Türkiyənin marşı , Mustafanın Çannak-kala məktubu
Türkiyənin marşı , Mustafanın Çannak-kala məktubu və yaxud bir daha maraqlı bir kitabdan söz açırıq:
Hans Stumme,Halil Fikret. “Türkische Lesestoffe….Leipziq .1916”
Görkəmli türk pedaqoqu, keçən əsrin 20-ci illərindən başlayaraq,
əsərlərini “tərbiyə doktoru HalFikret” kimi imzalayan Halil Fıikret
(1892-1974 ) və onun yaradıcılığı
haqqında elmi araşdırmalar
apararkən hər dəfə maraqlı və çox böyük elmi əhəmiyyəti olan faktlarla,
dəyərli materiallarla
rastlaşanda onları elmi ictimaiyyətlə bölüşməyə tələsirəm.
1916-cı ildə Almaniyanın Leipziq şəhərində çap olunan 31 səhifəlik bir
kitabın üz qabığında onun
adını dünyanın ən məşhur pedaqoqlqrından biri, alman afrikanşünası
və şərqşünası Hans Stumme
(1864-1936) ilə yanaşı gördükdə isə nədənsə tələsmədim, faktları
diqqətlə araşdırmağa başladım.
Yox, səhv etməmişdim. Leipziq Universitetinin son kurs tələbəsi oxuduğu ali təhsil ocağının
professoru ilə birgə elmi əməkdaşlıq etmişdir. Bəri başdan deyim ki, əsər 1915- ci ilin sonlarında
tamamlanmış, 1916-cı ilin yanvarında Leipziqdəki “Otto Harrassowitz” nəşriyyatı tərəfindən latın
qrafikası ilə dünyanın türkdilli oxucularına çatdırılmışdır. Bu,o vaxtlar idi ki, türkdilli ölkələrdə, o
cümlədən Türkiyədə də, Azərbaycanda da ərəb qrafikalı yazıdan istifadə olunurdu. Doğrudur, ayrı-
ayrı ziyalılar 1878-ci ildə dünyasını dəyişən M. F. Axunzadənin latın qrafikalı əlifba çağırışı hələ də
unuda bilmirdilər. Bu yolda M. Şahtaxtlının xidmətləri ziyalılara daha qabarıq şəkildə çatdırılırdı.
1879-1884-ci illərdə Tiflisdə Azərbaycan dilində çap olunan “Ziya” qəzetində ana dili və onun
mübtədi (ibtidai -N.N.) məktəblərdə tədrisi üsulları haaqqında maraqlı
mülahizələr söylənilmişdir. Qəzetin redaksiya heyəti ərəb əlifbasının
islahı və dəyişdirilməsi ətrafında uzun illər boyu aparılan
mübahisələri fikir mübadiləsini genişləndirmək məqsədilə gündəmə
gətirirdi.
Əslində “Ziya” qəzetinin naşiri Səid Ünsizadə də, baş mühərriri
Cəlal Ünsizadə də ərəb əlifbasının tərəfdarları idi;
onlar əlifbanın dəyişdirilməsinin törədəcəyi çətinlikləri görür, məktəblərdə dilin tədris
üsullarını yaxşılaşdırmağı daha vacib sayırdılar.
1296-cı hicri-qəməri ilində (miladi təqvimi ilə 1879-cu ildə) İstanbulda “Şirkəti-İraniyyə”
mətbəəsində İranın Tiflisdəki konsulxanasında tərcüməçi işləyən Mirzə Rza xan Daniş latın
və rus əlfbaları əsasında düzəltdiyi “Risaleyi-Rüşdiyyə” kitabçasını nəşr etdirir. Bu kitabça
tanışlıq və rəy üçün işin içində olan bir sıra ziyalılara göndərilir. İstanbulda fars dilində nəşr
olunan “Əxtər” qəzeti öz səhifələrində geniş müzakirə açır. Həmin müzakirə materialları
operativ şəkildə “Ziya” qəzetində də çap edilir. Müzakirələrdə Zaqafqaziyanın şeyxülislamı
Əhməd bəy Hüseynzadə, müfti Əbdülhəmid Əfəndizadə, atası fransız, anası alman olan rus
şərqşünası Adolf Berje və başqaları çıxış edirlər.
Əlifba qalmaqallarının səngimədiyi, gündəmdən düşmədiyi bir vaxtda-1916-cı ildə
Almaniyanın Leipziq şəhərindəki iri mətbəələrinin birində – OTTO HARRASSOWİTZ-də latın
qrafikası ilə “Türkische Lesestoffe handschriftlich im Rуka- Charakter und umschrieben mit
lateinischen Buchstaben,unter Beifügung einer einführenden Darstellu des türkischen
Alphabets im Rукa-Charakter” adlı 31 səhifəlik bir kitab çap edilir.
Halil Fikret 1923-26-cı illərdə babalarımıza Bakı Ali Pedaqoji İnstitutunda psixologiya və
pedaqogika tarixindən dərs deyən tərbiyə doktorudur. O, Azərbaycan Respublikasının elmi-
ictimai həyatında əhəmiyyətli yeri olan türk qardaşlarımızdan biridir. Bakıya ali təhsil
müəssisələrində işləməyə dəvət edilmiş, Azərbaycan Xalq Maarif Komissarlığında
məktəbəqədər tərbiyə şöbəsinin müdirı vəzifəsində işləmişdir. Halil Fikret Bakıda müxtəlif
elmi jurnallarda, respublika və əyalət mətbu orqanlarında maarifçilik məsələlərinə aid onlarla
elmi, elmi-metodiki, bədii- publisistik məqalə yazmışdır.
Professor, tərbiyə doktoru Halil Fikretin Bakıda S. M. Qənizadə, A. Şaiq, H. Cavid,
M. S. Ordubadi, Q. R. Mirzəzadə, M. Mahmudbəyov, Ə. Cəfərov, A. İsrafilbəyov,
C. Cəbrayılbəyli, Ə. Haqverdiyev kimi çoxlu əqidə və məslək dostları var idi.
Halil Fikret 1926- cı ildə Bakıdakı ən birinci dövlət nəşriyyatında – Azərnəşrdə “Tərbiyə və
tədris tarixi” adlı ilk iri həcmli- 600 səhifəlik , 2 hissədən ibarət olan dərsliyini çap etdirmişdir.
Halil Fikrət o dövrün bir çox mətbuat orqanlarında yüzə qədər yazı-rəy, elmi-
metodik məqalə, esse,
dunyanın bir neçə ünlü psixoloq və pedaqoqları haqqında portret oçerklərini çap etdirmişdir.
Təəssüf ki,bu yazılar haqqında uzun müddət söz açılmamışdır.Mənim bu stiqamətdəki
yazılarım da türk ədəbi və elmi ictimaiyyətinə çatdırılmamışdır.Halbuki bu yazıların bəzisi
Türkiyədə -Haldun Cezayiroğlunun Kolleksiyonunda yayımlanmışdır
.
Halil Fikrətin Bakı bə Şəki nəşriyyatlarındakı yazılarının hamısı Azərbaycan ədəbi dilininən
yaxşı nümunələri kimi diqqəti cəlb edir. O,Azərbaycandakı bütün yazılarını Halil adı ilə
yox,Xəlil Fikrət adı ilə imzalamışdır.Maraqlıdır ki,İnqilab və mədıniyyət yirnalındakı
fəlsəfi yazılarınında imzasının şəkli də verilmişdir.
ADPİ-nun 5 illiyinə 1926-cı ildə Bakıda nəşr olunan həsr olunmuş kitabda-“Beş yıl”da Halil
FiKətin pedaqoji görüşləri haqqında maraqlı bir məqaləsi türk-Azərbaycan pedaqoji
əlaqələriniöyrənmək baxımndançox əhəmiyyətli ,proqram xarakterli, manifest səviyyəli
yazıdır.Məqalə “Yeni müəllim arqadaşlarıma tövsiyələr”adlandırılmışdır.
Halil Fikrətin bu yazısı sonralar Türkiyədə cüzi əlavələrlə çap olunmuş,pedaqoji ictimaiyyət
tərəfindən maraqla qarmılanmışdır. Bu yazının şapından bir müddət sonra sovet rejimi
tərəfindən hər addimı diqqətlə izlənilən H.Fikrət Bakıdan uzaqlaşmışdır. O,Bakıdan
Almaniyaya gedir, çox qısa bir müddətdən sonra – 1927-ci ildə vətənə qayıdır, Konyada
açılan Qazi Orta Müəllim Məktəbində müəllimlik edir. Bir müddətdən sonra bu məktəb
Halil Fikrətin təşəbbüsü ilə burada pedaqojı bölüm yaradılır və o, bu bölümdə işləyir.
1927-ci ildə Halil Fikrətin Ankarada ilk kitabı –”Coğrafiyanın tədris üculu” çap olunur
. “Coğrafiyanın tədris üsulu” kitabının materialları Azərbaycanda toplanmış və Türkiyəyə
çapa hazır vəziyyətə gətirilmişdi. Bu kitabın yazılmasında Halil Fikretdən əvvəl türk
dünyasında bir neçə coğrafiya dərsliyi ilə tanınan şamaxılı Qafur Rəşad Mirzəzadənin güclü
təsiri olmuşdur.Qafur Rəşad Mirzəzadənin kitabı ilə Halil Fikrətin coğrafiyaya aid metodiki
əsərinin ciddi təhlili ,çox güman ki,maraqlı paralelləri ortaya çıxara bilər.
..Mövzunun aydınlığı naminə deyilən bu qeydlərdən məlum olur ki, alman alimi Hans
Stumme ilə şərikli yazdığı “Türkische Lesestoffe…” (“Türkiyə antologiyası ”“) kitabı məşhur
Leipziq Universitetinin tələbəsi Halil Fikretin ilk юэкшлдш əsəri deyil. Halil Fikretin 191
ildən sonra da Hans Stumme ilə əməkdaşlıq etməsi güman edilir.Onun 1927 -ci ilin
əvvəllərində Bakıdan birbaşa Türkiyəyə yox, Almaniyaya qayıtması da bu fikrə rəvac verir.
Alman alimi Hans Stumme və türk aydını Halil Fikretin birgə yazdıqları “Türkische
Lesestoffe” (“Türkiyə almanaxı”) kitabı haqqında indiyədək bu sətirlərin müəllifi və Haldun
Cezayirlioğlundan başqa, türkologiyada tutalı bir söz deyilməmişdir. (Bəlkə də Almaniya və
Türkiyə arxivlərində hələ də qatı açılmamış sənədlər var. Hər halda bu, ədəbi və elmi
ictimaiyyətə məlum deyil).
Əsərin birinci səhifəsində alman dilində yazılmış ön sözdən – “Vorbemerkunq”dan – giriş və
izahat xarakterli yazıdan məlum olur ki, müəlliflər kitabın yazılması və araya-ərsəyə
gətirilməsində zəngin ədəbi və elmi mənbələrdən istifadə etmiş, faktları diqqətlə
araşdıraraq, türk dili və ədəbiyyatını öyrənmək istəyən avropalılara çox gözəl bir hədiyyə
bağışlamışlar.
2 -ci və 3-cü səhifələrdə o vaxtlar türk yazısında işlənən ərəb əlifbasının yazı sistemi, iki və
dörd cür yazılan hərflərin yazı nümunələri və ayrı- ayrı səslərin qrafik işarəsi, hərflərin adı
(elif,be, re, te, se, ğim, ha, dal, re, ze, sim… sad, zad, lam, mim, nun, vav, je, lam-elif
…, cəmi – 34) əyani şəkildə oxucuların diqqətinə çatdırılmışdır.
Müəlliflər oxucuların oxu prosesindəki işini asanlaşdırmaq üçün cüt səhifələrdə (2, 4, 6, 8
,10, 12,14,16,18 və s) ərəb əlifbasından, təklərdə isə latın qrafikasından istifadə etmişlər.
Ərəb qrafikalı xətlər, şübhəsiz ki, Halil Fikrətə məxsusdur). 4-cü səhifədə 16 cərgədə
sözlərin hərflərlə ifadəsi göstərilmişdir. Buradakı 139 sözün hamısının latın qrafikalı yazılış
olmadığı üçün onların bəzilərini sadalayırıq-baba, pak, tütün, tarla, baş, vadi, kartal, kar,
yağ, bağ, corab, havi (əhatə edən- N.N.), padişah, topal, toparlaq, sora, fani, qatı, bulut,
lale, lüle, mal, madam, maşa..
6-cı səhifədə qafiyə, omonim, paronim,sinonim kimi işlənə bilən sözlər 16 nömrə altında
toplanmışdır. 7-ci səhifədə həmin sözlər latın qrafikası ilə təkrarlanmışdır. 8 və 9-cu
səhifələrdə də leksik materialların ərəb və latın qrafikalı təqdimatı verilmişdir
.
