənədlərini geri alır. Orada qaldığı
vaxtdan istifadə edib məşhur “Cənnətin qəbzi” hekayəsini və
Qafqazın fəth edilməsinin 50 illiyi münasibətilə Dağıstanın məşhur
milli qəhramanı olan Şeyx Şamili yada salaraq ona ser həsr edir. Bir
aydan sonra Yusif Vəzir Peterburqdan Aşqabada qayıdır. O,
Aşqabadda qaldığı müddətdə latıncanı öyrənməyə başlayır. Sonra isə
Daşkəndə gedib altı ay kursda oxuyur və Daşkənd gimnaziyasında
imtahan verib universitetə girmək hüququ qazanır. Yusif Vəzir 1910-
cu ildə Kiyevə gedib, Müqəddəs Vladimir adına İmperator
Universitetinin hüquq fakültəsinə daxil olur. Yusif Vəzirin
Kiyevdəki 5 illik tələbəlik dövründə də o vətənilə heç bir zaman
əlaqəni kəsmir. Yusif Vəzir Bakıda nəşr olunan qəzetləri və
jurnalları müntəzəm olaraq alır və Azərbaycanda baş verən
hadisələrlə yaxından tanış olurdu. Eyni zamanda öz yazılarını da
Bakıda çıxan qəzetlərdə çap etdirirdi. Yusif Vəziri düşündürən əsas
məsələlərdən biri də Azərbaycan dilində kitabların nəşri və yayılması
olmuşdu. O, bu məqsədlə Kiyevin ali məktəblərində təhsil alan
azərbaycanlı tələbələrdən ibarət xüsusi nəşriyyat heyəti təşkil
etmişdi. Bu barədə Yusif Vəzir 1911-ci il iyun ayının 3-də “Səda”
qəzetində çap etdirdiyi “Kiyevdə heyəti – nəşriyyat təşkili
məqaləsində yazırdı… kitabçalar bir ədəbiyyata dair olmayıb, siyasi,
tibbi, tarixi, iqtisadi məsələlərdən də bəhs edəcəkdir.”
Yusif Vəzirin xalq nağıllarından götürülmüş uşaqlar üçün yazdığı
məşhur “Məlik Məmməd” nağılı 1910-cu ildə Kiyevdə yazılmış və
1911-ci ildə kitabça şəklində nəşr olunmuşdur. Kiyevdəki nəşriyyat
heyəti Azərbaycanın tarixinin yazılması təşəbbüsünü də irəli sürürdü.
Bu barədə Yusif Vəzir 1913-cü il mart ayınin 12-də “Sədayi-həqq”
qəzetində çap etdirdiyi “Biz kimikə” məqaləsində yazırdı:
“… Tarixin millətimizə nə qədər mənfəəti olduğunu nəzərə alıb
Kiyev müsəlman studentlərinin nəşriyyat heyəti ərbabi qələmimizdən
Azərbaycan tarixini yazmağı rica edir. Tarix müxtəsər və sadəcə
Azərbaycan dilində olmalıdır. Onu heyət təb etdirməyi öhdəsinə
götürür və bundan əlavə tarix müəllifinə mükafat da verməyi vəd
edir.”
Yusif Vəzir 1912-ci ildə “Yeddi hekayə”, 1913-cü ildə isə “Həyat
səhifələri” adlı kitablarını Kiyevdə çap etdirir. Onlarin hər nüsxəsinin
Qori müəllimlər seminariyasının müəllimi, görkəmli ədəbiyyatşünas
Firudun bəy Köçərliyə göndərir. Firudun bəy kitabçaları aldıqdan
sonra Qoridən Kiyevə göndərdiyi məktublarla Yusif Vəzir
yaradıcılığına, onun mədəniyyət sahəsində xidmətlərinə yüksək
qiymət verir.
Beləliklə, Yusif Vəzirin Kiyevdəki 5 illik tələbəlik həyatı ədəbi və
elmi sahədə çox əlverişli olmuşdu. O zaman o, dini məsələ, qadın
məsələləri və uşaq tərbiyəsi ilə son dərəcə maraqlanırdı. Nəticədə
“Arvadlarımızın halı”, “Qanlı göz yaşları”, “Ana və analıq” kitabları
meydana çıxır. 1915-ci ildə birinci dünya müharibəsinin gedişi ilə
əlaqədar olaraq alman hücumundan çəkinən çar höküməti Kiyev
universitetini müvəqqəti olaraq Saratova köçürdüyü üçün Yusif
Vəzir universiteti 1915-ci ildə Saratovda bitirir. O, universiteti
bitirdikdən sonra Saratov məhkəmə palatasında hakimlik vəzifəsinə
namizəd qəbul olunur. Yusif Vəzirin tutduğu vəzifə maaşsız olduğu
üçün bir neçə aydan sonra başqa iş axtarmaq üçün Kiyevə gedir.
