Kültür Sanat

Turanı quraraq, bir olmaq gərək

Xəyalımızdakı Turanı reallaşdırmaq biz Türklərə fərz kimi lazımdır. Bu bizim illərdir ayaqlar altda tapdanan haqqımızdır. Bu bizə edilən haqsızlıqların bədəlini ödəməkdir. Bu bizə Dərbənd, Borçalı, İrəvan, Güney Azərbaycan, Kərkük və Qarabağda Xocalı Soyqırımında vəhşiliklə qətl edilən insanlarımızın qanını yerdə qoymamaqdır. Bu bir özünə qayıdışdır.
Burada yeganə çıxış yolu, bir və diri olub Turanı yaratmaqdır!

Turanı quraraq, bir olmaq gərək!

Turanın eşqiylə döyünür ürək…
Türklərə birləşmək, bir olmaq gərək!
Uca Yaradandan ən gözəl dilək…
Turanı quraraq, bir olmaq gərək!

Yolun Turan olsun, zikrin də Quran,
Düşün, xəyalın et, onu hər zaman.
Əlbət gerçək olar, olma bədgüman,
Turanı quraraq, bir olmaq gərək!

Bir ananın övladıyıq, doğmayıq
Qədimik, uluyuq, nuhdan qalmayıq.
Turan yolumuzdur bundan caymarıq,
Turanı quraraq, bir olmaq gərək!

Kişi olun! Siz Türklüyü danmayın!
Ac olsaz da namərd yemi banmayın,
Tərəqqidən, inkişafdan qalmayın,
Turanı quraraq, bir olmaq gərək!

Yüklənməyin namərdin dərd yüküylə,
Yüklənin məzlumun qəm yüküylə,
Çiyinlənin soydaşın hər yüküylə,
Turanı quraraq, bir olmaq gərək!

Hər dəfə yazıram, bir olub, durun
Birlik olub, yağılardan gəl qorun.
Düşməni yandırın, od-alov olun,
Turanı quraraq, bir olmaq gərək!

Elsevərəm, Turan yüküm hər daim,
ALLAH biz Türkləri eyləsin qaim!
Budur sizə sözüm, budur harayım,
Turanı quraraq, bir olmaq gərək!!!

Elsevər Hüseynoğlu
Bakı~07/03/2020
“Turanı quraraq, bir olmaq gərək!”

Pin It on Pinterest