GenelGüncel

Türkiyə Xarici İşlər naziri Mövlüd Çavuşoğlu “Tək millət, tək ürək, Azərbaycan, Türkiyə!”

Sənan Qılıncarslan Qacar/Azerbaycan

Mövlüd Çavuşoğlu Azərbaycana təşəkkür edib: “Tək millət, tək ürək, Azərbaycan, Türkiyə!” Türkiyə Xarici İşlər naziri Mövlüd Çavuşoğlu Azərbaycanla bağlı paylaşım edib. APA-nın xəbərinə görə, bu barədə Türkiyə XİN başçısı “Twitter” hesabında qeyd edib. Mövlud Çavuşoğlu bildirib ki, Bakının simvollarından olan Heydər Əliyev Mərkəzində COVID-19-la ortaq mübarizə çərçivəsində Türk bayrağı Azərbaycan bayrağı ilə birlikdə dalğalanır: “Tək millət, tək ürək Azərbaycan Türkiyə! #BirliktəYeneceğiz”. Xatırladaq ki, COVID-19 pandemiyasının yayılmasına qarşı Azərbaycanın beynəlxalq ictimaiyyətlə həmrəyliyinin ifadəsi olaraq aprelin 3-dən etibarən virusdan zərərçəkən dövlətlərin bayrağı həmin ölkənin musiqisinin müşayiəti ilə dünya memarlıq abidələrindən olan Heydər Əliyev Mərkəzinin binası üzərində nümayiş etdirilir. Ölkələrin adının ingilis dilindəki əlifba ardıcıllığına uyğun olaraq hər gün bir dövlətin bayrağı bina üzərində təqdim olunur. Bununla Heydər Əliyev Mərkəzi COVID-19-un geniş yayıldığı dövlətlərə və onların xalqlarına dəstəyini, hörmət və ehtiramını ifadə edir.

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest