TURANIN İLK ADDIMI, QARABAĞ
TURANIN İLK ADDIMI, QARABAĞ
İnsan xəyalları qədər böyükdür və xəyalları qədər yaşayır. Çox deyil, elə
2020-ci ilin əvvəllində Turan dediyimizdə, türk birliyi dediyimizdə çoxları nəinki
ağız büzürdü, hətda qəh-qəh çəkib gülürdülər. Bu günlərdə baş verənlər,
Turanın ilk addımı Qarabağda atılarkən həmin üzləri xəyalımda təsəvvür
etdiyimdə üzümdə yaranan təbəssümü gizlətmək mümkün olmur. Turan
xəyalını hələ 1900-cu illərin əvvəllərində türk bilgələri qurmağa başlamışdı. Bu
xəyalın qısa zamanda Türk dünyasında yayıldığı sürəti nəzərə alsaq əslində elə
qısa zamanda da gerçəkləşəcəyini təsvvür etmək çətin deyildi. Lakin rus
imperializmi və faşistliyi türk dünyasının üstünə qara bulud kimi çökdü. Dağılmış
imperiyalardan yeni qurulmuş zəif və gücsüz türk dövlətləri bu faşizmə
müqavimət göstərə bilmədiyi üçün əkssəriyyəti işğal olundu. Əslində bu
məlumatı tarixdən bir az məlumatı olan hər kəs bilər. Çoxlarının bilmədiyi isə
bundan sonrakı rus cinayətləri idi. Turan xəyalı quran ziyalıların demək olar ki
əkssəriyyəti ya sürgün olundu, ya da qətlə yetirildi. Böyük Türk milləti də öz
bilgələri ilə eyni talehi yaşamaq məcburiyyətində qaldılar. Lakin bu faciələr bu
xəyalı öldürə bilmədi. Sadəcə gerçəkləşəcəyi günü bir az yubada bildilər. Fatih
Süleyman Dənizoğlunun dediyi kimi: “bizi torpağa gömdülər, fəqət toxum
olduğumuzu bilməyirdilər”. Türküstana toxumları əkilən bu xəyalı bu amalın
qurbanları öz qanları ilə, canları ilə qorudular, bəslədilər, böyütdülər. Və 100 il
sonra bu xəyala gedən türklərin ilk addım səsi Qarabağdan gəldi. Qarabağ
müharibəsi təkcə biz Azərbaycan türklərinin deyil, bütün türk dünyasının vətən
müharibəsinə çevrildi. Bütün türklər nəfəsin tutaraq gözlərini Qarabağa
dikməkdədirlər. Çünki Qarabağda şair R.Behrudinin də dediyi kimi, əslində
haylarla türklərin deyil, türk olanlarla türk olmayanların açıq savaşı
getməkdədir. Ön cəpədə haylar olsa da arxada onların ən böyük dəstəkçiləri
farslar, ruslar gücləri çatdığı qədər prosesləri ləngitməyə çalışmaqdadırlar.
Çünki onlar çox yaxşı bilirlər ki, Turanın ikinci addımı Zəngəzurdan, üçüncü
addımı isə Cənubi Azərbaycandan gələcəkdir. Öncəki yazılarımın birində qeyd
etdiyim kimi Turanın Azərbaycandan keçən yolu tamamlanan kimi, Turan Türk
dünyasının quru sərhədlərinin yaranması ilə taclanacaqdır. Artıq bu
qaçınılmazdır, bu məcburiyyətdir. Oyanan Türk dünyası bu uğurda bu günədək
minlərlə qurban vermişdir, və bundan da sonra verməyə hazırdır. Çünki bütün
Türk dünyası qurtuluşun Turanda olduğunu dərk etməkdədir. Bir zaman
şeirlərimin birində-
Gülüm, Vahid idi zamana qənim,
Turandır dövrümdə Nuh adlı gəmin,
Uzatdım boş qaldı titrəyən əlim,
Əllərin əlimi tutmadı küsdük.
desəm də, bu gün Həmd olsun Ulu Tanrının böyüklüyünə ki, bütün türk
dünyasını əl-ələ, çiyi-çiyinə görmək nəsib olmuşdur. Bu gün Qarabağda türk
olmayanlar “çöküş” sinfoniyalarının son akordların vurmaqdalar. “Qorxunun
əcələ faydasının olmadığını” dərk etsələrdə, son dəfə gücləri çatdığı qədər türk
qanı tökməyə çalışmaqdalar. Lakin unutduqları bir şey var: “ biz bir ölər, min
dirilərik”.