GenelKültür Sanat

Türkiyə Ünsizadələri- Sait Ünsi,Cəlal Efendi. Akunlar, Berksanlar

Uzun illər idi ki, türkdilli mətbuatımızın yaradıcılarından biri-“Ziya” qəzetinin ( 25.01.1879-26.06.1884) yaradıcısı  Səid Ünsizadə

( 1842,Şamaxı-1903,İstanbul) barədə   araşdırmalar aparırфam.Ən təəccüblüsü bu idi ki,1890-cı ildə maarifçilik fəaliyyətinə mane olanların şər-böhtanından  bezib,türk dünyasının baş şəhərinə-İstanbula köçən Səid Ünsizadənin buradakı yaşayışı, məskunlaşdığı məkan haqqında  dəqiq, dürüst məlumatımız yox idi.

Səid Ünsizadə yaxşı dini təhsil görmüş  ziyalılardan biridir.O,Şamaxıda qazı vəzifəsində işəyərkən 1874-cü ildə burada yeni üsullu məktəb açmış,ana dilində bir neçə dərslik və risalə yazmış,1878-ci ildə Tiflisə dini idarələri təftiş etməyə çağırılanda,uzunmüddətli ezaniyyətdən istifadə edərək, burada türk dilində mətbəə açmaq və bu mətbəədə qəzet,jurnal və kitab nəşrinə rəvac vermək fikrinə düşmüşdür.Onun bu arzusuna mane olmurlar.Belə ki, Səid Ünsizadəni hələ Şamaxıdan yaxşı tanıyan  keçmiş Bakı qubernatoru D.Staruselski indi  Tiflisdə-Qafqaz Baş İdarəsində  mötəbər vəzifədə işləyirdi Səid Ünsizadəyə himayədarlıq edən də o idi.

S.Ünsizadə Türkiyədəki dostlarının köməyi ilə İstanbuldan mətbəə avadanlıqları almış,,1878-ci ilin sonunda  artıq qəzet çıxarmağa hazır olmurşdur.   O, “Əkinçi” qəzetindən  (1875-1877) sonra milli mətbuatn davamı olan “Ziya” adlı qəzetin nəşrinə asanlıqla  icazə alır.

“Ziya” qəzeti 25 yanvar 1879-cu ildən 26 iyun 1884-cü ilə qədər Tiflisdə Azərbaycan dilində nəşr olunur.Tezliklə bu qəzet türk dünyasının milli birlik məqsədlərinin həyata keçirilməsinə yol göstərən qərargaha çevrilir.  

“Ziya” qəzeti -10 aprel 1883-cü ildə Baxçasarayda nəşrə başlayan “Tərcüman” qəzetinin  təcrübə məktəbi idi.”Tərcüman”ın redaktoru İsmayıl bəy Qaspirinski türkdilli yazılarını “Ziya”da çap etdirmişdir. Onun ilk kiçik həcmli jurnalları da-“Toncuq”, “Şəfəq” və başqaları  “Ziya” mətbəəsində çap edilmişdir

.”Ziya” qəzetinin təsisçisi və naşiri Səid Ünsizadə, baş mühərriri isə onun ortancıl qardaşı ana dili ilə yanaşı,rus dilini də gözəl bilən Cəlal Əfəndi idi1 Cəlal Əfəndi 1883-cü ilin yanvar ayında  “Ziya” mətbəəsində “Kəşkül” adında jurnalın nəşrinə başlayır və “Ziya”dan  rəsmi şəkildə ayrılır.Bu ayrılıq əslində bir priyom –  Senzor Komitəsini aldatmaq üçün qurulmuş   oyun idi.Ünsizadə qardaşları  hansı yoıa olursa olsun ölkənin türkdilli mətbuatını yaşatmaq istəyirdilər.Sonralar  “Kəşkül”ün ayrıca mətbəəedə çapı da bu oyunun davamı idi.Gəlal Ünsizadə “Ziya”dan uzaqlaşandan sonra qəzetin bütün mühərriklik ağırləğı böyük qardaşın üstünə düşür.

