GenelGüncelKültür SanatTürk Dünyası

Xuraman Muradova:  Bağışla ki, yazmadım məktublarda sevgimi,  Məktublar da yarımçıq qaldı  sevgimiz kimi… 

                                    Məktublar da yarımçıq qaldı  sevgimiz kimi… 
Xuraman Muradova:  Bağışla ki, yazmadım məktublarda sevgimi,  
                                    Məktublar da yarımçıq qaldı  sevgimiz kimi… 

Yarımçıq məktublar…

Bağışla ki, yazmadım məktublarda sevgimi,  

Məktublar da yarımçıq qaldı  sevgimiz kimi… 

Neyləyim ki, qürurum  üstələdi sevgimi … 

Ağladı məktublar da bu gecikmiş sevgimi. 

Səndən yazacaq qəlbim incidi, küsdü nədən,

Yazmadı bircə kəlmə sənə olan sevgimdən. 

Oxudu məktubları payızın  rüzgarları, 

Gözündə yaz yağmuru, ağlatdı buludları. 

Məktublar dilə gəldi, intizar gecələrdə,

Gecələrin sinəsi əridi pərdə-pərdə… 

Bilmədim məktubların yolu niyə bağlandı? 

Məktublar da bizim tək düşdü sevdalı dərdə.. 

Sevgimizin nurunda məktublar gecələrmiş. 

Sən demə lal sevgimiz  həsrətlə gözləyərmiş. 

Yarımçıq məktubların qərib sevdası kimi,

 Ağlayan sətirlərin göz yaşını sirlərmiş. 

Bu sevdanın gözləri hələ çox yol çəkəcək, 

Yarımçıq məktublar tək həsrət yaşı tökəcək.

 Çox çalışdım məktubu bağışla bitirmədim,

Bəlkə yarımçıq sevgi məktubu bitirəcək…

Mən gələn baharda yenə gələcəm…

 Bir mövsüm səbr elə, bircə mövsüm döz,

Mən gələn baharda yenə gələcəm.

Sərib həsrətimi  qollarım üstə,

Döndərib yolumu sənə, gələcəm…

Mən gələn baharda yenə gələcəm.

Mənsiz açılsa da hər sökülən dan,

Kəssə də yolumu şaxta, qar, boran,

Tutub ümidlərin xoş xəyalından,

Mən gələn baharda yenə gələcəm.

Həsrətimin sükut adlı səsində,

Duyğuların kövrək, dar qəfəsində,

Qalıb darıxmağın yaz nəfəsində,

Mən gələn baharda yenə gələcəm.

Yolumu Şuşadan, Laçından salıb,

Gülün, çiçəklərin ətrini alıb,

Həsrətin əlində çarəsiz qalıb,

Mən gələn baharda yenə gələcəm.

Ovudar könlümü xoş xatirələr,

Sevdalı günləri udar gecələr,

Yadıma düşəcək eh..nələr, nələr,

Mən gələn baharda yenə gələcəm…

İncisin payızı, qışı da məndən,

Gen düşsün ayrılıq yaşı da məndən,

Yolumu salacam şehli çəməndən,

Həsrətin üzünə  baxıb güləcəm,

Mən gələn baharda yenə gələcəm…

 Unutma məni…

Bu gecikmiş sevdamız

Söylə harada qaldı…

Xəzan vurmuş güllər tək

Rəngi saralıb soldu…

Səni düşündükcə hey

Gözlərim  yaşla doldu…

Unutma sən də məni,  unutma….

Bahar çiçəklərim də

Küsüb, incidi  məndən.

Sənsiz son bahar oldu,

Saçlarıma düşdü dən…

Mən ki gəl deməmişdim

Ömrümə gəldin nədən?

Unutma sən də məni,

Unutma…

Gör görüşmədiyimiz

Nə zamandı, haçandı…

Dedin fikrində mənəm

Xəyalların dumandı.

Bu gecikmiş sevdamız

Niyə belə uzandı?

Unutma sən də məni, unutma…

Niyə çata bilmədik,

Bu həsrətin hayına.

Bilmirik nə qalıbdı

Ömrümüzün sayına…

Niyə belə pay düşdü

Sevdamızın payına…

Unutma sən də məni

Unutma…

Çıx get məndən uzaqlara…

Çıx get məndən uzaqlara

Heç dərdi anlamayanım

Get gözlərimdən uzaq ol

Heç halıma yanmayanım…

Nə danışan dilim oldun,

Nə qəlbimdə yanan atəş.

Nə ömrümə bir ovuc qar,

Nə bəxtimə doğan günəş.

Get daha məndən uzaq ol,

Ay dərdimdən bixəbərim.

Qəlbim giley dolu məktub,

Hansı ünvana  göndərim.

Səni ömür yollarımın

Buz həsrətinə yazmışam.

Sənli olan ümidləri

Yuxularım tək yozmuşam..

Həsrətimə sığal çəkən,

Bulud dolu baxışam mən.

Səndən elə küsmüşəm ki,

Çətin bir də barışam mən.

Gələcəyəm, yenə mən.

Günəş doğduğu yerdə

Gözləyərsən məni sən.

Bitməsin ümidlərin

Gələcəyəm yenə mən..

Gələcəyəm bir səhər,

Güllər şeh tutan zaman.

Yoldan həsrət yığılsın,

Dağdan çəkilsin duman.

Eşqin qanadlarını

Sərib yollar üstünə.

Duracam gecə-gündüz

Ayrılığın qəsdinə.

Sıxıb köksümə yazı,

Qışı da yaz biləcəm.

Günəş doğduğu yerdə,

Gözləyərsən gələcəm.

Saxlayaq, görüşməyin,

Vaxtını, vədəsini.

Hələ bir az dinləyək,

Həsrətin nəğməsini.

Həsrət-həsrət baxarsan,

O uzanan yollara.

Açılacaq qolların

Hələ çox nağıllara.

Xatırlayarsan məni,

Gecə yağış yağanda.

Axtararsan arabir

Ürəyin sıxılanda.

Gələcəyəm, gözlə sən

Bir yağmurlu səhərdə.

Bir quş qəmli oxuyur,

Günəş batdığı yerdə

Günəş doğur deyəsən,

Sakitcə yağış yağır…

Söz vermişdim, gəlirəm,

Həsrəti geri çağır…

Sevmişdim səni

Daha səndən bir də bəhs etməyəcəm,

Köhnə rəsmlərdə, səhifələrdə qal.

Mən hüzur haqq etdim, sən hüzün verdin,

Gecikmiş sevgini indi geri al.

Dünyanın nur saçan şəfəqi kimi,

Mən haqqın özü tək görmüşdüm səni.

Haqqın-ədalətin aşiqi bilib,

Gerçəyin özü tək sevmişdim səni!

Sənə gözlərimdə bir bağ salmışdım,

O bağın gülləri quruyub açmaz.

Sevgimiz bənzərdi çoşan çaylara,

Daha o çaylar da quruyub, axmaz.

Hər açan çiçək də, hər açan güldə,

Son baharda xəzan olub  solarmış.

Bəzən coşğu ilə gələn sevginin,

Sakit  pıçıltılı sonu olarmış…

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest