Kültür Sanat

Yoxlama Məni

Mənə haqsızlığın heç yeri deyil
Bir duyarsız təki suçlama məni.
Hər “bəli”, deyəndə şirin demişəm,
Sınayıb-qınayıb yoxlama məni.

Yol getmişəm hər nazına dözərək,
Özümü unutmuşam yarım gəzərək.
Düşdüyün müşkülü hər an çözərək,
Vəfasızsan, deyib suçlama məni.

Qəm etmişəm səndən ayrı düşəndə,
Sol yanımdan sancan ağrı düşəndə,
Göy üzündən ulduz sayrı düşəndə,
Narahat olub da yoxlama məni.

Demişəm ki, birgə olub, bir gəzək,
Bir-birimizə biz veririk bər-bəzək,
Bahar oldu çəmənləri dur gəzək,
Məzəmmət edərək suçlama məni.

Qaç-qaç gülüm düşüm sənin dalınca
Pıç-pıç edib danışma gəl dalımca
Gəl gir sağ qoluma yeri yanımca
Naz qəmzələrinlə oxlama məni.

Elsevərəm hüsnü candan sevərəm
Üstün qılıb hər bir candan sevərəm
Quru candır göz qırpıncan verərəm
Suallar edib də yoxlama məni!

Elsevər Hüseynoğu
Bakı~03/03/2020

Pin It on Pinterest