Türk dünyasının maraqlı tarixi görüntüləri və yaxud təhsil tariximiz – ictimai və elmi fikir tariximizdır

Bu fotoşəkillər təhsil tariximizin müəyyən mərhələsinin  maraqlı nümunələri kimi uzun illər boyu tarixlərdə yaşayacaqdır.

Şəkillər 13 dekabr 2014-cü ildə  Şamaxı Mədəniyyər Mərkəzində çəkilmişdir.Həmin gün burada  1874-cü ildə görkəmli maarif xadimi,  Şamaxıda yerləşən Bakı quberniya  Əhli-Təsənni İdarəsinn sədri, Şamaxı qazısı Səid Əfəndi Ünsizadənin (1842,Şamaxı-1903,İstanbul) rəhbərliyi ilə ,  Bakı qubernatoru D.Staroselskinin himayədarlığı ilə məşhur bir ibtdai məktəbin – tarixi Məclis Məktəbinin  140 illik yubileyi təntənəli şəkildə keşirilmişdir.Məktəbin tarixi yubileyinə Bakıdan – Respublika Tərsil Nazirliyindən nüfuzlı vəzifə sahibləri də dəvət olunmuşdular.Gərgin işləri olduğu üçün Təhsil Nazirliyinnin   heç bir dəvətli nümayəndəsi  tədbirdə iştirak etmirdi.Onlar tədbir iştirakçılarına təbrik məktubu yazmağı da unutmuşdular.
Tədbirdə Respublika Təhsil Şurasının sədri professor Əjdər Ağayev, Şamaxı Avropa Liseyi ilə qardaşlaşan  Bakıdakı Avropa Azərbaycan Məktəbinin  direktoru mister Qraeme Pollock(o,indi Azərbaycan Müəllim İnkişafı Mərkəzinin direktorudur-N.N.) və dosent  Məcid Əfəndiyevin  iştitakı şamaxılılar tərəfindən  məmnuniyyətıə qarşılandı.Vaxtilə bu məktəbdə oxumuş nazirlərdən biri yubiley iştirakçılarına təbrik məktubu göndərmişdi.Milli Məclisdən dəvət olunmuş millət vəkili  təhsil bayramı günü Avropada olduğu üçün tədbirə gələ bilməmişdi.Şamaxı Rayon İcra Hakimiyyətinin o vaxtkı rəhbəri 140 yaşlı məktəbin yubileyinə öz müavinini göndərmişdi.

Tədbir  maraqlı keçdi.Şamaxı məktəblilərinin rənfarəng çıxışları maarif bayramını rövnəqləndirdi.Tədbirdə professor Əjdər Ağayyevin, mister Qraeme Pollockun çıxışları Azərbaycan təhsil tarixinin şərəfli inkişaf tarixi üçün yaddaqalan oldu. 
Yeri gəlmişkən qeyd edək ki, uzun illər boyu heç bir tarixi sənədə əsaslanmayaraq, haqqında söz açılan məktəbin -məzkur məktəbin yradıcısı kimi  görkəmli  söz ustası, türkdilli poeziyamızın sonuncu mogikanı Seyid Əzim Şirvaninin (1835-1888) adını çəkirdilər.Halbuki məktəbin yaradıcısı və  yerli himayədarı Səid Ünsizadə idi.Məktəbin pedaqoji kadrlarını da S.Ünsizadə özü seşmişdi.Yeni təhsil ocağının  əsas müəllimləri S.Ünsizadənin ortancıl qardaşı Şamaxı rusdilli ali ibtidai məktəbin məzunu Cəlal Ünsizadə (1857(?),Şamaxı-1933,Ankara) və ali dini təhsilli söz ustası  S.Ə.Şirvani idi.Məktəbdə şəriət dərsrslərinin müyyən siniflərdə Molla Hüseynağa ibn Lətif tədris edirdi.S.Ə.Şirvani şeirlərinin birində  müəllim dostunu “Qürreyi-Səbaya varis, pürlətafət kəlam “adlamdırmışdır. 
Burada rus dili dərslərini ilk illərdə  “fikri bikir eyləyən” Pirbudaqov Manvel  adlı  sası dinl bir yerli sakin tədris edirdi.Lakin o,məktəbdə türrkdilli şagirdlərlə aparılan pedaqoji işin ağırlığına dözməyib, bir müddətdən  sonra ona tapşırılan vəzifəni tərk etdi.
Əvvəlcə S.Ünnsizadənin ,bir müddətdən sonra isə  Cəlal Ünsizadənin Şamaxıdan  Tiflisə daha böyük maarifçilik işləri  üçün xüsusi çağırış və dəvətnamə alması  Məclis Məktəbinin idarə olunmasını çətinləşdirmişdi. Məktəbin idarə olunması  və dərslərin keçirilməsindəki  problemlərin həlli S.Ə.Şirvaninin üstünə düşür.   S.Ə.Şirvani dəfələrlə  Tiflisə, məslək və əqidə dostu,  “Ziya” qəzetinin naşiri və imtiyaz sahibi   S.Ünsizadəyə yazdığı müxbir məktublarında son vaxtlarda  Şamaxıda pul-para sahiblərinin və vəzifəli şəxslərin məktəbə göstərdikləri laqeyddliklərdən    söz açmışdır.S.Ə.Şirvani  məktublarının çoxunda  Səid Ünsizadənin    Şamaxııda binagüzarlıq etdiyi məktəbin tarixinın sonralar düçar olduğu  çətinliklərindən gileylənirdi. Məclis Məktəbi təxmini hesablamalara görə 40 ildən artıq fəaliyyət göstərmişdir.Sönralar bu məktəb binasının yerində yeni binalar tikilmiş, məktəbin adı   dəfələrlə  dəyişdirilmişdir.   1874-cü ildə Səid Ünsizadə tərəfindən yaradılan, Cəlal Ünsizadənin, S.Ə.Şirvaninin, Molla Hüseynağa ibn Lətifin işlədiyi, Ələkbər Tahirzadənin (M.Ə.Sabir), S.M.Qənizadənin,Mahmud bəy Mahmudbəyovun oxuduqları bu  ibtidai təhsil ocağının -Şamaxı Məclis Məkktəbinin bugüngü varisi Şamaxı Avropa Liseyidir.Son illərin təhsil uğurlaına görə  Məclis Məktəbinin tarixi ənənələri Şamaxı Avropa Liseyində  bu gün də ləyaqətlə davam etdirilir.
Mən istətdim li,məkrəbin 145 illik yubley günlərində  Şamaxı Avropa Liseyinə  türk dünyasının fazillərindən biri olan, Səid Ünnsizadənin adı  verilsin.məktəbdə  Azərbaycan Təhsil Muzeyinin filialı yaradılsın.

Ümümmilli liderimiz Heydər Əliyevin 18 iyun 2001-ci ildə imzaladığı “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanında Səid Ünsizadənin maarifçilk fəaliyyətinə çox yüksək qiymət verilmişdir. Fərmanda deyilir:
“XIX əsrin ortalarından etibarən Azərbaycan dilinə aid bir sıra dərsliklər və dərs vəsaitləri yazılıb nəşr olunmuşdur. Milli maarifçi ziyalılar özləri ana dilini öyrənməyin, onu qoruyub saxlamağın ən əsas yolunun məktəblərdə tədrisin ana dilində aparılmasında gördüklərindən, Azərbaycan dilinə aid dərsliklər və lüğətlər yazmağa başlamışlar. Azərbaycan dilinə dair ilk dərsliklərin yazılmasında o dövrün görkəmli maarifçiləri Mirzə Kazım bəy, Mirzə Şəfi Vazeh, Seyid Əzim Şirvani, Aleksey Çernyayevski, Mirzə Əbülhəsən bəy Vəzirov, Səid Ünsizadə, Rəşid bəy Əfəndiyev, Sultan Məcid Qənizadə, Məmmədtağı Sidqi, Nəriman Nərimanov, Üzeyir Hacıbəyov, Abdulla Şaiq və başqalarının xidmətlərini qeyd etmək lazımdır. Zaman keçdikcə dövrün tələbinə uyğun olaraq Azərbaycan dilinin istifadə dairəsi də genişlənmiş, onun tətbiqinin və inkişafının elmi əsaslar üzərində aparılması ehtiyacı meydana çıxmışdır”.  

Nazim Nəsrəddinov
Nazim Nəsrəddinov


Nazim Nəsrəddinov,

Azərbaycan Respublikasının Əməkdar müəllimi,Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə keçirilənƏN YAXŞI MÜƏLLİM müsabiqəsinin qalibi,türkoloq
Bakı,13.12.2019.

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Pin It on Pinterest