Orada “Zemstvo” təşkilatına daxil olub cəbhəyə gedir. Fevral
inqilabı baş verən zaman Yusif Vəzir Qalitsiyada idi. 1917-ci ildə
Ukraynanın həyəcanla doğulan milli hərəkatı bütün Rusiya daxilində
yaşayan qeyri-rus millətlərə örnək olur. Bununla əlaqədar Yusif
Vəzir 1917-ci ildə Qalitsiyadan Kiyevə gəlir. Orada siyasi təşkilata
ehtiyac olduğunu hiss edib Kiyevdə oxuyan azərbaycanlı tələbələri
ətrafina toplayaraq Türk Ədəbi Mərkəziyyə firqəsi “Musavatin”
Kiyev şöbəsini yaradır. Həmin şöbəyə başçılıq etmək üçün Yusif
Vəzir sədr seçilir. Müstəqil Ukrayna Respublikası yarandıqdan sonra
Azərbaycan Demokratik Cumhuriyyəti Yusif Vəziri Ukraynada
diplomatik nümayəndə təyin edir. Yenicə işə baslamış diplomatik
nümayəndəliyin əsas məqsədi Azərbaycanı Rusiya ictimaiyyətinə
tanıtmaq idi. Ona görə də onlar müsamirələr təşkil etməklə bərabər,
Azərbaycanın tarixi, ədəbiyyatı, mədəniyyəti, ticarəti və iqtisadiyyatı
haqqında çoxlu məqalələr yazıb mətbuatda çap etdirirlər. Beləliklə,
Azərbaycan yavaş-yavaş tanınmağa başlayır.
Yusif Vəzir həmin təşkilatda işlədiyi dövrdə “Azərbaycanın
Muxtariyyatı” və “Biz kimik və istədiyimiz nədir?” kitablarını yazıb
çap etdirir. Yusif Vəziri düşündürən və narahat edən məsələlərdən
bir də Azərbaycanin milli marşının olmaması idi. Bununla əlaqədar
onun 1917-ci il dekabr ayının 19-da “Açıq söz” qəzetində çap
etdirdiyi məqalədə deyilirdi: – “Hər bir millətin özünəməxsus bir
milli nəğməsi var. O nəğmə oxunduqda millət fərdlərinin ruhu ucalır.
Mübarizə edib öz xalqını mühafizı etmək xahişi artır. Bizim isə bu
nəğməmiz yoxdur. Odur ki, milli ruhumuz da yoxdur. Düşməni
yıxmaq üçün də milli ruh lazımdır. Milli şərqi əmələ gətirmək üçün
şairlərimiz və musiqişünaslarımız Üzeyir Hacibəyov cənabları
çalışmalıdırlar.”
1918-ci ildə vətəndaş müharibəsi ilə əlaqədar Azərbaycanla rabitə
kəsilir. Yusif Vəzir vətəndə baş verən hadisələrdən heç bir
informasiya almadığı üçün tutduğu vəzifəsini müavininə tapşırıb
Simferopola gedir. Orada bir neçə ay ləngidiyi üçün ədliyyə
direktorluğunda məsləhətçi işləyir. Krımdakı “Millət” qəzetində
“Azərbaycan və azərbaycanlılar” adlı məqaləsini çap etdirir və Litva
tatarlarının tarixi ilə maraqlanaraq onların yaranması və vəziyyəti
haqqında tədqiqat aparıb yazdığı “Litva tatarları” adlı kitabçasını
1919-cu ildə Simferopolda (Ağ məscid) çap etdirir.
Yol şəraiti yaxşılaşan kimi Yusif Vəzir Odessaya gedir. Müharibə
ilə əlaqədar yollar bağlı olduğu üçün Yusif Vəzir Odessada iki ay
qalmalı olur. O, vətənə qayıtdıqda “Azərbaycan” qəzetində “Xarici
siyasətimiz”, “Milli və mədəni işlərimiz” başlığı ilə silsilə
məqalələrini çap etdirir. Yusif Vəzir bir müddət Bakıda qaldıqdan
sonra Azərbaycan Demokratik Cumhuriyyətinin Nazirlər Şurasının
sədri Nəsib bəy Usubbəyovun təklifi ilə 1919-cu ildə yeni yaranmış
Respublikanın səfiri kimi İstanbula göndərilir. Yusif Vəzir
İstanbulda diplomatik işlə məşğul olmaqla yanaşı, öz ədəbi
fəaliyyətini də davam etdirir. Belə ki, Azərbaycanı və Azərbaycan
ədəbiyyatını türk aləminə tanıtmaq üçün elmi müşahidələrlə zəngin
olan “Azərbaycan ədəbiyyatına bir nəzər”, “Tarixi-coğrafi və iqtisadi
Azərbaycan” adlı kitablarını yazıb 1921-ci ildə onları İstanbulda çap
etdirir.
Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra Yusif Vəzir
tutduğu vəzifəsini artıq bitmiş olduğunu elan edib, Parisdə siyasi
elmlər institutunun diplomatika fakültəsində təhsil alan kiçik qardaşı
Mirinin (Mirabdulla) yanına gedir. Fransada hər hansi bir əcnəbinin
hüquq sahəsi üzrə işləməsi qeyri-mümkün olduğu üçün Yusif Vəzir
maddi vəziyyətinin ağır olması ilə əlaqədar məcbur olub Paris
yaxınlığındakı Klisi adlı şəhərə köçüb əvvəlcə Lokomativ, sonralar
isə avtomobil zavodlarında fəhləlik edir. O, “Paris xəbərləri”
qəzetində də əməkdaşlıq edib “Şərq məktubları” başlığı altında
cürbəcür yazılar çap etdirir. Yusif Vəzirin qardaşı Miri 1922-ci ildə
təhsilini başa vurub Paris banklarının birində məmur işləyirdi. 1924-
cü ildə Miri qəflətən xəstələnir. 13 ay davam edən onun xəstəliyi
ölümlə nəticələnir. 1925-ci ildə Miri 29 yaşında Parisdə vəfat edir.
Yeganə qardaşının vaxtsız vəfatı Yusif Vəziri həddindən artıq
sarsıdır, bu ona çox böyük dərd olur. Qardaşını itirdikdən sonra
Yusif Vəzir Parisdə böyük çətinliklərlə üzləşir və necə olursa-olsun,
vətəni Azərbaycana qayıtmağı qərara alır. Yusif Vəzir vətəninə
qayıtmaq üçün Parisdəki Sovet səlahiyyətli nümayəndəliyinə ərizə ilə
və Azərbaycan SSR Xalq Komisarları Sovetinin sədri Qəzənfər
Musabəyova xüsusi məktubla müraciət edir. Qəzənfər Musabəyov
Yusif Vəzirdən aldığı məktubu Az.SSR-nin komunist partiyasının
birinci katibi Kirova göstərir. Kirov Yusif Vəzirin vətəninə qayıtmaq
arzusunu böyük məmnuniyyətlə qarşılayır. Bir ildən sonra
Ümumittifaq İcraiyyə Komitəsinin 18 yanvar 1926-ci il tarixli
qərarına əsasən Yusif Vəzir sovet vətəndaşlığına daxil olur. Yusif
Vəzir 1926-cı ilin aprel ayında həmişəlik olaraq mühacirətdən vətənə
qayıdır.
Qürbət ellərdən vətəninə qayıtmış Yusif Vəzir ilk əvvəl “Bakı
işçisi” nəşriyyatında bədii şöbənin redaktoru, sonralar Dövlət Plan
Komitəsinin ictimai-mədəni bölməsində ixtisası üzrə vəkil işləmiş və
eyni zamanda müəllimliklə də məşğul olmağa başlamışdı. Əvvəlcə,
Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq və pedaqoji
fakültəsində, sonralar isə Pedaqoji, Tibb və Neft institutlarında
Azərbaycan və rus dilləri kafedrasında dərs demişdi. Eyni zamanda
Yusif Vəzir Ruhulla Axundovun redaktəsi ilə çıxmış “Rusca-
Azərbaycanca lügət”in müəlliflərindən biri olmuşdu. Azərbaycan
dilində terminologiyanın yaradılmasında da Yusif Vəzir
Çəmənzəminlinin böyük xidməti olmuşdur.
Yusif Vəzir 1930-35-ci illərdə Azərbaycan Neft İnstitutunda
işləyən zaman, həmin institutda çixan “Əzizbəyov adına Azərbaycan
qızıl Bayraqlı Neft İnstitutunun əxbari” jurnalında “Neft və onun
tarixi” adlı məqaləsi ilə bərabər bir çox məqalələr yazıb çap
etdirmişdir. Yusif Vəzir bir çox hekayələrini “Maarif və mədəniyyət”
jurnalında və başqa mətbuat orqanlarında çap etdirir. Sonralar isə
“Qızlar bulağı”, “Studentlər”, “1917-ci il” adlı romanlarını çap
etdirir. 1935-ci ildə “Həzrəti-Şəhriyar” adlı komik pyesini bitirir.
Uzun illər tədqiqatçıların diqqətindən kənarda qalan “HəzrətiŞəhriyar”
komediyası, nəhayət, ilk dəfə 1980-ci ildən incəsənət
toplusu “Qobustan” jurnalının 4-cü nömrəsində çap olundu.
