Genel

Yumşaq ifadələr,incə deyimlər, başqa sözlə,nüktələr…

*Adını adlara qoşmaq

*Dizi ilə qapını açmaq

*Burda mənəm, fian yerdə Filankəs

*Yetənə yetir,yetməyənə gül atır

*Adam yata-yata öyrənər

*Ağrımaz başım,ağrısa da çay içərəm

*İlanın zəhləsi yarpızdan gedər,
yarpız da ki yarpız çıxmadı

*Keçən günə gün çatmaz,
heç çatmağını da istəmirəm

*Adın nədir -Daşdəmir..
Adını dəyiş,daşla dəmirinki tutmaz.

*Bəylə bostan əkənin suyunu kəsməzlər

*Uzun+deraz=Uzundraz..O da ki xeyrə-şərə yaramaz

*Yalançının evi yandı…
Allah heç kəsin evini yandırmasın.Yalançını da yalançı biz eləmişik də..

*Bağa baxarsan bağ olar,baxmazsan örüş yeri…

*Atı atın yanına bağlayarsan,canavar ikisini də birdən yeyər

*At özgənin,tövlə sənin

*Atasına bax,qızın al,hərif olma

*Sudan gələn sürməli qız! İndi sürmə dəbdə deyil

*Havalansın xanın da,bəyin də səsi.Onsuz da indi  xanlara,bəylərə qulaq asan yoxdur

*El bilir ki,sən mənimsən. Yəni səni heç kəsə vermərəm…

*Mənim adım Ələsgərdir.Məni niyə qosaltmısınız?

*Ay havada uçan Durna!Arada bir yerə də düş də…

*Al bıçağı, kəs heyva’nı,mürəbbəni bol elə

*Hay deyəndə haya basır,əcəb də eləyir bu Koroğlu

*Üç gündən bir,dörd gündən bir,yəni həftədə iki dəfə

*Adın yadından çıxmsın ha…Yaxşısı budur,pasportunu boynundan as

*Yaz yağışı…Yox,bu,çətin məsədir…

*Bahar nə xoş gəlir,ruh dad verir… Yavaş qardaşı eşidər

*Mən belə Dünyadan necə əl çəkim?

Yavaş danış,Dünyanı dünən nişanladılar….





 

Nazim Nəsrəddinov.

20.11.2018.

Pin It on Pinterest