Kültür Sanat

Türkün Yarası!

Duy səsimi sən, ey dünya!!!
Dinlə məni, bir qulaq ver.
Xocalıda qətl edilən,
Vəhşiliklə öldürülən insanlarla
Eyni qanı daşıyıram!
Ölü kimi yaşayıram.
Boynu bükük biz əziklər…
Utanırıq, qızarırıq biz yanırıq?!
Vətən üçün, millət üçün…
Yaşayırıq?! Yaşamırıq!!!
Biz ölüyük, ölü xalqıq!
Bəli, bizik ruh daşıyan, canlı cəsəd.
Yaşayırıq…!
Keyf edirik, şənlənirik.
Vətən, millət, torpaq dərdi çəkməyərək!
Ömr edirik, ölməyi düşünməyərək.
Yaşayırıq?! Bəli, Bəli!!!
Çiçək açır hər yanımız gül-gülüstan.
Bağ-bostan atıb-satıb, yeyib-içib şənlənirik.
Yaşayırıq?! Yaşamırıq?!
Biz ölüyük…
Ruhsuz bədən daşıyırıq.
Bəli, bəli, yaralıyıq!
Dərbənd, Kərkük, Təbriz kimi,
Oğuz yurdu Borçalımız,
Az qalıb çıxar canımız.
Qarabağda Xocalıtək…
Harayım var unutmarıq!
Xeyr, Xeyr…!!!
Ola bilməz şübhəm vardır!!!
Özümüzə, döşümüzə biz vuraraq.
Fəxr edərək, biz qürurla söyləyərək.
Nə xoş bizə, bizlər Türkük!!!
Deyənlərlə eyni qanı daşıyırıq?!
Yaramız var, yaramızı qaşıyırıq.
Görən necə bu yarayla yaşayırıq?!

Elsevər Hüseynoğlu
Bakı~24/02/2020

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest