Xocalı Soyqırımının qisası alınmayıb
Ötən hər ilin bu günləri Xocalı Soyqırımına aid şeir və paylaşımların köksümüzü dağlayıb, parçalayan günlərini yaşayırıq. Bu acılı, ağrılı illər 29 ildir ki bitmək bilmir. Bəli biz yaşayırıq, fəqət Xocalı sakinləri yaşamır. I Qarabağ savaşında Xocalı sakinlərinin qəddarcasına soyqırıma məruz qalması, ll Qarabağ savaşında isə Xocalının azad olunmaması və üstəlik rus “sülhməramlıları” tərəfindən işğal olunması Vətən üçün döyünən ürəklərə ayrıca bir yer edir. Xalqımız adına bir Azərbaycan Türkü olaraq çox üzülürəm. Bir dürlü ayının pəncəsindən özünü azad edə bilmir. Ancaq yenə də xalqımızdan mən şücaət gözləyirəm. Xalqımız ALLAHın izni ilə öz qisasını alacaq. İnanıram ki, bir gün hər kəs öz doğma yurduna qayıdacaq, rahat və güvənli şəkildə yaşayacaqdır.