Genel

Xatirələr dilə gəlir, dillənir..

Bu dünyanın milyon günü,yüz  günü,

Bu dünyanın əyri günü, düz günü..

.Canımızın,ruhumuzun  saz günü,

Dərdin,qəmin bizdən uzaq az  günü…

***
Niyə səni itirirəm ilbəil,

Ay ömrümün güdaz vaxtı, boz vaxtı?

Ay ömrümün quduz vaxtı,şər vaxtı,

Ay ömrümün  iddialı, mız  vaxtı…

***

Boş-boşuna keçən günüm,ayım vay,

Bu zamanı necə anım,sayım , vay…

Bir sözdür də, indi düşdü yadıma,

Deməyin ki,nə salmısan səs,haray.

***

Yeri ,göyü düz düzünə görərdim,/

Söyüdlərin saçlarını hörərdim.

Gözıəliyi görən zaman gözlərim,

Deyərdim ki,ah nə sərim,nə dərdim..

***

May ayında dağa pələ gedərdik,

Pəl bəhanə… Elə-belə gedərdik…

Günümüzün ayazıyan vaxtların,

Naşılığı bilə-bilə gedərdik.

***

On gündən mal nobatı çatanda,

Uşaq-muşaq körpə kimi yatanda,

Qoyunları yamaclara sərərdik,

Evə ya’lnız gələrdik gün batanda.

***

Bu Vəlinin, o,Əlinin qoyunu,

Sahibləri aparardı malların.

Bizi görüb qoca-qoca nənələr

Yaşmaq edib  şaşmanardı  şalilən…

***

Həsən baba qısqananda nənəni,

Bir xanımlıq bürüyərdi Sənəmi.

Qaşı,gözü, ağ birçəyi yerində,

Qoca minib cin atına yenə mi ?

***

Eh kim nə deyir, özü bilər, oyünər,

Kimin qəlbi nə vaxtacan döyünər….

Hər bir adam əcəlilə oləndə,

O dünyada ancaq özü sevinər…

***

Ömür boyu qocalığa yox deyən,

Ucalıağa simvol olan adım hey.

Min hiyləyə,

milyon şərə- palanduz,

Şairliyə bir bəhanə, adım hey….

***

Ad alandan adım bəlli nəzmlə,

Mən bu adı daşıyıram əzmlə.

Soyadım da  səpələnib ömrümə,

Mən soyumu döğrulduram gücümlə…

**

Gözəlliyi dəstə-dəstə görəndə,

Mən özümü yerdən üstə  görəndə,

Dərd çəkirəm bu dünyaya əlli il,

Bəlkə də tez, nahaq yerə gələndə….

Nazim Nəsrəddinov

Bakı,05.02.2020

Pin It on Pinterest