1881-ci ildə Zaqafqaziya Əhli-Təsənni İdarəsinin sədri müfti Əbdülhəmid Əfəndizadə beyninə qan sızması nəticəsində dünyasını dəyişir.Rusdilli mətnuatda bu vəzifəyə Səid Ünsizadənin təyin olunacağl haqqında fikirlər ortalığa çıxır.Lakin təyinat nədənsə gecikdirilir.İki ildən sonra bu vəzifəyə heç kəsin gözlımədiyi halda, Zaqafqaziya Müəllimlər Seminariyasının  şəriət müəllimi Molla Hüseyn Əfəndi  Qayıbov təyin olunur.O,seminariyadakl işindən əvvəl Tiflisdə Zaqafqaziya Əhi-Təsənni İdarəsində uzun müddət katib,İdarənin Ömər məktəbində müəllim işləmişdir. işləmişdir.

Yeni müfti  təyinatından sonra Səid Ünsizadə Şamaxı qazısı  və Bakı quberniyası Əhli-Təsənni İdarəsinin sədri  vəzifəsinə göndərilir.

S.Ünsizadə bu təyinatı gələcək arzularının məğlubiyyəti hesab etsə də, Şamaxıda böyük marifçilik işlərinə başlayır.Onun Şamaxıya qayıdandan sonra görəcəyi işlər haqqında  şair S.Ə.Şirvani iri həcmli bir qəsidə yazır.Qəsidədən məlum olur ki, Səid Ünsizadə qazı və İdarə sədri  kimi  təhsil məsələlərinə,maarifçilik sahəsinə daha çox fikir verir.Maraqlı faktlardan biri də budur ki,S.Ünsizadə Şamaxıda universitet də açmaq istəyir.

Səid Ünsizadənin Şamaxıdakı coşğun fəaliyyəti onun Tiflisdəki və eləcə də Şamaxıdakı bədxahlarını narahat edir.Onlar hansı yolla olursa olsun, S.Ünsizadəni təyin olunduğu vəzifədən uzaqlaşdırmaq məqsədilə yuxarı dairələrə çikayət dolu məktular göndərirlər.Lakin məktunlarda tazılanlar öz təsdiqini tapmır.Belə bir mühitdə və şəraitdə işləməyin çətin olduğunu görən S.Ünsizadə 1889-cu ildə Molla Hüseyn Əfəndi Q.ayıbovun rəhbərliyi altında işləmək istəmir,öz ərizəsi ilə ölkə rəhnərliyinin əmri ilə təyin olunduğu vəzifədən uzaqlaşır..O,Şamaxıdan Baklya gəlir,burada vaxtı ilə bağlanmış qəzetini-“Ziyayi-QafqaSiyyə” qəzetini çıxarmaq istəyir..Lakin onun xahişi etinasız qarşılanır. Səid Ünsizadə bədxahlarının şər və böhtanlarına ,dövlət məmurlarının etinasızlıqlarına dözməyib,ölkəni tərk edir;  ailəsi və bir neçə qohum-əqrəbası ilə birlikdə türk dünyasının baş şəhərinə-İstanbula köçür. O, burada  türk dostlarının köməyi ilə maarif nazirliyinin əzası-üzvü kimi geniş fəaliyyət göstərməyə başlayır.

Səid Əfəndi Ünsizadə
Səid Əfəndi Ünsizadə

 …Sovet dövründə Səid Ünsizadə haqqında  danışmaq qadağa olmasa da, o,həmişə diqqətdən uzaqda qalırdı.

Səid Ünsizadənin dini vəzifədə çalışması, Zaqafqaziya Əhhli -Təsənni İdarəsin üzvü, Bakı Quberniyasının qazısı olması sovet dövrünün ideologiyasına uyğun gəlməyən hal kimi  qiymətləndirilirdi. Bu vəzifələr Səid Ünsizadənin maarifçilik fəaliyyətinə kölgə salırdı.Onu hər nəsnəyə dini baxımdan qiymət verməkdə günahlandırırdılar. Ən başlıcası  bu idi ki,ərəb əlifbasını oxumağa çətinlik çəkənlər Səid Ünsizadənin pedaqoji irsini, ana dilində yazdığı dərslik və risalələri,tərcümələrini oxuya bilmirdilər.Halnukitürk dünyasının fazillərindən biri kimi qiymətləndirilən   Səid Ünsizadə haqqında söz demək,fikir söyləmək üçün ciddi araşdırmalar aparmaq lazımdır.

.. S.Ünsizadə haqqıda apardığım tədqiqatlarla  maraqlanan bir gənc 2017-ci ildə mənə zənd eltdi.O,özünu  telefonda Səid Üünsizadənin qohumu kimi təqdim etdi.Zəng edən Zaur Səmədov idi.O,sonralar ana tərəfdən  qohumluğunu nəzərə alaraq,özünü Ünsizadə matronimi ilə tanıdır.

Zaur- Səid Ünsizadənin axtarışına çıxmışdı.O,bu məqsədlə Amerikaya getməyə də hazır idi.Mən on məsləhət gördüm ki,axtarışlarını istanbulda Şirvanlılar məhəlləsi kimi tanınan yerdə aparsın.(Bu məhəllə haqqında atamın dayısı  qocaman tibb işçisi Şahalı Zərbəliyevdən xeyli söhbətlər eşitmişdim ). Zaurla xeyli söhnət etdil. Bir neçə gündən sonra Zaurdan xoş xəbər gəldi. O,Ünsizadəkər nəslinin bir neşə nümayəndəsini İstanbulda tapmışdı.Bəlkə də ailə arxivi də burada müəyyən rol oynamışdı. 

Zaurun axtarışları nəticəsində məlum oldu ki,

Ünsizadələr   1934-cü il Tütk Soyadı Kanununa  görə indi  ARKÜN VƏ BERKSAN soy adlarından istifadə edirlər.

 (09:23, 04 İyul 2017=Facebool) 


  Zaurun gördüyü iş filoloq alimlərimizin çoxunun yadına düşəsi iş idi  Rus dilində təhsil alan, Azərbaycan dilində gözəl danışan Zaur Səmədov ingilis dilini də elmi mübahisə üçün kifayət olan dərəcədə yaxşı bilir.

Zaur xeyli müddətdir ki, yazılarında matronim soyadından-Ünsizadə soyadından istifadə edir.
Əlbəttə, burada qəbahətli bir nəsnə yoxdur.Dünyanın bir çox məşhurları matronim soyadı ilə tanınırlar.
 Mənə zəng edəndə Zaur  magistr idi ,ikinci kursa təzə keçmişdi. İqtisadiyyat üzrə təhsil alırdı.Dünyanın bir çox ölkələrində onun çoxlu  əqidə dostları var.Lazım gələndə onlara dünyaya səpələnmiş Ünsizadələr haqqında telefon və skaypla tapşırıq verə biir..Aldığı materialları Azərbaycan oxucularına çatdırmağa tələsir.

****
Ünsizadələr uzun müddət yada düşmürdü,yada qüşəndə də onlar haqqında o qədər də dəqiq olmayan müxtəlif ziddiyyətli fikirlər meydana çıxırdı.

Ünsizadələrin qohumları belə onlardan söz açmağa çəkinirdilər.Lakin müəyyən müddətdən sonra  Ünsizadələr haqqında əsl həqiqəti söyləməyə cəhd göstərildi. Bu barədə ilk sözü deyənlərdən Nazim Axundov, Ağarəfi Zeynalov,Şamiil Qurbanov, Xeyrulla Məmmədov, Alxan Bayramoğlu və başqalarının xidmətləri bu gün mütləq xatırlanmalıdır.

