Kültür Sanat

TÜRK XATUNU!

Səndə ki, əsrlərin əsaləti, azadlığı, mərdliyi, igidliyi gizlidir. Sən ki, əsrlər boyu dünya
qadınlarının heyranlıq və həsrətliklə baxdığı varlıqsan. Ailənin təməli, həyat yoldaşına qardaş,
qardaşına ana olmusan. Sən ki, atalarımıza: “birinci zənginlik sağlıq, ikinci zənginlik yaxşı
qadındır” dedidən ilahi gözəlliksən. Heç vaxt köləlik görməyən, xaqanınla bərabər söz sahibi
olmusan. Yeri gəldikdə meydanlarda əli silahlı döyüşçü, yeri gəldikdə siyasi təmsilçi, yeri gəldikdə
isə dövlət xadimi olmusan. Sənin ki, damarlarında dünyanın ilk hökümdar qadını Tomrisin qanı
dolanır. Və Tomris xatunun, Sara xatunun, Burla xatunun, Sırma xatunun, Nigar xatunun
tərbiyyəsin görmüsən. Sənlik deyil ucuz əyləncələr, ucuz həyat tərzi, köləlik, əsarət. Bunlar
təbiətinə ziddir sənin. Sənlik deyil başqalarına həsrətlə baxmaq, özənmək. Bu özünə xəyanətdir.
Sən ki, bu millətə Atillalar, Mətə xanlar, Alp Arslanlar, Gürşadlar, Əmir Teymurlar, Şah İsmayıllar
və.s. bağışlamısan. Sən ki, bu millətin ən böyük tərbiyəçisi, yol göstərəni, diri tutanı, bir tutanısan.
Böyük uğurlar yaxşı tərbiyyənin məhsuludur. Dünyanın müasir gərdişi səni aldatmamalı, gözlərini
qamaşdırmamalıdır. Qorxutmamalı, kiçiltməməlidir. Əksinə daha çox böyməlisən, daha çox
inkişaf etməlisən, öyrənməlisən ki öyrədəsən. Sən bu millətin genetik yaddaşısan. Uğur səndə
gizlidi. Qalibiyyət sənin iki dodaqlarının arasında susqundur. Dünyanın saxta parıltısı nə zaman ki
gözlərini qamaşdırdı, gözlərini göyə dik. Mavi səmadakı sirrə bax. O sənə kim olduğunu
xatırladacaq. Nə etməli olduğunu öyrədəcək. İşin nənələrindən daha çətindir. Sən ki, onların
yolunu müasir dünyaya biçməlisən. Övladlarını milli ruhda, milli vətənpərvər olaraq yetişdirmək
boynunun borcudur. Uydurma, fantastik nağıllarla deyil, atalarının qəhrəmanlıq dastanları ilə
bəslə oğlunu, qızını. Xarici adlar deyil, türk adları verərək milli kimlik ver övladlarına. Geyinməyi
öyrət, oturmağı, durmağı, danışmağı öyrət ana dilində. Elim ver onlara cehizindən daha çox.
Çətinliklə mübarizə aparmağa sənin içində yetərincə güc var. O gücü canlandırmağı öyrən və də
öyrət. Oğlunla tanış elə bu torpaqların altında yatan igid şəhidləri. Tanış elə düşmənlərini.
Qisasının alınacağını, şəhid qardaşlarının qisasını almağı öyrət. Kişiliyi, mərdliyi südünlə hopdur
onun iliklərinə. Ən böyük andın torpaq olduğunu bilməlidir övladların. Öz candaşına, qandaşına,
vətəndaşına qardaş olmağı bacarmalıdırlar. Güvənməyi öyrət, güvən qazanmağı öyrət. Hər
zülümət qaranlığın ardından günəşin doğduğunu öyrət. Onun millət üçün dəyərli olduğunu, lazım
olduğunu pıçılda beşiyinin başında qulaqlarına. Birlikdən güc doğduğunu bilməlidir. Bilməlidir
elinə arxa dönənin arxası olmadığını. Nə olursa olsun, həkim, müəllim, alim, hakim, fəhlə, usta,
coban və.s. birinci işinin vətənə, millətə xeyirli vətəndaş olmalı olduğunu ən böyük təmənnası
olmağı öyrət ona. Öyrət ona azadlığı zülümətdən yuyub təmizləyənin şəhid qanı olduğunu. Öyrən
və də öyrət nə olursa olsun, üzünü göyə tutub ürəkdən deməyi: “Vətən sağ olsun”.

Pin It on Pinterest