GenelGüncel

Xatirə Mikayılqızı: Oxuduğum və tanıdığım Meyxoş Abdullah

Nazim Əhmədli şair-publisist

Kırımın sesi qazetesinin Azərbaycan təmsilçisi

Xatirə Mikayılqızı

Oxuduğum və tanıdığım Meyxoş Abdullah

     Mən ədəbiyyatçı olmadığıma görə söylədiklərim də tələbkar bir oxucunun səmimi etiraflarıdır. Təbii ki, bu, bir nasirin aşağıda qeyd olunan əsərlərinə nüfuz etmək cəhtidir. Buna görə cavabdeh oxucu gərək məni bağışlasın.

Sözügedən əsərləri İkinci Qarabağ müharibəsindən çox-çox əvvəl oxumuşdum. Əsərlərdəki qələbəyə inam və düşmənlərin əzəli Azərbaycan torpaqlarından qovulacağı müəllifin əsas ideya xəttini təşkil edirdi. Bu düşünülmüş analitik əsərlər illər boyu yazıldığına görə hazır bədii film ssenarilərinin xammalı kimi götürülə bilər…İndi elan olunmuş “Qarabağ mövzusu müsabiqələri”, tələm-tələsik yazılmış ssenarilər dünya çapında yaradılacaq filmlərə əsas ola bilməz. Ümidliyəm ki, filmin çəkilişinə cavabdeh insanlar bu nüanslara diqqət yetirəcəklər.

                    Müşahidə etmişəm ki, dünyanın gedişatı ilə bağlı öz sözünü demək istəyənlər zamanın tələbinə uyğun hərəkət edirlər və yalnız bu baxımdan təsirli ola biləcək söz söyləməyə alışırlar. Oxucunu da, əslində, elə o təsirli söz – sətiraltı da olsa, söylənən söz, açıqlanan mətləb maraqlandırır: əcəba, bugünki gedişat necədir? Əgər oxucu bu barədə az-çox məlumat ala bilirsə, başqa sualları çıxır ortaya: yazılanlar nə dərəcədə doğrudur? Doğrudursa niyə doğrudur? Yanlışdırsa, doğrusu necə olmalıdır? Və sairə. Yazıçı da birmənalı olaraq bu suallar yönündə söz deməyi bacarmalıdır, məncə. Olanları elə göstərməlidir ki, qoyulan məsələlərə maraq oyansın, onların həllinə cəhd göstərmək istəyi baş qaldırsın oxucuda… Hər yazarın da hünəri deyil olanları həqiqətə uyğun göstərsin, oxucunu öz səmimiyyətinə inandırsın…

          Bunu bacaran birini tanıyıram.

                Meyxoş Abdullah…

O, bizi ( həyat yoldaşım Giya Paçxataşvili ilə məni) görəndə demişdi ki, haqqımızda nəsə yazmaq istəyir. Günlərin bir günü zəng elədi ki, düşündüyünü yazıb və səhifəmizə atıb. Oxuyanda çox təəccübləndim. Hekayə idi, amma elə bir şəkildə yazılmışdı ki, elə bil, taleyimi danışmışdım ona… Görücü kimi, yazmağına həm təəccüblənmişdim, həm də bu təəccüb çox ağır gəlmişdi mənə. Yaxşı ki, hekayəni münasib yerdə bitirmişdi, bir az da uzatmış olsaydı, yəqin ki, o ağırlığa dözə bilməzdim, təəccüb və heyrətdən birtəhər olardım. Əslində mənim heyrətimə Givi də qoşularaq, həmin o birnəfəsə yazılmış hekayəni oxuyub rus dilinə çevirmişdir – beləcə hər iki dildə olan (rus və azərbaycan dilində) bu əsər kitab halında oxucuların ixtiyarına verilmişdir.

Çox keçmədi ki, sözügedən kitabın təqdimatı Cəlilabadın Mərkəzi Kitabxanasında uğurla keçirilmişdir.

…Çoxdan idi ki, roman (iri həcmli əsər) oxumaq istəyirdim. Amma əlimə keçənləri, daha doğrusu, hay-küylə təqdim olunanları oxumaq istəsəm də yarayan bir şeyə rast gəlmirdim… Hansını oxumaq istəsəm beş-on səhifədən sonra kənara qoyurdum. “Əsir qadın” romanı haqqında eşitmişdim. Onu da bir neçə səhifə oxuduqdan sonra saxladım, davam edə bilmədim. Amma maraqsız olduğuna görə yox, mövzusuna görə. Vətən müharibəmizə həsr olunmuş əsər çox çətinliklə oxunurdu…

             Bir müddət sonra: “Oxumalıyam”, – deyib, oxudum və dəfələrlə halım xarab olsa da sona çatdırdım…

       …Orada yazılanları düşünmək belə, çətindir. Adam necə yaza bilib axı? Üstəlik, çeynənərək, az qala, çürüdülmüş mövzunu bu qədər diri şəkildə verməyi bacarıb. Heyrətamizdir… Etiraf edim ki, bir ay özümə gəlmədim. Mən, əslində, hələm-hələm ağlamıram. Bir şeydən çox həyəcanlananda dərman atıb sakitlışırəm.                Amma bu əsər içimi oynatdı.

              Düşünürəm ki, hər yazarın hünəri deyil bütün günü, həm də cürbəcür şəkildə hallandırılıb adiləşdirilmiş çox ciddi mövzunu tamamilə yeni tərzdə, həm də onun ciddiyyətinə layiq şəkildə təqdim etsin. Meyxoş Abdullah üçün isə bu, görünür, çətin olmayıb, çünki ətrafda baş verənlərə bir fərd olaraq da, bir yazıçı kimi də yetərincə diqqət edə bilən bir vətəndaşdır. Hər şeydən öncə o, insan könüllərinin “psixoloqu” kimi sözügedən əsərə yanaşmış həmin psixoloji dramanı “Qapısı gecə döyülən qadın…” kitabında inkişaf etdirmişdir.

Meyxoş Abdullahın qəhrəmanları (adları uydurulsa da) özləri real həyatda bu və ya digər şəkildə mövcuddurlar – kimisi əzab çəkir, Vətənini sevə-sevə vuruşur, kimisi isə müharibəyə baxmayaraq müqəddəs sevgidən məhrum olmur. Bu da nasirin dünya görüşünün barometri, insan vaxt qədirbilənliyinin “sayğacıdır”. Həyat təcrübəsi, müşahidə itiliyi və predmetə yanaşma doğruluğu məncə Meyxoş Abdullahı son 30 ildə müharibə mövzusunda yazan nasirlərin liderinə çevirmişdir – bu həqiqətən belədir. Yuxarıda adlarını vurğuladığım əsərlər təkcə təriflənməyə deyil, həm də filmlərin çəkilməsinə gözəl faktiki materialdır – hər halda bu mənim subyektiv fikrimdir.

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest