Genel

Xalq şairi Musa Yaqub 84 yaşında vəfat etdi

Nazim Əhmədli şair-publisist

Kırımın sesi qazetesinin Azərbaycan təmsilçisi

Musa Yaqub 1937-ci il mayın 10-da İsmayıllı rayonunun Buynuz kəndində
anadan olmuşdur. Göyçay pedaqoji məktəbini bitirdikdən sonra Tircan kənd orta
məktəbində müəllim (1957-1958), Buynuz kənd ibtidai məktəbində müəllim və
müdir (1958-1967) işləmişdir. ADU-nun filologiya fakültəsində qiyabi təhsil
almışdır (1967-1973). Həmin illərdə Buynuz kənd 8 illik məktəbinin müdiri
olmuşdur. [1]  Bakıya köçəndən sonra Azərbaycan Yazıçılar İttifaqında bədii
ədəbiyyatı təbliğ bürosunda direktor müavini,  “Azərbaycan” jurnalında  poeziya
şöbəsinin müdiri vəzifəsində çalışmışdır (1974-1978). İsmayıllı rayonunda çıxan
“Zəhmətkeş” qəzetinin redaktoru olmuşdur (1978-?).
Ədəbi fəaliyyətə 1957-ci ildə “Azərbaycan” qəzetində çap olunan “İki qəlb, iki
dünya” poeması ilə başlamışdır. Moldovada Sovet ədəbiyyatı, Ukrayna və
Özbəkistanda Azərbaycan ədəbiyyatı günlərində və digər ümumittifaq
tədbirlərində iştirak etmişdir. Azərbaycan KP İsmayıllı rayon komitəsinin büro
üzvü, rayon xalq deputatları Soveti ticarət və məişət xidməti daimi komissiyasınm
sədri olmuşdur (1979) İsmayıllı rayon Xalq Deputatları Sovetinin deputatı
seçilmişdir. M.F.Axundov adına mükafata layiq görülmüşdür. Musa
Yaqub  Parkinson xəstəliyindən  əziyyət çəkirdi.
Musa Yaqub 24 may 2019-cu ildə ” Azərbaycan Respublikasının xalq şairi ” fəxri
adına layiq görülmüşdür. [3]
Musa Yaqub 7 may 2021-ci ildə 84 yaşında vəfat etmişdir. Xalq şairi doğulduğu
Buynuz kəndində həyat yoldaşının məzarı yanında torpağa tapşırılıb.Allah rəhmət
eləsin!

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest