Tez ol,tez ol,dart yükü…

“Molla Nəsrəddin”jurnalını vərəqləyərkən…

Tez ol,tez ol,dart yükü…

Əsirlərin,

yesirlərin


dərs yükü…


Nəsillərin


məktəblərdə


dərs yükü –


alimlərin

məktəblərə

ərk yükü-


Tərs adamım tərs yükü…,


Müəllimin, 


şagirdin


Əzab yükü,


dərd yükü…

Ağzın nədir,

söz deyəsən,
tələs,
tələs,
geri qaldıq
Avropadan-
(Evropadan),
tez ol,
tez ol
dart yükü…

Nazim Nəsrəddinov.
15.12.2018.

Pin It on Pinterest