Kültür Sanat

Tiflisdə nəşr olunan türkdilli ilk milli qəzetimiz

Ziya”nın  qaranlıqda və alatoranlıqda qalan tərcümeyi-halı

“Ziya” nə “Ədalət” qəzetidir, nə də “525-ci qəzet”.”Ziya” nə “Olaylar”dır,nə də ki “İki sahil”. “Ziya”- ” Əkinçi” də deyil. “Ziya ” – ziyadır.
Özü də maarif ziyası, dil ziyası, söz ziyası…

“Ziya” nə “Molla Nəsrəddin”dir,nə də “Füyuzat”. Hərəsinin ictimai fikir tariximizdə öz yeri var.Hərəsi ictimai fikir tariximizdə öz sözünü deyir.

“Ziya”- “Əkinçi”nin kiçik qardaşıdır. “Əkinçi” adı ilə türk dünyasında tanınan mətbu orqanın 1875-1877-ci illərdə Bakıda cəmi 56 nömrəsi çap olunub. 57- ci nömrə isə senzuraya şübhəli görünən bir materiala görə çapa imzalanmayıb.Həmin yazı dəyişdiriləcəyi təqdirdə qəzet öz işini davam etdirə bilərdi. “Əkinçi” öz nəşrini dayandırmağa məcbur ediləndən sonra da iki il rəsmi sənədlərdə fəaliyyətdə olan qəzet kimi tanınmışdır. Senzura qaydalarına əməl edəcəyi təqdirdə Həsən bəy Zərdabi “Əkinçi”nin ömrünü xeyli uzada bilərdi. 

“Əkinçi”dən bir il 3 ay sonra nəşrə başlayan “Ziya” qəzetində Həsən bəy Zərdabinin qəzetçilik ənənələri uğurla davam etdirilmişdir. Təəssüf ki, H.Zərdabi Səid Ünsizadənin ona təklif etdiyi istanbul və ya Tehran müxbirliyi vəzifəsini qəbul etməmişdir.

Sovet dönəmində “Əkinç”i dövrün siyasətinə uyğunlaşdırılsa da,”Ziya” həmişə kölgədə qalmışdır.Qəzetin naşiri və redaktoru Zaqafqaziya Əhli-Təsənni idarəsini üzvi di.O,bu vəzifə çərçivəsində böyük maarifçilik işlər i görür,Azərbaycanda və türkdilli digər məkanlarda yeni tipli məktəblərin yaradılması yolunda əhəmiyyətli fəaliyyət göstərirdi.

.Gün geçdi, ay gəldi, il gəldi. Hələ bundan sonra da günlər keçəcək, aylar gələcək, ay il olacaq, illər əsrlərın hörgüləri kimi tarıxdə bərqərar olacaq. 
Məni belə danışdıran 141 il bundan əvvəl dünyaya Tiflisdə göz açan, göz açan kimi də sadə türki dilimizdə maarifimiz, təhsilimiz, dinimiz və dilimiz , imanımız, gələcəyə gümanımız haqqında gah şirin-şirin, gah da acı-acı danışırdıan, özünə həm dost, həm də düşmən tapan,türkdilli dünya mətbuatına  yol göstərən yaşlı “Ziya” qəzetidir.