Kitabın 10-cu səhifəsində “Zurub-i emsal” (zərbi məsəl- N.N. ) başlığı altında 16 nümunə
verilmişdir. Bunların hamısı türk xalqları arasında geniş yayılmış, həyatın çətin
sınaqlarından keçmiş nümunələrdir: “At ilə eşşək yarışamaz”, Adam odur ki, ikrarından
dönməyə, “Az söyləmək çox söyləməkdən evladır” (daha yaxşıdır-N.N.), ”Azı bilməyən çoxu
heç bilməz”, “Yorğanına görə ayağını uzat”, “Dilin kemiyi (sümüyü-N.N.) yoxdur, amma
kemiyi kırar”, “Yeməksiz qalmaq borc ilə kalmakdan eyidir” , Ya dəvə , ya dəvəçi” və s.11-ci
səhifədə bu materiallarin latın qrafikalı variantı verilmişdir.
Kitabın12-18-ci səhifələrində “Müxləlif lətifələr” başlığı altında müxtəlif yazılı və şifahi
məxəzlərdən seçilmiş lətifələr toplanmışdır. Müəllilər daha çox əsl adı Əhməd olan tanınmış
türk yazarı, şairi, egitimi, qəzetəçisi və xəttatı Faik Rəşadın (26 iyul 1851- 1914 ) 1328-cı
ildə (hicri) Konstantinopolda çap etdirdiyi “Külliyyat-i – lətaif” əsərindən və Hoca Nəsrəddin
lətifələrindən istifadə etmişlər. Təsəvvür yaratmaqdan ötrü onlardan bir neçəsini təqdim
edirik:
*Hastanın biri kendisini eyi eden bir doktora der ki, “doktor efendi, beni az zemanda eyi
etdiyiniz içün size okadar medyun-i -şükranim ki, yaşadıkce oni bir dürlü ödeyemeyeceyim”.
Hekim cevab olarak: “ödeyemeyeyek gibi deyil, efendim; hepsi yüz quruş-dur!” demiş.
*Bir hasta adam karısına bir gün der ki: “aman, karı, odama , reca edirim, senden başka
kimse girmesin, zira hastalığım sari ( yoluxucu-N.N.) və tehlikelidir”.
- Bir odada yatan iki arkadaş şu yolda bir muhawerede (danışıq, söhbət -N.N.) bulunmuşlar:
Birinci arkadaş:yahu,bana bak”–İkinci: “ne var?”
Birinci:uyuyormusun?” –Ikinci: “neden sordun?”
Birinci:” bir para ödünc isteyecekdim!”—İkinci: (yorğanı başına çekerek):
”uyuyorum,dostum!” cewabında bulunmuş.
- Bir odada yatan iki arkadaş şu yolda bir muhawerede (danışıq, söhbət -N.N.) bulunmuşlar
:
Birinci arkadaş:yahu,bana bak”–İkinci: “ne var?”/////
Birinci:uyuyormusun?” –Ikinci: “neden sordun?”
Birinci:” bir para ödünc isteyecekdim!”—İkinci: (yorğanı başına
çekerek):”uyuyorum,dostum!” cewabında bulunmuş.
- Bir deyirmenci eşeyini önünə katmış gider imiş.Yol
da köylünün biri buna rast gelüb: “böylə ikiniz nereye gidiyorsunuz?” deyince, degirmenci
parmağıyle köylüyü göstererek:”üçümüz içün saman almağa gediyoruz “cevabını vermiş.
12,14,16 və 18-ciı səhifələrdə ərəb əlifbası ilə yazılmış lətifələrin latın qrafikalı variantı
verilmişdir.
Kitabın 18-23-cü səhifələrində “Türkce şeirlər ” ümumi başlığı altında 1908-ci ildə yazılmış
“Ordu marşı”, 10 mani və “Yabanda bulunurum ” adlı 32 misralıq iki hissəli bir şeir
verilmişdir.
Kitabdakı “Ordu marşı”nı müasir mətnlərlə müqayisə etmək üçün oxucu və tədqiqatçıların
nəzərinə çatdırırıq.
Ordu marşı
1.Qrdumuz etdi yemin,
titredi hak ü zemin,
milleti etdi emin,
açıldl rah-i-nevin.
( Nakarat )
sancağımız,şanımız,
osmanlı ünvanımız,
vatan bizim canımız,–javascript:void(0);
feda olsun kanımız!
- terki-i-aram eylədik,
cahd ü ikdam eyledik,
neşr-i-meram eyledik,
haqle kiyam eyledik.
( Nakarat )
- osmanlı ahfadıyız ,(neveleriyik-N.N.)
biz vatan evladıyız,
milletin efradıyız,
hürriyet eşhadıyız.
“Manilər”dəki 10 şeirin hamısı klassik, ənənəvi bayatıarı xatırladır. Bunların bəzisinin
müəllifli bayatı olması şübhəsizdir.Anlaşıqlı olmaq üçün bir neçəsini nümunə göstəririk:
Bağa gitdim nar içün,
gül kopardım yar içün;
analar kız doğurmuş,
deli-kanlılar içün.
sabahdan sen kalkarsın,
mektebe sen gidersin;
meramın mekteb deyil;
sen çapkınlık edersin!
hey, güzel kız, gelmezler,
seni bana vermezler;
eyil bir yol öpeyim,
karanlıkdır,gürmezler.
İki hissədə–1 və 2 nömrə ilə verilmiş “Yabanda bulunurum” şeirində “Memleketimdən
uzağım, yabanda bulunurum” misraları 32 misralıq bu əsərdə 3 dəfə təkrar olunur. Şeir türk
ədəbiyyatında “Qürbət türkiləri” adı ilə tanınan janrın ən gözəl nümunələrindən biri kimi
qiymətləndirilə bilər:
Ah , o kızıl güllerinin
kokusu bana esse,-
ah, beyaz camilerinin
buhuru (ətri- N.N. ) bana gelse!
lakin buraya gelemez
senden ol şirin koku,
zira denizlere sürer
ruzgarların ordusu.
Əsərin 24-cü səhifəsində gənc bir çocuğun dilindən söylənilən “Tərbiyəli bir qitə” adlı həyat
proqramı–manifest səpkili maraqlı bir yazı yerləşdirilmişdir. Ərəb əlifbalı səhifədə başlıq
göstərilməsə də , 25-ci səhifədə –latın qrafikalı variantda bu, aydın yazılmışdır.” Tərbiyəli bir
qitə”nin müəllifi əsl adı Ömər olan, “Tərcümani-həqiqət”, “Səadət”, “Bakıt” qəzetlərində
müxbirlik,Qalatasaray Liseyində və “Məktəb-i-hüquq”da ədəbiyyat müəllimi işləyən, türk
ədəbiyyatında Müəllim Naci (1850-1893) kimi tanınan söz ustasıdır. Şair Müəllim Naci
“Ateşpare”,”Şerare”,”Füruzan” və sair şeir kitablarının müəllifidir. O, ərəb,fars və frasız
dillərindən çoxlu tərcümələr etmişdir.Ölümündən sonra “Yadigar-i-Naci” kitabı çap
edilmişdir. Onun “Ömərin çocuqluğu” kitabı avtobioqrafik səciyyə daşıyır. Kitabda Ömərin
çocuqluq həyatının ağrılı- acılı səkkiz ili öz əksini tapmışdır.
Haqqında geniş söhbət açılan kitabdakı “Tərbiyəli bir qitə” “Ön söz”də yazıldığına görə
Müəllim Nacinin “Təlimlül-qiraət” (oxu təlimi-N.N.) əsərindəndir. “Oxu təlimi ” kitabınıın
Türkiyədə necə təbliğ olunmasını öyrənmək çox maraqlı görünür.
“Tərbiyəli bir qitə”nin mütaliəsi elmə, təhsilə, ətraf mühitin öyrənilməsinə can atan çocuğun
işıqlı fikirləri kimi çox maraqlıdır: “Derslerimi dıkkatla okursam, hatırımda kalır,unutmam.
Okuduklarımı belledikce fikrim açılır, gitddikceməlumatım artar. Tenbel, itaetsiz olan
çocuklar hiç bir şey öyrenemezler, cahil kalırlar. Ben oyle tenbel, itaetsiz çocuqlardan
deyilim.Ben çalışacağım, öyreneceyim, cahil kalmayacağım”.
Əsərinin sonuncu materialı 27-31-ci səhifələrində çap olunan “Çanak-kaladan bir türk
askerinin mektubu”dur.
Bu, epistolyar üslubda yazılmış, dünya ədəbiyyatında, bəlkə də, analoqu olmayan bədii nəsr
nümunəsidir. Məktub Birinci Cahan müharibəsində Çanaqqala uğrunda ölüm-dirim
vuruşunda Vətənin müstəqilliyi uğrunda mübarizə aparan Mustafa adlı bir gəncin 18 kanun
evvəl 1915-ci ildə Anafortadan anasına yazdığı təsirli bir məktubdur. Burada müharibə
səhnələrinin bir sıra dəhşətli məqamlarından söz açılır.
Məktubda anasının, karısının, oğlu Osmanın həyatı naminə özünü fəda eməyə hazır olan,
ölümü gözləri ilə görən, yağı düşmənin ağır zərbəsini dadan, hələ həyatdan doymayan
vətən əsgərinin düşmənlə barışmazlığı,ölümü ilə yaxınlarını ağladacaq və ağrıdacaq
məqamlar göz önünə gətirilir. Mustafa onunla bir cəbhədə işğalçı düşmənə qarşı vuruşan ,
dostluqda sədaqətli və dəyanətli olan bir alman əsgərinin təmənnasız köməyi ilə sağ qalır.
Gənc türk əskəri Mıstafanın harayı, müharibələrə dərin nifrəti əsərdə ustalıqla qələmə
alınmışdır. İstanbul xəstəxanasında müalicədən sonra yenidən cəbhəyə gedəcəyini qəti
qərara alan Mustafa anasına məktubunu bu sözlərlə qurtarir:
“Şayəd ileride şehid olursam, karımı, oğlum Osmanı ve seni Allaha emanet ediyorum.Benim
içün hiç ğam yemeyiniz. Vatanımızı,milletimizi və dinimizi kurtarmak içün burada şan və
namus meydanında düşmenle çarpışmak ve icab ederse (lazım gələrsə N.N. ), ölmek sen
da bilirsin ki, bizim içün en mukaddes bir vazifedir. Ve Allah-i-təala bunu bize Kuran-i-
kerimde bir çok defa emr eylemişdir.Bu defalık senin ellerinden ve karımım,oğlumun da
gözlerinden öperim, sevgili anacığım! Oğlun Mustafa”.
Anaya müraciətlə başlayan məktub Məhəmməd Peyğəmbərin müqəddəs adlarından biri ilə
qurtarır.
P.S.Yazını hazırlayarkən texniki cəhətdən mənə kömək etdikləri üçün psixoloq, indi ADA-da
işləyən Zöhrə Cahangirovaya, şagirdlərə ingilis dilini ingilisdən yaxşı öyrədən Aysel
müəllimə, fizika müəlimi Kəmalə xanıma, ixtisasca riyaziyyatçı olan şahmat ustası Rəhim
müəllimə öz dərin təşəkkürlərimi bildirirəm. Sağ olsunlar, var olsunlar.
”
İstifadə olunmuş ədəbiyyat:
1.Hans Stumme, Halil Fikret “Türkische Lesestoffe Handschrift im Ryka
-Charakter…” Leipziq,
OTTO Harrassowitz.1916.
2.Nazim Nasreddinov. Dr.Halil Fikret ten; Türkçe okuma Parçaları.04
aralık 2011. “Haldun
Cezayirlioğlu Koleksyonu”.
3.Haldun Cezayirlioğlu. Türkçe, LatınHarfleriyle ilk kez 1916 Yılında mı
yazıldı? 06 aralık 2011
. “Haldun Cezayirlioğlu Koleksiyonu “.
4.Nazim Nasreddinov. Yenə də Halil Fikret,yene de Türkische
Lesestoffe,yene de Hans Stumme.
07 aralık 2011. “Haldun Cezayirlioğlu Koleksiyonu”.
5.Nazim Nəsrəddinov. Kim kimdir? (Türk dünyasınınilk psixologiya
doktoru Xəlil Fikrət və yaxud
babalarımızın müəllimi).
“Strategiya. az” saytı, 20.11.2012.
- “Ziya”(1879-1884) qəzeti .
7.Beş yıl. ADPİ-nun beş illiyinə həsr olunmuş kitab. Bakı,926.
səh.31-33.
8.Rasim Tağıyev.”Azərbaycan” jurnalı və Azərbaycan sovet
ədəbiyyatının
aktual problemləri.Bakı,1977.236 səh.
Nazim Nəsrəddinov,
Azərbaycan Respublikasının Эməkdar müəllimi,
Respublika Prezidentinin Sərəncamı ilə keçirilən
ƏN YAXŞI MÜƏLLİM müsabiqəsinin qalibi,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü,
türkoloq.