XII əsr Azərbaycan tarixi və Nizami Gəncəvi yaradıcılığı –
XII əsr Azərbaycan tarixi və Nizami Gəncəvi yaradıcılığı
Azərbaycana, Azərbaycan xalqına təkcə Nizami Gəncəvi kimi dahi bir şəxsiyyət bağışladığına görə Gəncə torpağı, Gəncə xalqı, gəncəlilər əbədi minnətdarlığa layiqdirlər.
Heydər Əliyev, Azərbaycan xalqının Ümummilli lideri
Böyük Azərbaycan mütəfəkkiri və şairi N.Gəncəvinin yaradıcılığından bəhs edərkən ilk olaraq onun hansı tarixi mühitdə formalaşması böyük maraq və əhəmiyyət kəsb edir.Dahi şair Nizaminin doğulub boya-başa çatdığı və bütün həyatını keçirdiyi Azərbaycan şəhəri GəncəAzərbaycanın ən qədim şəhərlərindəndir. Bəzi alimlər şəhərin yaranmasını eramızdan əvvələ, bəziləri isə orta əsrin başlanğıcına aid edirlər. Şəhərin tarixi haqqında danışarkən bu şəhərin sosial-iqtisadi və mədəniyyət mərkəzi olduğu faktı şübhəsizdir.
Türk xalqlarınınşifahi ədəbiyyatının incisi sayılan“Kitabi- Dədə Qorqud”(“Kitabi-Dədə Qorqud” (“Kitab-i Dədəm Qorqud əla lisan-i taife-i Oğuzan” (Oğuz tayfalarının dilində Dədəm Qorqudun kitabı Oğuz türk dastanı, XI-XII əsrlər Azərbaycan xalq ədəbiyyatının ən qədim yazılı abidəsi)dastanında Bərdə ilə bərabər, Oğuz türklərinin şimal sərhədlərində yerləşən Gəncə şəhərinin də adı çəkilmişdir. 944-cü ildə slavyanlarınnn amansız qarətçi yürüşləri nəticəsində Bərdənin paytaxt statusunu itirdiyi dövrdən etibarən,onun yerini Arran vilayətinin mərkəzinə çevrilən Gəncə tutmuşdur. X əsrin ortalarında Gəncə Salairilərin hakimiyyəti altında olmuş, daha sonra isə Şəddadilərin paytaxt şəhərinə çevrilmişdir. Şəddadi hökmdarları Fəzl ibn Məhəmməd (985-1030) və Əbüləsvar Şavurun (1049-1067) zamanında Gəncə tərəqqi dövrünü yaşamışdır. Bu dövrdə şəhər ölkənin sosial-iqtisadi və mədəni həyatında mühün rol oynamağa başlamışdır və yüksəliş XI əsrin ortalarında Azərbaycan Səlcuq imperiyasının tərkibinə qatıldığı dövrdə də davam etmişdir.Şərq ilə Qərb arasındakı karvan yolunun üstündə dayanan bir şəhər kimi böyük əhəmiyyət kəsb etməyə başlamışdır. Səlcuq imperiyasının tərkibinə daxil olduqdan sonra Gəncə bu dövlətin Gürcüstan sərhəddindəki şəhəri kimi daha çox hərbi əhəmiyyət kəsb etməyə başlamışdır. Belə ki,Gəncə bir paytaxt şəhəri kimi daha da möhkəmlənmiş və şəhərin ətrafına müdafiə məqsədilə möhkəm qala divarları çəkilmişdir.
Lakin XII əsrin birinci yarısında Gəncənin tərəqqi və inkişafı burada baş verən dağıdıcı zəlzələlər səbəbindən bir qədər ləngimişdir. Dövrün tarixçisi İbn əl-Əzraqın “Məyyəfariqinin tarixi” əsərində xəbər verdiyi məlumata görə, zəlzələ nəticəsində Gəncə tamamilə dağılmışdır.
Bir qədər sonra Gəncə şəhəri əvvəlki yerindən şərqə doğru yenidən tikilmiş və hətta XII-XIII əsr dünyanın böyük və Ön Asiyanın ən inkişaf etmiş şəhərlərlər sırasında yer almışdır. Paytaxt şəhərlərindən biri olan Gəncədə Sultan sarayı, ayrı-ayrı hökmdarlara, ruhanilərə, dövlət məmurlarına məxsus saraylar, imarətlər həmçinin məscid, mədrəsə, hamamlar və başqa binalar tikilmişdi.. M.Ə.Rəsulzadənin (1884-1995 “Azərbaycan şairi Nizami” əsərində qeyd etdiyi kimi “XII yüzil böyük Səlcuq İmperatorluğunun çöküş dövrünə rastlar…. Gəncə ilə Şamaxı bu dövrdə Yaxın Doğunun birər kültür mərkəzi idilər.”[Rəsulzadə M.Ə.”Azərbaycan şairi Nizami” Bakı: “Təknur”-2008,s.43]
Yeri gəlmişkən, dahi mütəfəkkirin doğulduğu yer haqqında görkəmli şərqşünasY.E.Bertelsin (1890-1957) fikirləri də diqqətə layiqdir. “…Bəzi Avropa şərqşünaslarıdaһasonrakı fars mənbələrinə əsaslanaraq Nizaminin özünü və ya onun nəslini Qum şəһəri ilə əlaqədar etməyə çalışsalar da, bu təşəbbüsləri rədd etmək lazım gəlir. Bu qeyd «İskəndərnamə»nin ikinci һissəsindədir, guya Nizami burada Qumun adını çəkmişdir.Lakin ingilis şərqşünası Riyönün göstərdiyi kimi, bu sətirlər sonradan qondarılmışdır və Nizaminin deyildir. Bizim materiallarımız da Riyönün bu etirafını tamamilə təsdiq edir. Nizaminin Parisdə, Milli kitabxanada һicri 763‐cü (miladi 1360‐cı) il tarixi ilə qeyd edilən və mənə məlum olan ən köһnə əl yazısında da bu sətirlər yoxdur.”[Bertels Y., “Böyük Azərbaycan şairi Nizami” Bakı: “Təhsil”-2017, səh. 27-28]
Nizaminin “Xəmsə”yə daxil olan poemalar üzərində işləməyə başladığı XII əsrin sonuncu rübündə, Səlcuqların ali hakimiyyəti parçalanma dövrünü yaşamış, siyasi və sosial narazılıqlar artmış, fars dili isə əsas ədəbiyyat dili olaraq qalmışdır. Həmin dövrdə Gəncədə irandilli əhalinin üstünlük təşkil etməsinə, Nizaminin müasiri olmuş və onun kimi Gəncə şəhərində yaşayıb-yaratmış tarixçi Kirakos Qandzaketsi(1201-1271)dəşahidlik etmisdir.Gəncəli Kirakos fars,türk və ərəb dillərini mükəmməl bilirmiş vəonun Qafqaz Albaniyasından bəhs etdiyi“Tarix” əsəridövrün ən qiymətli mənbələrindən biri hesab olunur. “Nizaminin yaşadığı dövrdə Gəncənin fars mədəniyyətininçiçəkləndiyi şəhərlərindən biri olmasını göstərən faktlardan biri də…XI–XII əsrlərdə şəhərdə yaşayıb-yaratmış 24 farsdilli şairin əsərinin toplanmasıdır.”[https://az.wikipedia.org/wiki/Nizami_G%C9%99nc%C9%99vi.]
Bu fikir digər mənbədə də öz təsdiqini tapmışdır.“Nizami şərq və dünya poeziyasına güclü təkan verdi. Nizami xilafətin süqutundan sonra siyasi və iqtisadi dirçəliş dövrünü yaşayan Azərbaycanın ümumi tərəqqi mühiti yetirmişdi. Bu mühit Sasani və Xilafət imperiyalarının süqutundan sonralar da uzun müddət Yaxın və Orta şərq ölkələri ilə – OrtaAsiya, İran, İraq, Misir və Suriyanın mədəni mərkəzləri ilə sıx əlaqədə idi. Dünyanın hər tərəfindən ən nadir sənət inciləri, əlyazmaları Gəncəyə toplanmışdı” [Qəniyev H. ”Azərbaycan tarixi” (ən qədim zamanlardan – XIX əsrin ilk onilliklərinədək) Bakı: “Elm və təhsil”-2019, səh. 97]
Azərbaycanı o dövrün (XII əsr) ən qabaqcıl ölkələrindən biri olması mədəniyyətinin, elminin, arxitekturasının, incəsənətinin və ədəbiyyatının çiçəklənməsi ilə səciyyələnmişdir.“Səlcuqlar zamanının memarları kimi һəm müsəlman aləminin ənənələrini, һəm də xristian Qafqazının bədii sərvətini birləşdirmiş olan bu müstəsna talant, yalnız o zamanın şəһəri, daһa doğrusu, Zaqafqaziya şəһəri şəraitində tərəqqi edə bilərdi. Epoxanın bütün ziddiyyəti onun əsərlərində birləşir. O, (Nizami) cəsarətli qələmi ilə bizə o zamanın һeç vaxt solmayacaq boyalarla çəkilmiş lövһələrini göstərir”.[Bertels Y., “Böyük Azərbaycan şairi Nizami” Bakı: “Təhsil”-2017, səh.16]
Dahi mütəfəkkir Nizami tarixi hadisələri bir məqsəd kimi yanaşmır, onlardan daha çox öz bəşəri fikirlərinin ifadəsində faydalanmışdır. Əsasən,bu baxımdan onun əsərlərində istifadə etdiyi materialları iki böyük hissəyə ayırmaq olar- tarixi şəxsiyyətlər və tarixi hadisələr. Nizaminin poemalarında bədii süjetlərin inkişafında geniş istifadə etdiyi tarixi şəxsiyyətlər sırasında əsas birinci yerdə hökmdarlar durmuşdur: Makedoniyalı İskəndər, III Dara, Bəhram Gur və Xosrov Pərviz.Həmçinin, “Xəmsə”də iştirakı epizodik xarakter daşıyan bir sıra hökmdarlar- Xosrov Ənuşirəvan, Hörmüz, I Yəzdgerd və Sultan Səncərdə yer almışdır.Poemalarda tarixi mənbələrdən istifadə məsələsindən danışarkən əsas problem kimi birinci növbədə tarixi şəxsiyyətin bədii əsərdə əksetdirilmə xüsusiyyəti ön plana çəkilmişdir.
Dünyanın işini yaxşı düşün sən,
Nə əksən, onu da sən biçəcəksən.
Yaxşı iş də görsən, pis iş də, inan,
Unutmaz onları bu qoca dövran.
Eyni zamanda, “Xəmsə”nin hansı tarixi şəraitdə qələmə alındığı, tarixi hadisə və şəxsiyyətlərin Nizaminin yaradıcılıq psixologiyasına göstərdiyi təsirin araşdırılması maraq doğurmuşdur.
“Məlumdur ki, “Xəmsə” üzərindəki işini şair müəyyən fasilələrlə 1174-cü ildən 1203-cü ilə kimi davam etdirmişdir. Deməli, poemaların ideya mənbələrinin bir qismini başqa qaynaqlan istisna etmədən bu otuz illik dövr ərzində baş vermiş tarixi hadisələrdə axtarmaq lazımdır. [Kərimli T. “Nizami və tarix” Bakı”Elm”- 2002, s.15]
Doğrudan da, Nizami, bir siyasi-ictimai institut kimi dövlətin rolunu çox yüksək qiymətləndirmiş və hömdarların şəxsi keyfiyyətlərinə böyük əhəmiyyət vermişdir. Nizami poemalarındakı insanpərvər mübariz ruh bilavasitə şairin yaşayıb-yaratdığı ictimai mühitin xarakterindən doğurmuşdur. Nizaminin vətəni Gəncə şəhəri öz mübariz və zəhrnətsevərəhalisi ilə orta əsrlər Azərbaycan şəhərləri arasında ən qabaqcıl yerlərdən birini tutmuş, ümumiyyətlə, bütün Yaxın Şərqdə fərqlənmişdir. Atabəylər dövlətinin şimal-qərb sərhədlərini qoruyan və yadelli hücumlara tez-tez məruz qalan şəhərin əhalisi düşmənlə vuruşlarda bərkiyib mətinləşmişdi.
XIIəsrin sonlarındaGəncə şəhəri yenidən gürcülərin hücumlarına məruz qalsa da, düşmənə təslim olmur və şəhər əhalisi yadelli işğalçılara qarşı mərdliklə mübarizə aparmışdır.Dahi şairşahidi olduğu hadisələrə-yadelli hücumlara, dini-etnik qarşıdurmaya, qətl və qarətə etirazı bütün əsərlərində özünü büruzə vermişdir.Poemalarında Nizami öz humanist fikirlərini irəli sürmüş, zülmə və özbaşınalığa qarşı, insan ləyaqətinin alçaldılmasına qarşı öz kəskin etirazını bildirmişdir. Sözü gedən hadisələr “Sirlər xəzinəsi”,“Xosrov və Şirin”, “Yeddi gözəl” poemalarında siyasi hakimiyyət və tarixi şəxsiyyətlə təsvir olunmuş hadisələrlə əlaqəlidir. Eyni zamanda, mütəfəkkir müxtəlif tarixi dövrlərdə yaşa da, xalqının rifahınıdüşünən hökmdarlarlar arasında bir parallel yaratmısdır.Belə ki, Nizaminin “Xosrov və Şirin” poemasının epizodik qəhrəmanı Hörmüzün və “Yeddi gözəl” poemasının baş qəhrəmanı Bəhram Gurun hakimiyyət üsulunu təsvir etməkləsankiAtabəy hökmdarlarıŞəmsəddin Eldənizin (1136-1175) vəMəhəmmədCahan Pəhləvanın (1175-1186)hakimiyyətüsulunuxatırlatmısdır.Bu hökmdarlar kimi, Hörmüzün və Bəhram Gurun da dövlətçilik fəaliyyəti ölkədə sülhün və əmin-amanlığın bərqərar olunmasına yönəldilmişdir.
