GenelKültür SanatTürk Dünyası

Vaxt gələcək bizlər öz doğma yurdumuza, torpaqlarımıza qovuşacayıq.

Əslən Qərbi Azərbaycanın Böyük Vedi kəndində olan Vüsal Hümbətzadə: Mən daim o yerlərin xəyalı ilə yaşamışam. Və böyük ümid, inamla söyləyirəm ki, vaxt gələcək bizlər öz doğma yurdumuza, torpaqlarımıza qovuşacayıq.

Mən Vüsal Hümbətzadə Azərbaycan Dillər Universitetinin Beynəlxalq münasibətlər ixtisasının 4-cü kurs tələbəsiyəm. Əslən Qərbi Azərbaycanın Vediabasar mahalının Böyük Vedi kəndindənəm. Mən daim o yerlərin xəyalı ilə yaşamışam. Və böyük ümid, inamla söyləyirəm ki, vaxt gələcək bizlər öz doğma yurdumuza, torpaqlarımıza qovuşacayıq.

Vüsal Hümbətzadə
Vüsal Hümbətzadə

“Biz doğma torpaqlarımıza mütləq qayıdacağıq. Mən buna inanıram. Böyük Vedi Vedibasar mahalının aran hissəsində, Ağrıdağ vadisində, İrəvan şəhərindən 49 kilometr aralıda, Vedi çayının kənarında yerləşən qəsəbədir. Böyük Vedi camaatı xüsusilə qizların təhsil almasının və bunun üçündə məktəb yaradılmasının tərəfdarı idi. Bütün Qərbi Azərbaycanda ilk qız məktəblərindən biri də məhz Böyük Vedidə, Bilal Paşayevin evində açılmışdı. Böyük Vedidə saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri olub. Vedi rayonunun əhalisi öz yerinə, torpağına bağlı yurdsevər olublar. XIX əsrdən başlayaraq erməmilərin məkrli torpaq istəkləri və onların Qərbi Azərbaycana başlanan köçlərində əsl niyyətin həmin bölgələrdə olan azərbaycanlıları çıxarıb özlərinin yerləşmələri, bu arzuya çatmaq üçün amansızlığa, hər cür yollara əl ataraq Azərbaycan torpaqlarına yiyələnmək, və bölgəni tamamilə erməniləşdirməklə tarixən bu torpaqların onlara aid olduqlarını iddia etməklə mənimsəmək idi. Qərbi Azərbaycandan soydaşlarımızı dəfələrlə deportasiya edib, kütləvi qırğınlara məruz qoyublar. Amma bir müddət sonra insanlarımız təkrar o yerlərə qayıdıblar. Çünki Vətən sevgisi insanı tərk eləmir. Njde və Andranikin silahlı dəstələri 1918-ci ildə kəndlərimizi.viran qoyub, azərbaycanlıları qətlə yetirib, talançılıqla məşğul olublar. Sanki bizdən Abasqulu bəy Şadlinskinin heyfini çıxıblar. Böyük Vedi qəsəbəsinin mərkəzində Qalabürc deyilən bir təpə var id və 1918-1920-ci illərdə Böyük Vedi kəndi daşnakların hücumlarına məruz qalanda Abbasqulu bəyin başçılıq etdiyi Vedibasar özünümüdafiə qüvvələri dəfələrlə burada düşməni darmadağın etmişdi. Abbasqulu bəy Şadlinskinin rəhbərliyi ilə yaradılmış özünümüdafiə dəstələri xalqı qırğınlardan qorumuşdu. 1930-cu il sentyabrın 9-da keçmiş Vedibasar mahalının Vedi nahiyəsinin ərazisində Vedi rayonu təşkil edilib, Böyük Vedi də rəsmi olaraq bu rayonun inzibati mərkəzi seçilib. 1946-cı il aprelin 4-də Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə Böyük Vedi kəndinin adı dəyişdirilərək Vedi kəndi qoyulub. 1948-1953-cü illər köçürülməsi zamanı Vedi rayonundan köçürülməsi nəzərdə tutulan kəndlərdən biri də Böyük Vedi olub. 1949-cu ildə kəndin azərbaycanlı əhalisinin çoxu Azərbaycana köçürülüb. Camaat Tərtər, Bərdə, Şəmkir və başqa rayonlara yerləşiblər. 1948-53-cü ilin deportasiyasından sonra 1960-cı illərə təsadüf edən səssiz köç də baş verib. Ermənilər azərbaycanlılara elə şərait yaradıblar ki, insanlar ailələrinin, uşaqlarının gələcəyi naminə səssizcə Vətənlərini tərk edib Azərbaycana pənah gətiriblər. 1988-ci il hadisələrində isə silahlı ermənilər kəndlərimizə basqın edib əhalini zorla evlərindən çıxarıblar. Ermənilər bir çox iblisvari hərəkətlərə yol verməklə azərbaycanlıları tarixi torpaqlarından didərgin salıblar.”

“Azərbaycan Prezidenti İlham Əliyev təkbaşına bir ordunun işini görür. O 44 günlük Vətən müharibəsində sadəcə ermənilərlə deyil, dünya erməniliyi ilə, onların havadarları ilə mübarizə apardı. Bu gün biz işğaldan azad olunan Qarabağa qayıdırıqsa, bu, Azərbaycan xalqının və onun liderinin, Müzəffər Ali Baş Komandanının uğurudur, qələbəsidir. Biz hamımız onun ətrafında birləşərək cəkici bir yerə vurmalı, həmrəylik nümayiş etdirməliyik. Hazırda isə bizim ən böyük hədəfimiz Qərbi Azərbaycana qayıtmaqdır. Bu qayıdışın təmin olunmasında Vətən sevgisi sayəsində əminəm ki, geri qayıdanda mən daxil bütün gənclərimiz ön sıralarda olacaqlar. “

 Biz doğma torpaqlarımıza mütləq qayıdacağıq və böyük ümid, inamla söyləyirəm ki, vaxt gələcək bizlər öz doğma yurdumuza, torpaqlarımıza qovuşacayıq. Bu məqamda Ulu Öndərimiz Heydər Əliyevin söylədiyi dəyərli fikirləri xatırlamaq yerinə düşər: “Mən inanıram və mən tam inanıram ki, hər şey ədalət naminə dəyişəcəkdir, bizim bölgədə. Azərbaycan xalqının əzab-əziyyəti onun xeyrinə dəyişəcək. Və mütləq-mütləq siz gələcəkdə hələ gedib öz Göyçə torpağını da görəcəksiniz. Öz doğma dağlarınızı, bulaqlarınızı, çaylarınızı da görəcəksiniz. Ata-babalarınızın qəbirlərini də görəcəksiniz. Mən buna heç şübhə etmirəm”. “

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin.”

Eyni zamanda Prezident İlham Əliyev Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılan şəraitlə tanış olaraq Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşü zamanı söylədiyi sözlər artıq hər bir azərbaycanlınya Qərbi Azərbaycana qayıdacaq inamını bəxş edib. “Əminəm ki, gün gələcək və Qərbi Azərbaycandan olan soydaşlarımız, onların yaxınları, uşaqları, nəvələri tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar. Mən əminəm ki, bu gün gələcək və əminəm ki, Qərbi azərbaycanlılar böyük coşqu və həvəslə öz doğma torpaqlarına qayıdıb orada yaşayacaqlar”.

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest