Türk milli mədəniyyət və düşüncə tarixinin “Ziya”səhifəsi və yaxud sosializmi və kommunizmi V.İ.Lenindən əvvəl təbliğ edən ilk türkdilli qəzetimiz

İsmayıl bəy Qaspıralının da fəal əməkdaşlıq etdiyi türkdilli Ziya” qəzetinin (1879,yanvar-1884,iyun) nəşrə başlamasının 140 ili tamam olmuşdur.

“Ziya”nın hər nömrəsi bayram təntənəsi ilə qarşılanırdı

Mənə elə gəlir ki, bütün türk dünyası “Ziya” qəzetini Tərcüman”ı və “Əkinçi”ni tanıdığı kimi tanımalıdır.

I məqalə. Türk milli mədəniyyət və düşüncə tarixinin “Ziya”səhifəsi

və yaxudsosializmi və kommunizmi V.İ.Lenindən əvvəl təbliğ edən ilk türkdilli qəzetimiz “Ziya”( “ZiyayiQafqasiyyә”) 1879-1884cü illәrdә Tiflisdә Türki Azәrbaycan dilindә, әslәn şamaxılı olan Sәid Ünsizadә (1842-1903) tәrәfindәn hәftәdә bir dәfә nәşr olunan qәzetdir. Sonuncu nömrәsi 1884-cü il iyunun 26-da ( N 11) nәşr olunub. “Ziya”nın ilk iki nömrәsi hәlә tapılmayıb. Xronoloji ardıcıllığına, hәr

nömrәnin pәncşәnbә günü çıxacağı әvvәlcәdәn elan olunduğuna görә ilk nömrәnin 1879-cu il yanvarın 25-dә, ikinci nömrәnin isә növbәti pәncşәnbә günü
martın 1-dә nәşr olunduğu güman vә tәxmin edilir. Başqa variant da mümkündür. Bәzi tәdqiqatçılar ilk nömrәnin tarixini səhvən 14 yanvar 1879-cu ildәn hesablayıblar.

Rәsmi dövlәt sәnәdlәrindә Sәid Ünsizadәyә “Ziya” qәzetini 1879-cu ilin yanvarın әvvәllәrindәn başlayaraq çıxarmağa icazә verildiyi bildirilir.
“Ziya” qәzeti 1880-ci ilin dekabrından “Ziyayi-Qafqasiyyә” adı ilә çıxıb. Yeri gəlmişkən qeyd edək ki,qəzetin adını “Ziyayi- QafqaZiyyə” yazanlar yanılırlar.Səid Ünsizadənin özü də,türk dünyasının məşhurlarından biri olan İsmayıl ibn Mustafa da ( İsmayıl bəy Qaspıralı-N.N. ) qəzetin adını “Ziyayi-QafqaSiyyə” yazırdılar.

Addәyişmә әmәliyyatını qәzetin sәrlövhәsini dәyişәn rәssamın müdaxilәsi kimi izah etsәlәr dә, әslindә bu, mәqsәdyönlü xarakter daşıyıb, S.Ünsizadә “Ziya”nın yayıldığı mәkanı bilәrәkdәn mәhdudlaşdırıb.

“Ziya” qәzeti Türkiyә vә İranda da, Rusiyanın türk dili başa düşülәn bir çox әrazilәrindә dә oxunurdu. Bunu Simferopoldan, Tambov quberniyasının Spassk şәhәrindәn, Sankt-Peterburq, Moskva, Ufa, Hәştәrxan kimi iri şәhәrlәrdәn gәlәn mәktublar sübut edirdi.
“Ziya”- maarif ziyasıdır. Bu, elә ziyadır ki, sәrhәd tanımır, öz şәfәqlәri ilә qaranlıq alәmi işıqlandırır, xalqı işıqlı günlәrә sәslәyir. “Ziya”nın naşiri vә imtiyaz sahibi Sәid Ünsizadә öz maarifçilik fәaliyyәtini, bu yoldakı axtarış vә qarşılaşdığı çәtinliklәrlә mübarizәni belә sәciyyәlәndirirdi:

Tiflis. 17 noyabr. “Ziya”qәzetәsinin tәb vә nәşr olunmağını dost dutan hәzәrata mәlum ola ki, hәmin ildә (1879-cu ildә-N.N.)qәzetә vermәkligi öhdәmizә götürәn vәqtdә hәrçәnd niyyәtimiz ona
müncәrr (bir tәrәfә çәkilәn,sürüklәnәn-N.N.) olmuşdu ki, qәzetimizi keçәn mәhәrrәm ayının ibtidasından verәk. Çünki sәneyi- islamiyyәnin ibtidası ondan başlanır vә lakin işimizin ibtidası düşvar olduğuna görә bacara bimәdik ki, bir parә kәsr vә nöqsanımızı cabәca (yerbәyer-N.N.) edib mәzkur niyyәtimizi әmәlә gәtirәk. Ona görә naçar olub,sәfәr ayının on dördündә (islam tәqviminin 1296-cı
ilindә-N.N.) әvvәlimci nömrәmizi zühurә gәtirib, ahәstә-ahәstә sәy vә himmәt göstәrdik”(19.11.1879,N 44).

Sәid Ünsizadә öz millәtdaşlarına tәmәnnasız xidmәt nümunәsi göstәrirdi. O, Şamaxıdan Tiflisә gәlib, burada әrki çatan insanların kömәyi ilә әvvәlcә litoqrafiya (daş basmaxanası), sonra tipoqrafiya
(hürufat basmaxanası- N.N.) açmışdı. Səid Ünsizadə yazırdı:

“Hәr millәtin öz xәttinә vә dilinә mәxsusi olan basmaxana (burada: litoqrafiya vә tipoqrafiya.N.N.) o millәtin vә әhvalatını nәşr edәn vә fikrinә rәvac
verәn vә yamanlıq yolundan mәn” ( qadağan etmә-N.N.) edәn vә yaxşılıq yoluna tәrğib edәn vә cәmaәtin vәkili vә onların sәsi vә yaxşının tәrifçisi vә yamanın mәzәmmәtçisi vә zalimlәrdәn şikayәtçi vә mәzlumlara kömәk edәndir. Bu mülahizә ilә biz dәxi öz qüvvәt vә tәvanımızdan artıq öz millәtimizә mәxsus, ümumi mәnfәәti olan mәtbәә dәstgahlarını hasilә gәtirmәkdә bacardığımızı müzayiqә elәmәdik”

(03.12.1881, N2).

S.Ünsizadә proqram xarakterli bu mәqalәsindә dövrün ziyalılarını әlbirliyә çağırırdı:

“Bir ev bir eli tikә bilmәz, bәlkә bir el bir evi tikә bilәr…Bu barәdә hәr bir tәrәfdәn himmәt vә iltifat göstәrmәk lazımdır vә hәr kәs basmaxana vә qәzetimizi özününkü hesab elәmәlidir”.

S.Ünsizadә qәzetdә nә yazırsa yazsın, fikrini elә ifadә edirdi ki,onu anlayırdılar, yaxşı başa düşürdülәr. Qәzetdә başa düşülmәyәn sözlәrin vә ifadәlәrin izahı, aydınlaşdırılması üçün müxtәlif üsullardan istifadә edilirdi. Bu mәqsәdlә әn çox mötәrizә vә “yәni” aydınlaşdırma bağlayıcısından istifadә olunurdu.

Qәzetdә ayrı-ayrı sözlәrin izahında әtәk yazılarından da istifadә edilib. Bu qayda
әn çox Ezop maneralı tәrcümәlәrdә işlәnilib. Bu cәhәtdәn “Ziya”nın

26 iyul 1879-cu il tarixli 27-ci nömrәsindә “Moskovckie vedomosti ” qәzetindәn çap tarixi göstәrilmәdәn tәrcümә edilmiş bir yazı diqqәti cәlb edir. Yazıda inqilabi işlәrә qoşulan bir nәfәrin hәbsindәn söz açılır. O, tutulan vaxtı özünü Rusiya dövlәtinin sosialistlәrindәn biri olduğunu deyir. Tәrcümәçi “sosialist” sözünün üstünә ulduz işarәsi qoyaraq, qәzetin әtәk yazısında onu vә onula ilgili daha üç sözü belә izah edir:

“Sosialist” latın lüğәtidir. Bu halda Evropada sosialist o şәxsә deyirlәr ki, sosializm mәzhәbindәndir (yol-N.N.) vә bu mәzhәb iki şüqqә (qola-N.N.) münşәәqdir (parçalanmışdır-N.N.) ki, birinә
qommunizm (mötәrizәdә әrәb qrafikalı qәzetdә rus hәrflәri ilә “kommunizmъ ” N.N.), o birinә sosializm (mötәrizәdә rus qrafikası ilә “sosializmъ”- N.N.) deyirlәr”.