Yusif Vəzir tərcümələr üzərində də işləyirdi. O, L.Tolstoyun,
İ.Turgenevin, A.Neverovun, N.Qoqolun, B.Lavrenevin,
L.Seyfulinanın, V.Hüqonun və s. bir neçə əsərlərini rus dilindən
Azərbaycan dilinə tərcümə etmişdi. O, kino-ssenarilərin tərcüməsi
işində də fəal iştirak etmişdi. Azərbaycan dilində ilk səsli film olan
məşhur “Çapayev” filminin ssenarisini də Azərbaycan dilinə 1936-cı
ildə Y.V.Çəmənzəminli tərcümə etmişdi. Yusif Vəzir 1937-ci ilin
aprel ayında tamamladığı “İki od arasında” adlı tarixi romanı işdən
çıxarıldığı üçün çap etdirə bilməmişdi. Öz sağlığında nəşr etdirmək
qisməti olmayan Yusif Vəzirin bu tarixi romanı ilk dəfə 1960-cı ildə
“Azərbaycan” jurnalında müəyyən ixtisarla “Qan içində” adı ilə
çapdan çixmışdı. Yusif Vəzir Yazıçılar İttifaqından çıxarılmamışdan
3-4 ay əvvəl yazdığı “Altunsaç” adlı kinossenarisini də “Azərfilmə”
vermişdi. Əsər geniş mütəxəssis müşavirəsində oxunub
bəyənilməyinə baxmayaraq “Azərfilmin” direktoru Merkel son
mərhələdə Yusif Vəzirə müraciət edərək demişdi, “Studentlər”
romanınız tənqid edildiyi üçün sizinlə müqavilə bağlaya
bilməyəcəyəm.
Yusif Vəzirin 1937-ci ildə cürbəcür bəhanələrlə işdən kənar
edilməsi ona mənəvi əzab verirdi. Həyatını xalqın istiqlaliyyətinə və
tərəqqisinə həsr edən Yusif Vəzir özündə heç bir günah görməyib.
1937-ci il may ayının 20-də Azərbaycan.K(b)P-nın Mərkəzi
Komitəsinin birinci katibi M.C.Bağırova ərizə ilə müraciət edir.
Yusif Vəzir M.C.Bağırova yazdığı ərizənin cavabının gəlməsindən
əlini üzərək 1937-ci il iyun ayının 8-də Ümumittifaq K(b)P-nın baş
katibi İ.V.Stalinə ərizə ilə müraciət edir. Bu ərizədən də cavab
gəlmir. Yusif Vəzir 20-25 gün Moskvada qalıb Stalinə yazdığı ərizə
barədə Mərkəzi Komitəyə müraciət edir. Lakin ordan da heç bir
cavab ala bilmir. Çarəsiz qalan Yusif Vəzir Bakıya qayıdır. 1938-ci
ildə “Kommunist” qəzetində çıxan bir elanda bildirilirdi ki,
Özbəkistan SSR-nin Urgənc şəhərindəki Xarəzm Vilayət Pedaqoji
institutunda rus dilində dərs deməyə müəllim yeri tutmaq üçün
müsabiqə elan olunur. Yusif Vəzir sənədlərini toplayıb Urgənc
şəhərinə göndərir. Müsabiqədən keçib rektorluqdan dəvət alır. 1938-
ci ilin avqust ayında Yusif Vəzir Urgəncə yola düşür. O, Urgənc
pedaqoji instituta baş müəllim və eyni zamanda institut kitabxanasına
müdir təyin olunur. 1937-38-ci illərdə represiyaya məruz qalan
Azərbaycanın bir qrup elm və mədəniyyət xadimlərindən
B.Çobanzadə, N.Şahsuvarov, H.Zeynallı, H.Nəzərli və başqalarının
verdikləri ifadələr əsasında 1940-cı il yanvar ayının 25-də Yusif
Vəzir Urgəncdə həbs edilib Bakıya gətirilir. O, altı aya yaxın Keşlə
həbs düşərgəsində saxlanıldıqdan sonra 1940-cı ilin iyul ayının 3-də
Nijni Novqorod vilayətinin Suxobezvodnaya stansıyasındakı həbs
düşərgəsinə göndərirlər. Yusif Vəzir Çəmənzəminli 1943-cü il
yanvar ayının 3-də Nijni Novqorod vilayətinin Suxobezvodnaya
stansıyasındakı həbs düşərgəsində vəfat edir. Səhəri gün – 1943-cü il
yanvarın 4-də Yusif Vəzir Çəmənzəminli Betluqa çayının sahilindəki
qəbiristanlıqda dəfn olundu. 1956-cı ildə Yusif Vəzirə bəraət verildi.