Mən yazılarımın birində “Ziya” qəzetinin 18 yanvar 1879-cu ildə nəşrə başladığını yazmışdım.Sonrakı tədqiqatlar göstərdi ki, “Ziya”nın tarixi 1879-cu il yanvarın 25-dən başlayır. Məsələ burasındadır ki,”Ziya” qəzetinin ilk iki nömrəsini tədqiqatçılardan heç biri görməyib. Mən Moskva, Leninqrad( indiki və lap əvvəlki Peterburq-N.N.), Tiflis arxivlərində bu nömrələri çox axtardım, tapmadım, təkcə gümanım gəldiyi yerlərdən birinə -Odessaya gedə bilmədim ki, oradakı arxivlərdə bu nömrələri arayıb axtarım. Məsələ burasındadır ki,XIX əsrin  ikincu yarlslnda Qafqaz canişininin əmri ilə   Tıflisdə nəşr olunan bütün materrıallar məcburi nüsxə kimi Odessadakı arxivə də göndərilirdi.
Kim bilir, bəlkə müharibə vaxtı bu materiallar itib-batıb.
Oxuduğum materialların birində belə bir xəbərə rast gəlmişdim ki, 1917-ci ildə -hərc-mərclik vaxtlarında Odessada arxiv materiallarını sobaya ataraq istisinə qızınanlar çox olub. Bu, Cəlil Məmmədquluzadənin öz əlyazmalarının istisinə qızınmağına oxşasa da, birincilik bu məsələdə odessalılara məxsusdur.
Nə isə…Arxiv və kitabxanalarımızda “Ziya”nın bizə məlum olan ilk nömrəsi 8 fevral (pəncşənbə günü)1879-cu il tarixli üçüncü nömrədir. 
Bəzi tədqiqatlar heç bir fakt göstərmədən “Ziya”nın ilk nömrəsinin 14 yanvar 1879-cu ildə çıxdığını yazsalar da, bu birincilik tarixinin tarixi düzgün görünmür.

“Ziya”nın tədqiqatçılarından çoxu onun 1879-cu iln yanvarından noyabrınadək türkdilli oxuculara göndərildiyi 46 nömrəsindən bixəbr olmalarıdır.

“Ziya” qəzetinin 1879-cu il noyabrın 19-da çıxan 44-cü nömrəsinin ilk 3 səhifəsi bu mətbu orqanın tarixindən,üzləşdiyi abunə çətinliklərindən bəhs edir.Yazı naşirin dilindən yazllmışdır :

” Tiflis.17 noyabr.”Ziya” qəzetəsinin təb və nəşr olunmasını dürüst dost tutan həzərata məlum ola ki,həmin ildə qəzetə verməkligi öhdəmizə götürən vəqtdə  niyyətimiz ona müncərr ( sürüklənən-N.N.) ) olmuş idi ki,qəzetəmizi keçən mühərrəm ayının (ərəb qəməri ilinin birinci ayı-N.N.) ibtidasındn verək.Çünki səneyi -islamiyyənin (islam ilinin-N.N )  ibtidası ondan başlanır və leykin işinin ibtidası düşvar olmağə görə bacara bilmədük ki, bir parə kəsr və nöqsanımızı cabəca (yerbəyer-N.N.) edüb,məzkur niyyətimizi əmələ gətürək.Ona görə naçar olub, səfər ayının on dördündə əvvəlimci nömrəmizi zühurə gətirib ahəstə-ahəstə  səy və himmət göstərdik”

Deməli,  “Ziya” qəzetinin əvvəlinci nömrəsi hicri qəməri təqvimi ilə 1296-cı ilin səfər ayının 14-də
çıxmışdır ki., bu da miladi təqviminin 1979-cu il yanva r ayının 25-nə uyğun gəlir.

Təqvimlərin müqayisəsini yaxşı bilənlərdən bu hesablanmanı yoxlamağı xahiş edirməm. 

Aşkarda olan – 8 fevral 1879-cu ildə çıxan 3-cü nömrədə qəzetin pəncşənbə günlərində çıxdığı aydın-aşkar görünür. Əvvəcədən müəyyənləşdirilmiş qaydaya görə, “Ziya”nın birinci sənəsinin ilk iki nömrəsinin – 1879-cu il 8 fevral tarixli üçüncü nömrəsindən əvvəlki həftələrin pəncşənbə günləri  fevralın 1-i və yanvarın 25-dir. Deməli, bu fakta — “Ziya” qəzetinin pəncşənbə günlərində çıxması faktına əsaslanaraq, qəzetin ilk nömrəsinin tarixini 25 yanvar 1879-cu il kimi göstərmək daha doğru görünür.Əlbəttə, şəraitdən asılı olaraq bu nömrələr günləri həftənin başqa günlərinə də düşə bilər.

Hər halda dəqiqləşdirmə aparılmalıdır.

