Turan Bayatıları
Sözlərim bir incidir,
Bəzən düz söz incidir!
Xəyalların içində…
Turanım birincidir!
Mənim gözüm Turandır,
Haqq kitabım Qurandır,
Türklər yanlış edərsə…
Düz sözümü de andır!
Mən aşiqəm Bozqurda
Turana və Bozqurda,
Turana keşik çəkir…
Əhsən deyək Bozqurda!
Deyəsən səsim batıb,
İsti nəfəsim batıb,
Uyğur Türkü dardadır!
Deyəmmirəm səs batıb.
Mən aşiqəm Borçalı,
Gürcü onu borc alıb?!
Öldürəcək bu həsrət,
Yadlardadı Borçalı !!!
Elsevər Hüseynoğlu
Bakı ~ 23/12/2019