Vikinqlərin ilk kralı Azər ölkəsindən gələn Odin idi

Sənan Qılıncarslan Qacar

Böyük səyahətçi Tur Heyerdal:“İsland saqalarında salna-məçi Snore yazır ki, vikinqlərin ilk korolu Azər ölkəsindəno gəlmiş və tanrılar nəslindən olan Odin idi. Əslində, isə Odin; magik bilgilərə malik insan və şaman idi”. T. Heyerdalın ver-siyasına görə vikinqlərin əcdadı olan Odin; Kaspi/Xəzər dəni-zindən Volqa çayına keçmiş; sonra isə Novqorod və Kiyevdən keçərək Qərbə tərəf hərəkət emişdir. Həmin Vikinq nəsli İngil-tərə, Şotlandiya, Fransa, İrlandiyada ilk krallar olmuşlar.

Odin
Odin

Dox-sanıncı illərin sonunda T. Heyerdalın hesablamalarına görə Norveç kral nəsli 1213 il idi ki, hakimiyyətdə idi. Qobustanda bürünc lövhədə, Roma legionunun Azər-baycanda olduğu tarixi gördükdən sonra böyük səyahətçi bir daha öz versiyasının doğru olduğuna əmin oldu. Həmin tarix ilə Odinin Azər ölkəsini tərk edərək Norveçə getməsi ehtimalı üst-üstə düşürdü. İsa peyğəmbərin dünyaya gəlməsindən iki nəsil əvvəl Asların vətəni Azər ölkəsində Oqden adlı hökmdar yaşayırdı. Tur Heyerdala görə Odin həmin Oqdendir. T.Heyerdal versiyalarla kifayətlənməyib və genetik müa-yinələr də yoxlatdırmışdır. Belə ki, vikinqlərin qədim “Drakkar” adlanan gəmilərinin yanında dəfn olunmuş əsgərin bədə¬nindən DNT analizi nümunələri götürülmüşdür. Eyni zamanda, Qafqaz xalqlarının və məhz Azərbaycanlının DNT analizi yoxlanılmış və vikinq ilə Azərbaycanlının DNT-si eyni nəticə vermişdir. Bu qəbul edilmiş elmi faktdır ki, qafqazlılar ayrıca irqdir və avropalıların əcdadıdır. Vikipedik mənbələrə görə Asların əcdadı olan Odin; müdrik, şaman, qələbə və müha¬ribə tanrısı olmuşdur. Xanımlarından birincisinin adı Yord olmuşdur. Yord həm tanrıçadır, həm də müqəddəs, ilahi torpaq¬dır.Yord adlanan tanrıçavə torpaq;bu gün bildiyi-miz yurd, vətən, torpaq deyilmi?! Axı Odinin adlarından biri də votandır. Votan sözündə “Vətən” sözü, Tor və Tyuradlı oğul¬larının adında isə buğanın, öküzün qədim nəslindən olan “Tur” sözü, oğlu Beru, Braqi, nəvəsi Burinin adında da qurd demək olan “Börü” adı gizlidir. Odin hər zaman yanında iki qurd ilə təsvir edilir. Vikinqlərin baş geyimləri də tur, buğa buynuzulu idi. Odinin digər adlarında biri də Xor/Qordur. Hor tanrının bir gözü Set ilə savaşda kor edilmişdi. Odinin eynən sol gözü Mimirilə savaşda kor olmuşdu. Məqsəd müdriklik bulağının suyundan içməkidi.Vikinq sözünün özündə belə “kienqu/ kenger” sözünün kökü ehtimal olunur.Odinin oğulları İnqlinqi, İsveç kralları, Hunn, Norveç, Saksoniya, Kent, Bernisiya, Vestfaliya, Deyr, Uesseks, Şərqi İngiltərə kralları olmuşdur.

Firəngiz Rüstəmova –

“Hor sivilizasiyası və onun günümüzdə izləri” kitabından.

Pin It on Pinterest