“Nizami ideyaları ilə poemadakı hökmdar surətləri arasında, dolayısı yolla, şairin yaşadığı mühit arasındakı konflikt açıq şəkildə nəzərə çarpır. Gənc Nizami zülm və haqsızlıqla, onun müasirlərinə qarşı törədilən ədalətsizliklərlə barışa bilmir; öz sənətinin gücü ilə tarixin gedişini dəyişməyə çalışmışdı.Poemalarında şair hələ öz ideyalarını şəxsləşdirmir, başqa sözlə, bu ideyaları baş qəhrəmanın beyninə və hərəkətlərinə köçürmür. Əsərdəki kəskin müəllif tendensiyası, hadisələrə müdaxilə, hadisələrin təbii gedişini dəyişdirməyə meyl də buradan irəli gəlir. Poemalarda qarşı-qarşıya durmuş zidd qüvvələr çox aydın və sxematik şəkildə verilmişdir: məzlum və zalım, xeyir və şər..”[Kərimli T. “Nizami və tarix” Bakı”Elm”- 2002, s.168]
Nizami irsinə hər şeydən əvvəl məhz tarixi mənbə kimi yanaşılmalıdır və bu baxımdan Azərbaycan tarixini daha dolğun araşdırmaq baxımından olduqca dəyərlidir. Bu dövrə aid yazılı qaynaqların kifayət qədər olmadığını da nəzərə alsaq, onda Nizami yaradıcılığının tariximizin önəmli bir dövrünün araşdırılmasında nə dərəcədə mühüm elmi əhəmiyyəti olduğu daha aydındır.
Bununla yanaşı,Nizami Gəncəvi kimi söz sənətkarları məhz bu dövr ədəbiyyatının demokratik qolunu təşkil edirdilər. Dahi şair ədəbiyyata, poeziyaya ürəyin dərinliklərindən, patriotik və humanist duyğuların təsirindən gələn ideya,insanı həyatda xoşbəxt görmək üçün bir təbliğat vasitəsi kimi yanaşmışdır. Azərbaycan ədəbiyyatının İntibah dövrünün zirvəsi sayılanNizami Gəncəvinin ölməz beş poeması – “Sirlər xəzinəsi”(مخزنالاسرار -Məxzənül-əsrar, 1171-1175),“Xosrov və Şirin”, 1180), “Leyli və Məcnun” (1188),“Yeddi gözəl” ( هفت پیکر– Həft peykər, 1197), “İskəndərnamə” (1200-1203) həm də dünya ədəbiyyatına tamamilə yeni bir poetik səs, nəfəs gətirmişdir.
Bütün dünyanın “Gəncəli dahi” kimi tanıdığı Nizaminin yaradıcılığı bir də ona görə qlobal hadisədir ki, Azərbaycan şairinin irsində təkcə Şərq ədəbi-mədəni dəyərləri deyil, eyni zamanda Qərbin də antik ədəbi-mədəni dəyərləri öz kamil sintezini tapmışdır. Əslində,Nizami yaradıcılığını tam mənası ilə klassik dövrün yeni mərhələsi kimi qiymətləndirmək olar. Çünki məhz Nizami yaradıcılığında yüksək humanist fikirlərini ifadə edərkən, orta əsrlərin mistikasından uzaqlaşmış,sağlam və ayıq təfəkkürlə hadisə və insana, cəmiyyət həyatının məna və mahiyyətinə rasional, məntiqi yanaşma tərzi ilə fərqlənmişdir. Nizaminin bütün yaradıcılığının əsas xəttiniinsanın xoşbəxt yaşamaq üçün yaradılması və bu ilahi qədəri, taleyi heç bir şər qüvvə dəyişdirə bilməməsi ideyasıdır. Dahi alman şairi və filosofu Y.V.Hötenin (1749-1832)dediyi kimi:“İnsana məhəbbət hissi Nizaminin əsərlərində dahiyanə ifadə olunmuşdur”.Həmin ideya birqədər sonra dünya ədəbiyyatlarında özünü Avropa Renessansı sənətkarlarının yaradıcılığında da öz əksini tapmışdır.
Əliyeva Mehriban Arif qızı,
Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin direktor müavini