Daha sonra uzunuzadı izahat gәlir. Әslindә ilkin mәnbәdә rusdilli paytaxt qәzetindә nә sosialist sözü, nә dә ki onunla bağlı belә geniş izahat var.
Yeri gәlmişkәn qeyd edәk ki, sosialist, kommunizm, sosializm vә bunlarla ilgili revolyusioner sözlәrini anadilli mәtbuatda-Azәrbaycan mәtbuatında ilk dәfә türkdilli oxuculara çatdıran Sәid Ünsizadә olub.

Әlbәttә, biz onu-Səid Ünsizadəni inqilabçı kimi tanıtmaq fikrindә deyilik. Bu sözlәr “Ziya” qәzetindә görünәndә sonralar Lenin kimi tanıdığımız Volodya İlya oğlu hәlә tatar şәhәri Kazanda harasa dәrs öyrәnmәyә
gedirdi: 9 yaş 3 ay (mayın 31 gün olduğunu yaddan çıxarmasaq) 5 günlük idi, başqa sözlә, 10 yaşının 97-ci günündә gәlәcәyinin planlarını vә yalanlarını cızırdı.

“Ziya” qәzetindә işlәnәn alınma terminlәri mövzusuna görә bir neçә yerә bölmәk olar:

1) ictimai siyasi mәzmunlu terminlәr
2) mәktәb vә maarifçilik terminlәri
3) peşә, sәnәt, vәzifә vә mәşğulluq sahәsinә aid terminlәr
4) maliyyә, pul vә bank әmәliyyatları ilә ilgili terminlәr
5) hәrbi anlayışları ifadә edәn terminlәr.

“Ziya” qәzetindә bәzi alınma sözlәrin “Әkinçi” qәzetindә olduğu kimi, “yәni” aydınlaşdırma bağlayıcısı ilә izah edilmәsinә geniş yer verilib: “Peterburq.11 mart.”Qolos”un nәqliyyatına görә,
Zaqafqaziyanın, yәni Qafqazın qiblә tәrәfinin teleqrafı ümumi teleqraf rәbtinә müәllәq( bir şeyә söykәnmәdәn havada vә ya boşluqda duran-N.N.) olunmaqdan ötrü bu ildәn tәdbir olunur ki, Baku vә Krasnovodskinin arasında teleqraf bәndlәri nәsb elәsinlәr (tiksinlәr-N.N.)”(1879,N 8).
“Zaqafqaziyada, yәni Qafqaz qitәsindәki müsәlman şәhәrlәrindә doqquz yüzә qәrib sünni vә şiәlәrә mәxsus oğlan vә qız mәktәblәri var imiş” (27.03.1880,N17).
“Bu işdәn ötrü hökumәtin kontroluna, (yәni onun zәbt vә idarәsinә) verilmiş sәrmayә 7 135 270 markalıq qızıl pul vә yaxud 3 767 660 manatlıq rusi kağız puldur”(09.10.1881,N30).

Ziya”da tәrcümә materiallarına xüsusi qayğı göstәrilib, hәr sözün anlaşıqlı variantı seçilәrәk işlәdilib. Bu cәhәtdәn III Aleksandrın 15 may 1883-cü ildә Peterburqda tәşkil olunmuş tacqoyma mәrasimindәn verilmiş reportaj diqqәti cәlb edir. Reportajda türkdilli oxucular üçün maraqlı ola bilәn 30-dan artıq Avropa mәşmәli alınma söz vardır: imperator, naçalnik, skaçka(әsbdә vanıqaçan
atların yarışı-N.N.), klub, natarius, çinovnik, hura (ura nidası-N.N.) çәkmәk,hura cәdası, uşkola, imperatoriçә, üç klaslu mәktәb, zakon uçiteli, qәpik vә s.
Türk dillərindә bu gün geniş populyarlıq qazanmış alınma sözlü terminlәr “Ziya” qәzetinin oxucularına elә ilk oxudan mәlum olurdu.Yazı müәllifi vә ya tәrcümәçi sözün çәtinliyini başa düşәndә hәmin sözü izah etmәyi yaddan çıxarmırdı. Yeri gәlmişkәn qeyd edәk ki, sonralar Bakıda nəşr olunan pedaqoji səciyyəli “Dәbistan” uşaq jurnalında da bu qaydadan sәmәrәli istifadә olunub.

Mәsәlә burasındadır ki,”Dәbistan”da nömrәnin bütün çәtin
sözlәri jurnalın sonuncu sәhifәsindә ayrıca başlıq altında “Ziya”dakından fәrqli olaraq, әrәb vә fars mәnşәli sözlәrlә Avropa mәnşәli sözlәr birlikdә verilirdi.

(Ardı var)

Nazim NӘSRӘDDİNOV,
Azərbaycan Respublikasının Әmәkdar müәllimi, türkoloq

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Pin It on Pinterest