“Ziya” qəzetinin bizə məlum olan ilk nömrəsinin  (08.02.1879,N 3) başlığının – “ZİYA” sözünün altında qəzetin islam təqvimi ilə 1296-cı ildə çıxdığı göstərilir. Yuxarıda ayrıca sətirdə bu tarixin miladi tarixlə 8 fevral 1879-cu ilə aid olması yazılmışdır.Qəzetin sonrakı nömrələrin hamısı pəncşənbə günləri çıxmışdır: N 4
(15 fevral), N 5 (22 fevral) , N 6 (1 mart) , N7 (8 mart),
N 8(15 mart)…
8 fevral 1879-cu il tarixli 3-cü nömrənin baş məqaləsinin sərlövhəsi belə adlanır: “Oxumaq və yazmaq barəsində”.
Bu,proqram xarakterli yazıdır.Yazıdan nümunələr gətiririk: 

“Bu zəmanələrdə bəni növ bəşərin cümləsinə (hamısına-N.N.) xətt və kitabiyyət sənətini və qiraətə qadir olmaq qüdrətini təhsil eləməkdən başqa, əvvəlimci və zimmə və laziməli iş yoxdur. Və hər kəs bundan bibəhrə və binəsib qalıbdır”. 

Qəzetin naşiri və sahibi-imtiyazı  baş məqalədə daha sonra qəzetin məram və məqsədlərini vurğulayır:

“Ətfalımızın (uşaqlarımızın-N.N.) təlim və tərbiyəsindən və təlim və müəllim qaidəsindən və müəllim və şagirdlərin ədəbindən və bu vəqtəcən əksərimizin bisavad qalmağından və onun səbəblərindən və xəttimizin qüsur və nöqsanatından və nə vəchlə onu cəbr -nöqsan edib, təğyir və təbdil …eləməkdən qəzetimizin ibtidalarında söz danışılacaqdır”..

Naşır dediyi sözlərə 4-cü nömrədə də (15 fevral ) əməl eedir. 4-cü nömrənin baş məqaləsi belə adlanır: “Uşaqlarımıza təlim və tərbiyə vermək barəsində”.
Burada oxuyuruq:

“Oxumaq və yazmaq barəsində olan əhvalatın şəhri- bəyanı və insanlara məxsus olan nemətlərdən olub baisi-şərif və iftixar olmağını üçüncü nömrədə yazmışdıq…Bu zəmanədə mülk və millətin tərəqqisi elm və mərifətə və növbənöv dillərə, xətlərə arif olmaqdadır”…

Xatırladırıq ki, “Ziya” qəzetinin islam təqviminə görə 1879-cu ildə dekabr ayındakı nomrələri də 1 rəqəmindən başlayır:

N1 -6 dekabr 1879-cu il
N2-13 dekabr 1879-cu il
N 3-20 dekabr 1879-cu il
N 4-27 dekabr 1879-cu il
N5-3 yanvar 1880-ci il 
N6-10 yanvar 1880-ci il
N7-15 yanvar 1880-ci il….

“Ziya” qəzeti haqqında faktlara və ilk mənbəyə əsaslanan (de vize-N.N.) yazılarımız çoxdur.
İcrasına başladığım layihə çərçivəsində oxuculara bu materialları təqdim etməyə söz verirəm. Yazımın sonunda oxuculara “Ziya” (“Ziyayi-Qafqasiyyə”) qəzetinin ümumilikdə sonuncu-187-ci nömrəsində (26 yun 1884-cü il , N 11) soyadı qəzetdə rus qrafikası ilə “АЛИБЕКОВЪ” göstərilən müəllifin “Tərcümeyi-məktub” adlı yazısındakı bu sözləri xatırladıram: 

“Səid Ünsizadənin dər-öhdə aldığı əmr ( iş-N.N.) və niyyət mətbuat vasitəsilə rus müsəlmanlarını (Rusiyada yaşayan müsəlmanları-N.N.) yuxudan oyatmaqdır”.
( bax: “Ziyayi- Qafqasiyyə” qəzeti, 26 iyun 1884, N4,səhifə 2, sütun 3).

