GenelGüncelKültür Sanat

Vəli Xramçaylı – Şeirlər

Vəli Xramçaylı

             Şeirlər

 İNDİ ŞAİRLƏRİ GULLƏLƏMİRLƏR

Indi şairlərdə azıb yolunu,

Daha misralardan qan iyi gəlmir.

Tərifə,təltifə açıb qolunu,

İndi şairlər də güllədən ölmür.

İndi şairləri güllələmirlər…

      ***

Haqqa üz çevirib,haqqı demirlər,

İndi şairlər də əl çalan olub.

Harama üz tutub,halal yemirlər,

Vəzifə önündə alcalan olub

İndi şairləri güllələmirlər…

            ***

Yağının əlində qalan daglara

Yalandan-palandan tərif toxuyur.

Qaraya ag deyir,qara,aglara,

Daha nəfsidə yalan  qoxuyur,

İndi şairləri güllələmirlər…

        ***

Bir qaşiq qanından qorxan şairlər,

Sinəsində orden medal gəzdirir.

Bu təltif ölüsü xoxan şairlər.

Daha bu milləti yaman bezdirir,

İndi şairlər güllədən ölmür,

İndi şairləri güllələmirlər…

Sibirdi, Sibirdi ay dərvişVəli

Öldü duyguların, çiçək bitirməz,

Bu yol mənizilinə səni yetirməz,

Su sudu neyləsən ləkə götürməz.

Su birdi, su birdi ay Dərviş Vəli.

                ***

Heç kim dözəmməzdi sən dözən dərdə.

Könül vərəndə də veriyinən mərdə.

Gözünü dünyaya açdigın yer də

Sibirdi,Sibirdi, ay Dərviş Vəli           

                       ***

Bu nədi,canına qorxumu girdi,

Bütün hökümdarlar gözündə birdi,

Yerin ya surgundu, yada qəbirdi,

Qəbirdi, qəbirdi ay Dərbiş Vəli…

Özü boyda bu dunya bir cavabsiz sualdi

 Bəs bu necə zamandi gəlib belə yetişdi

Ürəyim sözə baxmir,əlim qələmə yatmır.

Nə Qarabağ yarası qaysaqlanib bitişdi,

Məni oyadan qələm daha məni oyatmır

                          ***

Hər kəlmə addim başı əcəl bizi izləyir,

Dagilmalı dünyadı,dagilmir ki,dagılmir.

Qapımızı kəsdirib ölüm bizi gözləyir.

Bogulmalı dünyadı,bogulmur ki, bogulmur.

                   ***

Adam ölmək itsəmir,anaların gpzundə

Ağlamağa neyləsin bir gilə yaş qalmayıb.

Bu gördüyün dünyanın goz işləyən düzündə,

Sapanda qoyulası bir dənə daş qalmayıb.

                  ***

Mən Sürğündə doguldum,yerim vallah sürğündü,

Hər ğecəmin əlindən könlümü fikir aldı.

Belə ömur-ğün olmaz,bu hə ömür, nə gündü,

Özü boyda bu dünya bir cavabsız sualdı………

Gedək bu şehərdən mənim ürəyim

Kiminin bəxtinə güldü bu şəhər,

Kiminin bəxtinə küldü bu səhər,

Mənim gözlərimdə öldü bu şəhər,

Gedək bu səhərdən mənim ürəyim

Mənim bu şəhərdə nə ölümüm var.

                   ***

Gah buzdu, gahda ki, oddu bu şəhər,

İçimə, çölümə yaddi bu şəhər,

Gör məni haraya atdı bu şəhər,

Gedək bu şəhərdən mənim ürəyim,

Mənim bu səhərdə ne ölumüm var.

             ***

Adamı qarsıyır sıxır havası,

Bu şəhər ömrümün qərib yuvası,

Hələ qarşıdadır mənlə davası,

Gedək bu şəhərdən mənim ürəyim

Mənim bu şəhərdə nə ölümüm var.

            ***

Burda gur işiqlar adam aldadir,

Burda igidlərin  başi qaldadir,

Anamin qəbrinin gözü yoldadi,

Gedək bu şəhərdən mənim ürəyim

Mənim bu şəhərdə nə ölümüm var.

Dərsimi almisam haqdan

Bu nə qanun, bu nə qayda.

Sən nə hayda, mən nə hayda,.

Iynənin ulduzu boyda,,

Hani əl yeri, əl yeri.

         ***

Oyanaydım qəfil səsdən,

Hardasan ey boyu bəstəm

Yolunu  sal sinəm ustən,

Di gəl, gəl,yeri gəl yeri.

        ***

Dərsimi almişam haqdan,

Məni qinama nahaqdan

Dərviş Vəli ağlamaqdan,

Sinəm göl yeri, göl yeri..

Bir adam yoxdumu

Sandıqlar açilib, düz üzə çixdı,

Namərd bəlli oldu, mərd düzə çıxdi,

Yenə gözlərində qəm dizə çixdı,

çıxdımı, çixdimı, ay Dərvis Vəli.

        ***

Belə yazmi olar, bu da yazdımi?

Səsimi-sözümü gören yazdımı?

Bu dərd mən boydadı, söylə azdimı,

Çoxdumu, çoxdumu, ay Dərvis Vəli.

                   ***

Bu sandiq acilib nə atilası?

Nə var ki, gözünə nə qatilası?

Bir adam yoxdumu, uz tutulası,

Yoxdumu,yoxdumu, ay dərvis Vəli?

Hayıf  bu zamanda yaşayanlara

Haqlının yerinə haqsız dindisə,

Mərdində taxtına namərd mindisə,

Adamın bir üzü daha mindisə,

Lənət,bu zamanın üzünə lənət…

Hayıf,  bu zamanda yaşayanlara.

                  ***

Yaxşılar icindən cürüyüb gedir,

Ömrünü birtəhər sürüyüb gedir,

Yalan ayaq acıb yeriyib gedir

Lənət,  bu zamanın üzünə lənət

Hayıf,  bu zamanda yaşayanlara,

                ***

Bu gun öz zatını coxu dandısa,

Özünü hamidan haqli sandısa,

Qurunun oduna yaşı yandısa

Lənət, bu zamanın üzunı lənət,

Hayıf  bu zamanda yaşayanlara.

                   ***

Dədə axtaranın dədəsi yoxsa,

Belə zamananın gədəsi coxsa,

Əyrisi düzünün gozünə oxsa,

Lənət ,bu zamananın üzünə, lənət,

Hayıf,  bu zamanda yaşayanlara,

                      ***

Qananı,qanmazı əl calandisa,

Bu qədər əl calib alcalandısa,

Alcala-alcala ucalandısa

Lənət , bu zamanın üzünə lənət

Hayıf  bu  zamanda yaşayanlara.

Hayıf , bu  zamanda  yaşayanlara…

Yovşan qoxusu

Hanı uşaqlıgın, yovşan qoxusu,

Hanı o günlərin dovşan yuxusu.

Daha xəyalımda yaşar çoxusu

Dönüb xatirəyə yıgılar hər gün…

                 ***

Çəməni xalı tək naxışa dönüb,

Yolları bir cüt baxışadönüb,

Bəyaz gəcələri yagışa dönüb,

Bir bulud ömründə sagılar hər gün.

           ***

Yaşım qaygıların sayına düşüb,

Başım xəyalımın hayinadüşüb,

Qəmli anlarımın payına düşüb,

Kövrək bayatılar , agılar,hər gün.

                  ***

Hanı yarpaq-yarpaq tökülən illər,

Kükrəyib təzədən gətirə yellər.

Uzaqdan bir uşaq əlini yellər,

Həsətı sinəmə dağılar hər gün.

                   ***

Zaman o günləri ütüləyibdi,

Ağzını yoxuşa itələyibdi.

Duyğum qayçısını itiləyibdi,

Biçər özü boyda nağıla hər gün…

Köçün hayandadır, ay dərviş Vəli

Yenə o dağlara, yenə çən düşüb,

Seyrələn saçıma seyrək dən düşüb.

Mən sevən dostlarda daha gen düşüb,

Köçün hayanadır, ay Dərviş Vəli?

           ***

Gəzdin oba-oba eli, aləmi,

Köksündə göyərdi, bu yurdun qəmi,

Sinən özün boyda bir səyyah gəmi,

Köçün hayanadır, ay Dərviş Vəli?

                    ***

Getdi gözləriyin, getdi yuxusu,

Getdi ömrünün də getdi, çoxusu,

Qaldı barmağında tütün qoxusu,

Köçün hayanadır, ay Dərviş Vəli?

            ***

Ömrün uralanmış bostan urası,

Hələ harasıdı, hələ harası,

Hələ qarşıdadı bundan sonrası

Köçün hayanadır, ay Dərviş Vəli?

            ***

Daha pərvazlanıb, heç uçmaq olmur,

Dərddə dərd gətiri, heç qaçmaq olmur.

Eləmi dünyadı baş açmaq olmur,

Köçün hayanadır, ay Dərviş Vəli?

Bu yol yaman uzaqdı

Aman Allah bu yol yaman uzaqdı,

İlham yenə köksüm üstə oynamır.

Bir bulağam qurumuşam nə vaxtı

Ha gözlərəm qaynamır ki, qaynamır.

                  ***

Durna köçüm yenə hara baş alıb,

Nə müddətdi bu səmada görünmür.

Xeyli vaxtı sinəm elə boşalıb,

Bəyaz – bəyaz duyğulara bürünmür.

                  ***

Niyə tutdun, bu yol necə yol idi?

Fikrim məni əsir edib özünə,

Bir vaxt sözlər sinəm üstə qul idi,

Yaman küsüb daha baxmır sözümə.

                    ***

Hay versəmdə harayıma gələn yox,

Bu dərd məni öldürməsə yaxşıdı,

Köküm üstə quruyuram, bilən yox,

İndən sora bildirməsə yaxşıdı.

                  ***

Bu ürək də ağrımağa vaxt tapıb,

Dindirən tək uşaq kimi kövrəlir.

Əllərimdə saçlarımın sığalı,

Yaş ötdükcə yavaş-yavaş seyrəlir.

             ***

Aman Allah bu yol yaman uzaqdı,

İlham yenə köksüm üstə oynamır.

Bir bulağam qurumuşam nə vaxtı

Ha gözlərəm qaynamır ki, qaynamır.

Dağlar məni oğul eylə özünə

Könülümdə bir qucaq şəhər gəlmişəm,

Sinəmdə bir ətək qəhər gəlmişəm.

Əlimdə üzəngi yəhər gəlmişəm,

Daha bir daha ağ olmaram üzünə,

Dağlar, dağlar məni oğul eylə özünə.

                ***

Bu ünvanın qapısında əsən kim,

İncidən kim, inciyən kim, küsən kim,.

Heç soruşma pambıqla baş kəsən kim,

Daha bir daha ağ olmaram üzünə,

Dağlar, dağlar məni oğul eylə özünə.

                   ***

Nəfəsimi qoy doyunca dərim bir,

Günlərimi qurudum bir sərim bir.

Həsrətini çox çəkmişəm yerin bir,

Daha bir daha ağ olmaram üzünə,

Dağlar, dağlar məni oğul eylə özünə.

                  ***

Gətirmişəm uduzduğun oyunu,

İcazə ver çisəyində yuyunum.

Üst-başımdan kədərimi soyunum,

Daha bir daha ağ olmaram üzünə,

Dağlar, dağlar məni oğul eylə özünə.

Ömrümdən bir qatar  keçər.

Yoluma göz dikib bir dəmir yolu,

Bu gecə ömrümdən keçər bir qatar,

İllərim vaqona sərnişin olub,

Beləcə ömrümdən keçər bir qatar.

                    ***

Vaqonun birində uşaqlığımdı,

Könlümdə bir azca ağrı acı var,

“Ana” vağzalında dayanır qatar.

Ana laylasına ehtiyacı var.

                    ***

Vaqonun birində məhəbbətimdir,

Özü öz yükünü daşıya bilmir.

“Hicran” vağzalında dayanır qatar,

Bir gözəl gözünün yaşını silmir.

             ***

Vaqonun birində sevincim qəmim,

İkisi bir yerə sığışa bilmir,

Buluda qoşulub uçan arzular.

Ömrün qatarına yığışa bilmir.

              ***

Ömrümdən beləcə keçir bir qatar,

Keçdikcə sinəmdən izi silinmir,

Sonunca vaqonda ömrümun yolu.

Hələ ünvanının sonu bilinmir…

Nazim Əhmədli /Kırımın sesi qazetesinin Azərbaycan təmsilcisi

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest