Türk Dünyası Gənclər Təşkilatlarının Həmrəylik və Qardaşlıq Qurultayı haqqında da fikir mübadiləsi aparıldı.
Dünyası Gənclər Təşkilatlarının Həmrəylik və Qardaşlıq Qurultayı
Türk Dünyası Həmrəylik və Qardaşlıq Alliansının üzvləri – “Əbədi Birlik” Gənclər İctimai Birliyi, Gençlik ve Eğitim Derneği, Альянс Студентов Казахстана, Kıbrıs Türk Medya İletişim Derneği və Dünya Kırım Tatar Derneği İdarə heyətlərinin arasında onlayn iclas keçirildi!
Görüş zamanı “Əbədi Birlik” Gənclər İctimai Birliyinin sədri Şahin Əliyev, Gençlik ve Eğitim Derneğinin sədri Ahmet Bayduz, Альянс Студентов Казахстана-nın sədri Ulan Nauken, Dünya Kırım Tatar Derneğinin sədri Mustafa Sarıkamış iştirak etmişdir.
Görüş zamanı eyni zamanda təşkilatların Malatyada birgə həyata keçirəcəyi “1-ci Türk Dünyası Gənclər Təşkilatlarının Həmrəylik və Qardaşlıq Qurultayı” haqqında da fikir mübadiləsi aparıldı.
Türk Dünyası Həmrəylik və Qardaşlıq Alliansının üzvləri bütün Türk dünyası gənclər təşkilatlarının birgə fəaliyyətlərini dəstəklədiyini, həmrəylik nümayiş etdirməyin mühümlüyünü bildirərək: “Biz birlikdə daha da güclü olacağıq! Biz birlikdə böyük layihələr həyata keçirəcəyik. Amalımız, qayəmiz birdir!” – fikirlərini sonlandırdı!