Genel

Türk dünyasının 103 yaşlı unudulmuş “El həyatı” (1918) məcmuəsi

Bakıda nəşr olumam “El həyatı” məcmuəsinin mətbuat tariximizin hələ öyrənilməyən nümunələrindəndir.
Cəmi dörd nömrəsi çıxıb.Birinci nömrə 1918-ci il yanvarın 14-də,2-ci nömrə fevralın 3-də,3-cü nömrə fevralın 25-də,4-cü nömrə isə martın 14-də oxucularım mütaliəsinə verilib.

Jurnalın birinci səhifəsində onun 15 gündən bir çıxarılacağı göstərilsə də, çap prosesində müəyyən gecikmələr olmuşdur.Bu,çox güman ki,dövrün ictimai-siyasi həyatında baş verən gərginliklərlə ilgilidir.

Məcmuənin hər nömrəsinin həcmi 16 səhifədir.Materiallar hər səhifənin iki sütununda yerləşdiriımışdir. Jurnal müsəvvər (şəkilli) olmasa da, burada bəzi çərçivələr güllü naxışlarla bəzədilmişdir. Yazıar hər sütunun 32 sətrində yerləşdirilmişdir. Bütün yazılar aydın və oxunaqlı xətlə yazılmışdır.

Məcmuənin çap tarixi həm islami,həm də miladi tarixlə göstərilmişdir.Başlığın üstündəki “Müstəhləklər (İstehlakçılar-N.N.) cəmiyyəti ittifaqının nəşri-əkarı ” sözləri məcmuənin ideya mənşəyini göstərir.

Məcmuədə redaktorun adı göstərilmir,ümumi məsuliyyəti “heyəti-təhririyyə” daşıyır.

Görkəmli mətbuat tarixçisi Nazim Axundov 1965-ci ildə çap etdirdiyi “Azərbaycanda dövri mətbuat”(biblioqrafiya) əsərində “El həyatı” məcmuəsinin redaksiya heyətinə daxil olan bir neçə yaradıcı fikir adamlarının adını çəkir: N.Nərimanov,S.H.Kazımoğlu,D.Bünyadzadə və başqaları.

“El həyatı” jurnalının redaksiyası Bakıda Merkuryevski küçəsində Arafelovun evində yerləşirdi.

Jurnalın başlığının sol tərəfindəki hissədə abunə qiymətləri oxuculara belə tanıdılır

illik- 12 manat,
6 aylıq- 7 manat,

3 aylıq – 4 manat,

bir nüsxə- 70 qəpik

Ondan aşağıda isə jurnal üçün tələb olunan mövzular xüsusilə qeyd edilir :

” El faidəsinə təsiri olacaq hər qisim məqalələr və ədəbi parçalar qəbul olunur.”

Bu qeydlərdən sonra rus dilində bir cümlədə, göndərilən məktulların Bakıda Petrovsk meydanında yerləşən Kooperasiya İttifaqının Prikaspiyski kontorunda “для журнала “Эль -Гати” guşəsində qəbul olunduğu xəbər verilir.

Üslubuna, dilinin sadə və daha çox anlaşıqlı olmasına gorə mövzusu jurnalın redaksiya heyəti tərəfindən müəyyənləşdirilən baş məqalələrin Seyid Hüseyn Kazımoğlu tərəfindən yazıldığı hiss olunur.

Birinci nömrədəki baş məqalə “Məqsədimiz” adlanır. Məqalə “Heyəti-təhriyyə” imzası ilə çap olunmuşdur. Sonrakı yazı Nəriman Nərimanovun “El həyatının səadəti eldən asılıdır”adlandırdığı proqram xarakterli yazıdır.

“El həyatı”nda söz içində söz deməyi bacaran qələm sahibləri çalışırdılar.Jurnal abunə dəftərinə aid iri həcmli elanında özünü müsəvvər (şəkilli) mətbu orqan hesab edirdi..Əslində burada ancaq bir neçə gül şəkilli çərçivələr var idi.

“El həyatı” siyasi,ədəbi, iqtisadi, müstəhləklər(istehlakçılar( N.N) məcmuəsidur.Məcmuədəki yazılar da məhz bu sahələri əhatə edirdi.Aydınlıq üçün həmin yazılardam bir neçəsinin adını sadalayırıq.

N.Nərimanov. El həyatının səadəti eldən asılıdır.

( N 1, səh.2-N2,səh.3-4)4,

N.( N.Nərimanov-N.N). İnqilab və kooperativ cəmiyyətləri.

( N 3,səh.6-7)

N.Nərmanov. Avropa fikrində və həyatında müdam inqilab
(N 3,səh.1-4)

Atababa Yusifzadə. İranyana bir xitab* Yazı “Hümmət” qəzetindən köçürülmüşdür. (N1,səh.8-10)

A.Yusifzadə. Sınıq qanadlar. Roman.(N1-mabədi var, N2-mabəd,
N3- bəqiyyəsi var).

A.Yusifzadə. Muğan səhraları(N 2)

Yusifzadə. Qanlı Muğan səhrasnda qooperativ cəmiyyətləri (mabəd) (N3)
Həsən. Təqsir kimdədir? (N 1).

Kazımoğlu( Seyid Hüseyn Kazımoğlu-N.N.). Türk sözləri (N 2, səh.4-5)

Dərviş. Naleyi-dərviş. (N2)

Müəllim Rağib. Bir müzakirə (N2)

Ağaəli Rağib. Ümumi İittihad (birləşmə,həmfikir olma-N.N.)

İkinci müzakirə (N3)

D.Bünyadzadə. Fəhlə və kooperatsiya(məzmunu iqtibas edilmişdir-mabədi var.) (N 2, səh.12.)

Müstəhləklər cəmiyyətinin nizamnaməsi.(N 2,səh. 14-16).

Təəssüb (qeyrətkeşlik etmək) dükanının heyəti -idarəsi tərəfindən Mir Həsən Münsif . İzhari-təşəkkür. (N 2)

M. Qarın toyurmaq (N3)
Özü. Babidir!Kiçik hekayə(N3)

Söhbət. (sual-cavab şəklindədir-N.N.)

Yalavac. Müsəlmanlar təşkil edən cəmaət dukanı ılə millətlər təşkil edən dükanın fərqi (N3,səh.15-16).

Qeyd etməyi lazım bilirik ki, professor Nazim Axundovun “Azərbycanda dövri mətbuat(biblioqrafiya)” əsərində”El həyatı”nın 14 mart 1918ci ildə çap olunan nömrəsi də xatırlanır.Təəssüf ki,biz jurnalın həmin nömrəsi ilə tanış ola bilmədik. Yəqin ki, orada da ictimai fikir tariximiz üçün maraqlı elmi,bədii ,publisistik məqalələr vardır.

“El həyatı”nda dərc olunmuş yazılardan məlum olur ki,idarə heyəti iqtisadi məsələlərə,koorerasiya cəmiyyətinin gördüyü işlərə daha böyük önəm vermiş,cəmiyyətin əşrəflərinin yaxşı yaşamaları yolunda elmi axtarışlar apararaq,insanları qaranlıqdan işığa çıxarmaq niyyətində olmuşlar.

Bu yazılarda görkəmli türk kooperasiya təşkilatçısı,Türkiyənin Mətbuat Ümum Müdiri Mühiddin Birgenin (1887-1959) iqtisadi mövzularda yazdığı məqalələrinin təsiri aydın şəkildə duyulur

Yeri gəlmişkən deyək ki,M.Birgen 1922-1924-cü illərə Azərbaycan Xalq Maarif Komissarlığının dəvəti ilə Azərbaycan təhsilinin inkişafı ilə əlaqədar olaraq Türkiyədən Bakıya dəvət edilmş,burada mətbuat işlərinə rəhbərlik etmişdir.Azərbaycanın ən qalın jurnalı sayılan İnqilab və mədəniyyət jurnalı,əslində M.Birgenin ümumi rəhbərliyi ilə nəşr edilmişdir. Görkəmli türk şairi Nazim Hikmətlə bir neçə il qohumluğu olan M.Bergin Azərbaycan Dövlət Pedaqoji İnstitutunda azərbaycanlıların indiki nəslinin baba və nənələrinə türk tarixi və fəlsəfəsi fənnindən,sosioloji elmlərdən dərs demişdir. Azərbaycanın tanınmış elm adamları- maarif naziri Mehdi Mehdizadə,istiqlalçı şair Əhməd Cavad, şair və tərcüməçi Mikayıl Rzaquluzadə M.Birgenin sevimli tələbləri ilmuşlar.

Təəssüf ki,elmi ədəbiyyatda “El həyatı” jurnalının elin qayğısına qalan,onun işıqlı gələcəyini düşünən yaradıcı heyətinin çoxu haqqında prepressiya qurbanları kimi daha çox danışılır, onların publisistik fəaliyyəti geniş və hərtərəfli təhlil olunmur,incələnmir.

“El həyatı” jurnalı əməkdaşlarının çoxu arzuladıqlarl günləri görə bilmədilər: N.Nərimanov (1870-1925) 1920-ci illərin repressiyasının, yazıçı Hüseyn Sadıq Kazımoğlu (1887-1938), jurnalist Ağababa Yusifzadə(18861937), maarif naziri Dadaş Bünyadzadə(1888-1938) 1930-cu illər fəlakətnin qurbanı oldular.

Nazim Nəsrəddinov,
Azərbaycan Respublikasının əməkdar müəllimi, türkoloq.

Bakı,13.03.2021

Pin It on Pinterest