Yeri gəlmişkən qeyd edək ki “Ziya”   qəzeti və onun rəhbərləri-Səid Ünsizadə və Cəlal Əfəndi  haqqında
 Türk dünnyasına və Rus müsəlmanlarına  ilk dəfə  yüksək qiymət verən Kırım tatarlarının düşümcə,lideri İsmayıl bəy Qaspirinki olmuşdur.Onun 1881-ci ildə Tiflisgə çap etdirdiyi “Tonğuc” jurnalında və elə həmin il Ağməsciddə rus dilində nəşr etdirdiyi “Руccкое  мусульманcтво” kitanında “Ziya” qəzeti və Ünsizadə qardaşları haqqında indiyədək yüksəkdən səsləndirilmətən naraqlı fikirlər  söyləniımişdir.
“Ziya”nın qeyb olmasınını əsas səbəblərindən biri Əlibəyovun məqaləsindəi   açıq-aşkər deyilən sözlər oldu.
 ( N 11,26.06.1884).
Bu nömrədən sonra “Ziya” bir də ayaq üstə dura bilmədi.
Çar hökumətinin qazdan ayıq məmurları Səid Ünsizadənin hələ İsmayıl bəy Qaspralıdan, Məhəmməd ağa Şahtaxtlidan, Əli bəy Hüseynzadədən, Əhməd bəy Ağayevdən,Əlimərdan bəy Topçubaşovdan xeyli əvvəl öhdəsinə görürdüyü böyük vəzifənin -rus müsəlmanlarını yuxudan oyadılması işinin yerinə yetirilməsinə imkan vermədilər. Səid Ünsizadə 1890-cı ilin əvvəllərində hamıdan inciyib doğma ölkəsindən baş götürüb İstanbula getdi,orada yaxın dostu, üç dəfə Türkiyənin maarif naziri olan Münif Paşanın köməyi və qayğısı ilə təhsil və maarif işlərində çalışmış,Quranın türk dilində təfsirini yazmışdır.
“Ziya” qəzetinin redaktoru və imtiyaz sahibi , bir neçə dərsliyin müəllifi, “Hümayunamə” 

( “Kəlilə və Dimnə” ) əsərinin Azərbaycan dilinə tərcüməçisi Səid Əfəndi Ünsizadə  Baklda çıxan “Həyat” qəzetinin yazdığına görə  ömrünün 80 sinnində – 1903-cü ildə İstanbulda vəfət etmişdir.Qəzetdıki  nekroloqda o, türk dünyasının fazillərindən biri kimi dəyərləndirilmişdir.
 “Həyat” qəzetindəki (1905, N 21) bu acı xəbərin altında türk dünyasının üç böyük şəxsiyyətinin adı yazılmışdır: Əli bəy Hüseynzadə, Əhməd bəy Ağayev, Əlimərdan bəy Topçubaşov.

Haşiyə. Sonrakı tədqiqatlar göstırdi ki,.Səid Ünsuzadənin öıüm xəbəri oxuculara iki il gec çatdlrılmışdlr.Əslində bu, “Həyat”ın nəşrə 1905-ci ildə  başlaması ilə əlaqədardır.
2017-сi  ildə gənc dodtumuz tərcüççi və iqrisadçı Zaur  Səmədov   İstabbuldakl  aba tərəfdən olan qohumlarından Ünsizadələr gaqqında maraqlı materiallar və fıto şəlillər toplamışdır.Burada Xəid Ünsizadənin də,Cəlal Əfəndinin də şəkilləri vardlr.
Zaurun İstanbul səfərindən sonra Səid Ümsizadəmin İstanbulda  mədfəni də tapılmışdır.Qəbir daşı üzərindəki yazıdan məlum olur ki., Səis Ünsizadə 80 sinnində yox,
 1903-cü iıdə 61 yaşında vəfat etmişdir. 

Əlbəttə, yazımın əvvəlində adlarını böyük hörmətlə çəkdiyim mətbu orqanların hamısın öz adı,cəmiyyətdə öz yeri var. Onların nə qədər yaşayacaqlarını söyləmək çətindir.
Amma “Ziya” – ziyadır.Onun tarixinin daha uzun olacağı şübhəsizdir.
Nə vaxtsa mənim bu sözlərimi dərk edəcəklər, “Ziya”qəzetinə və onun yaradıclsı Səid Ümsizadənin (1842,Şamaxı – 1903,İstanbul)  şərəfinə  İstanbulda, Bakıda və Şamaxlda  ən mötəbər  yerlərdəi abidə ucaldacaqlar. .Onda çox güman ki,bizim heç birimiz bu dünyada olmayacayıq.Heç bizlərin adımızı, bəlkə də,
dəftərə də yazmayacaqlar.Amma “Ziya” ziyalılığını göstərəcək.

Mən çoxunuz üçün darıxdırıcı olan bu sözlərimi yazıram.

Yazlma  sərt reaksiya olacaöını da bilirəm.
Amma nə etməli ?  Sabah biz olmayacayıq,amma “Ziya” olacaq.Mütləq, olacaq.

Olmayanlar  sağlığlnda boynu qalstuklu bizlər olacayıq.
Məsələ burasındadır ki,onda danışmağa halımız olmayacaq.Axı o dünyanın sakinləri məskunlaşdığı yerdən Yer üzünə qayıda bilmirlər.Əlhəd daşı başlarına dəysə də,uzaq başı qəbirlərində bir az çevrilə bilərlər.
,
Hörmətli “Ziya” tədqiqatçıları, hörmətli ziyalılar,  aydınlar,dostlar,doktorlar,akademiklər!
“Ziya”nı quyudan çıxarmalıyıq.Bu,bizim,alimlik,elmi tədqiqatçılıq,vətəndaşlıq borcunuz olmalıdlr.Bizim bu halımız
mütləq tarixə düşəcəkdir.Bizdən sonra dünyaya gələnlər bizi,  əgər işlər belə getsə,yel dəyirmanı ilə döyüşənlərin qiyafəsndə görəcəklər

Gəlin, papağımızı başımıza qoyub,fikrimizi cəmləşdirək,fikirləşək,

“Ziya” qəzeti(1879,yanvar,Tiflis-1884,iyun,Tiflis) ictimi fikir tariximizin

XIX əsrin  bir neçə ilinin güzgüsüdür.Bu güzgüdən çox nəsnələr görünür.”Ziya” qəzetinin bütün nömrələri MÜTLƏQ müasir əlifbaya transfoneliterasiya edək.”Ziya” – hər bir ziyalı ailəsinin stolüstü kitabı olmalıdır.

İlk 46 nömrəsi unudulan “ZİYA” kitabı nöqsanlıdır, bizə baş ucalığı gətirməyən nəşrdir.

“Ziya”nın təsisçisi,naşiri və redaktoru  Səid Əfəndi Ünsizadə  ümummilli liderimiz  Heydər Əliyev . cənablarının  çox yüksək  qiymətləndirdiyi görkəmli publisist,din xadimi,pedaqoq,naşir,
tərcüməçi, Quranın türk dilində təfsirini yazan ziyalıdır.

Hacı Səid Əfəndi Əbdürrəhman Əfəndi Ünsizadə.nütləq dünya uctinaiyyətinə tanıdılmalıdır.

…Türk dünyasının hər yerində-İstanbulda da,Ankarada da,
Təbrizdə də,Şamaxıda da,Bakıda da,Şəkidə də,Bağçasarayda da..
“Ziya” qəzeti və onun qələm əhli haqqında ciddi elmi axtarışlar aparılmalıdır.  
Dnyaya səpələnmişÜnsizadələr–Ünsilər,Berksanlar,Şirvanilər Azərbaycanın Milli Mətbuat Günündə 
(2020 cu ilin  22 iyul (04 avqust)- “Ziya”nın böyük qardaşı “Əkinçi”inin 145-ci bayram şənlillərynə dэvət edilməidirlər.  

Nazim Nəsrəddinov

Azərbaycan Respublikasının Əməkdar müəllimi,
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə keçirilən
ƏN YAXŞI MÜƏLLİM müsabiqəsinin qalibi,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü,
türkoloq.

Bakı
25.03.2020

Pin It on Pinterest