1973-cü ildən mən də bu istiqamətdə müəyyən işlər görürəm. Mən “Ziya” qəzetinin dilinin tədqiqatçısıyam.Lakin sonralar “Ziya”nın dili ilə yanaşı, mətbuat tarixi,ədəbiyyat məsələlri, ədəbi əlaqələrə aid mövzuları da tədqiq etməli oldum.Arxivlərdə işlədim,Ünsizadələrin nəsil şəcərəsini araşdırdım ki, itən və ya itirilən materiallarla tanış olum.
Bakıda Ünsizadələrin sorağına çıxdım. Öyrəndim ki,Bakıda Ünsizadələr nəslindən  Cingiz adlı bir hərbi həkim var.Xəzər Gəmiçiliyi İdarəsində də rəhbər vəzifədə işləyənlərin biri Ünsizadədir. Başqa bir Ünsizadə – Elmira xanım 1970-ci illərdə “Leçkomissiya” adı ilə tanınan tibb müəssisəsinin Xəzər Gəmiçiliyi İdarəsinin yanındakı poliklinikasının 9-cu kabinetində həkim işləyirdi.Onunla ünsiyyət qurmaq qərarına gəldim.
Mənə onunla ünsiyyət qurmağı professor Xeyrulla Məmmədov məsləhət  göırmüşdü.Xeyrulla müəllim Ünsizadələr  nəslinin tarixi ilə ciddi maraqlanırdı. O, Elmira xanımdan Ünsizadələr haqqında maraqlı materiallar toplaya bilmişdi.Bunların bəzilərini surəti məndə var.

Təəssüf ki, sonralar  Elmira xanımla şgüzar əlaqələrimiz kəsildi.

O vaxtlar  Elmira xanım hələ də keçmişin qorxusu ilə yaşayır, öz qohumlarının İstanbuldakı fəaliyyəti haqqında milli mətbuatımız üçün gərəkli olan materiallarrdan ehtiyatla söz açırdı.
Mən  Elmira xanımdan lazımi materialları toplaya bilmədim.Amma onun nəsil şəcərəsi haqqında indiyədək deyilməyən bəzi materialların izinə düşə bildim.Sonralar Elmira xanım Gənclikdəki evlərini Əhmədli qəsəbəsindəki bir mənzillə dəyişdi və bizim telefon əlaqələrimiz kəsildi.
***
Ünsizadələr, onların ictimai-siyasi həyatımızdakı rolu mənim hər gün məşğul olduğum sahədir.Azərbaycan Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun aspirantı kimi mən “Ziya” və “Ziyayi-Qafqasiyyə” qəzetlərinin (1879-1884) dili” mövzusunun tədqiqi ilə məşğul olmuşam.
“Ziya”da dil məsələləri fərqli yanaşma tələb edir.Burada söz içində söz demək, sözün görünməyən tərəflərini tədqiq etmək daha vacib görünür.Türkdilli mətbuatda “Ziya” dədər zəngin dil çalarları olan ikinci bir mətbuat orqanı yoxdur.Bu qəzetdəki tərcümə materialları belə məqsədəyönlü əhəmiyyət daşıyır.Adi sözün içindın başqa söz, başqa fikir çıxır.Bütün bunları üzə çıxarandan sonra qəzetdəki dil məsələlərini ictimai-siyasi həyatldakı mövzularla bağlı tədqiq etməyə başladım. Bu araşdirmalar zamanı mətbuat tariximiz üçün çox maraqlı məqamlar ortaya çıxdı.Ən birinci işim Ünsizadələrin həyat yolunu öyrənməyə cəhd etmək oldu.
Səid Ünsizadə 1890-ci ildə Şamaxıdakı və Bakıdakı dedi-qodulardan bezib İstanbula köşmüş, burada müxtəlif vaxtlarda üç dəfə maarif naziri olmuş Münif paşanın köməkliyi ilə təhsi sahəsində işləmiş, Quranın türk dilində təfsirini yazmışdırır.

Əslində,Səid Ünsizadə bu təfsir işinə hələ 1883-cü ildə başlamışdı və 1879-cu ilin yanvarlndan redaktoru olduğu “Ziya” qəzetinin mətbəəsində bu mövzuda bir kitabça da nəşr etmişdir.

1905-ci ilin iyun ayında İstanbuldan şamaxılı S.Atamalıbəyov “Həyat” qəzetinin redaktoru Əli bəy Hüseynzadəyə açı bir xəbər göndərir.
Xəbərdən məlum olur ki,türk dünyasının tanınmış aydınlarından və ziyalılarından biri Səid Əfəndi Ünsizadə ömrünün səksən sinnində İstanbulda dünyasını dəyişmişdir.Xəbərdə onun İstanbulda yaşadığı dövrdə …gördüyü maarifçilik işlərindən söz açılır.( “Həyat” qəzeti,5 iyul 1905-ci il,N 21).
Nekroloqun sonunda redaktor oxucuları müracətlə Səid Ünsizadə haqqında iri həcmli bir yazı yazmağa çağırır və onu qəzetdə çap edəcəyinə söz verir.
Təəssüf ki,Əli bəy Hüseynzadənin oxuculara ünvanladığı yazı sifarişinə səs verən olmur.
Mənim  əvvəlki yazılarımdakı “Səid Ünsizadə (1825,Şamaxı-1905,İstanbul)” tarixi bu faktdan qaynaqlanır.

Sonraki tədqiqatlardan  məlum oldu ki,Səid Ümsizadənin olum və ölüm tarixləri belədir-(1842,Şamaxı-1903,İstanbul).  

Bu tarix Səid Ünsizadənin Fateh Camii Haziresindəki qəbir daşının üstündəki yazıya əsaslanır. “Həyat” qəzetindəki tarix isə nəşrə təzə başlayan  qəzetdəki nekroloqun köhnə  xəbərin yeni təqdimatına əsaslanıbmış. 

Ünsizadələrin ortancıl qardaşı Cəlal Ünsizadə  böyük qardaşından bir il sonra Tiflisdən İstanbula köçür,burada yuksək mətbuat vəzifələrində çalışır.Bəzi tədqiqatçılar onun 1918-ci ildə Gəncədə göründüyündən söz açırlar.
 “Ulus” qəzetinin verdiyi xəbərə görə Cəlal Ünsizadənin 1933-cü il fevralın 17-si və ya 18-i- Ankarada vəfat etmişdir.Ünsizadələrin İstanbuldakı nümayəndələri ,nədənsə onu-doğma əmilərini  tanımırlar.

Hörmətli professor Vilayət Quliyevin yazdıqlarına görə  Səməd Ağaoğlunun “Babamın arkadaşları” xatirələr kitabında Cəlal Ünsizadə haqqında maraqlı materiallar var. 

Ünsizadələrə aid materialların çoxuni , Türkiyədə bəlkə də elə Ünsizadə adı ilə axtarmaq lazımdır.Onların hər ikisi -Səid Əfəndi və Cəlal Əfəndi  1934-cü il Türkiyə Soyadı Kanununa qədər dünnyasını dəyişmişdir.Bu nəslin sonrakı nümayəndələri isə 1934-cü il Soyadı Kanunundan istifadə etmişlər.

Ünsizadələrin yeni nəslinin soyadları bizə Zaur Səmədovun-Ünsizadənin  araşdırmalarından sonra məlum oldu:ARKUN,BERKSAN… 
Dostumuz  Zaur bu istiqamətdə türk dostlarının köməyi ilə maraqlı axtarışlar aparır. İnanırıq ki, bu işdə Zaur Səmədovun axtarışlarını davam etdirəcəkdir…
Zaur Səmədovun FACEBOOK dostlarına ünvanladığı bəzi materialları olduğu kii Sizlərə təqdim edirəm.Nəticəni özünüz çıxarın.
“1890 illerde Istanbula kocmus Haci Said efendi Unsizadenin nesli Soyadi Qanununa esasen
Arkun (məncə,  bəlkə də ARKÜN olmalıdır-N.N.) ve Berksan soyadi göturübler.
(O,yazısına İstanbulda qonağı olduğu Arkunlarla çəkdirdiyi bir şəkli də əlavə edir)

1. Firat Coskun oglu Arkun
2. Ahmet Ziyayeddin oglu Arkun( Haci Said efendi Unsizadenin nevesi)
4. Coskun Tefvik oglu Arkun
Turkiye, Istanbul 2017(Sağdan ikinci Zaur Səmədovdur N.N.)


· (16 İyun, 23:40, Facebook ·)


Nazim Nəsrəddinov
Nazim Nəsrəddinov

Nazim Nəsrəddinov,
Azərbaycan Respublikasının Əməkdar müəllimi,

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə keçirilən

ƏN YAXŞI MÜƏLLİM müsabiqəsinin qalibi, türkoloq

Bakı,21.01.2020

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest