TARİXİ YAŞADAN ƏLLƏR—NAXÇIVANLI SİLAHSAZ
Hər millətin mədəniyyəti onun dünya görüşünün, bilik səviyyəsinin göstəricisidir. Tarix
daşlarda, qayalarda, torpaq altında, kitablarda və mədəniyyət incilərində özünü yaşatmaqdadır.
Bu tarixi isə ortaya çıxartmaq, yaşatmaq millətin qeyrətli xanımlarının, bəylərinin əsas vəzifəsi
olmuşdur hər zaman. O xanımlar, o bəylər ki öz millətinin şanlı tarixi ilə qurur duymuş, onu
müasir dövürdə dünyaya tanıtdırmağı özlərinə şərəf bilmişdirlər. Belə şəxsiyyətlərdən biri
Naxçıvanlı silahsaz Araz Məmmədovdur.
Məmmədov Araz Əşrəf oğlu, 1977-ci il 30 apreldə Naxçıvan şəhərində anadan olmuşdur. İlk
təhsilini aldıqdan sonra hərbi xidmətə yollanan Araz bəy, hərbi xidmətdə olarkən Türkiyə Qara
Hərb məktəbinə qəbul olmuş, hərbi biliklərə yiyələnmişdir. Məktəbi bitirdikdən sonra
Azərbaycan silahlı qüvvələrində xidmət etmişdir. Hazırda təqaüddə olan Araz bəy, Naxçıvan
Texniki-peşə məktəbində Hərbi rəhbər vəzifəsində çalışmaqdadır.
Uşaqlıqdan rəssamlığa marağı olan Araz Məmmədov zamanla tarixə və antik əşyaların
toplanmasına meyl etmişdir. İlk öncə topladığı antik əşyaların təmiri ilə məşqul olsa da,
sonradan isə öz emalatxanasında qədim silahlar, tərki silahlar və hərbi geyimlər düzəltməyə
başlamışdır. Hazırda əlliyə yaxın ekspanatın müəllifi olan Araz bəy, əlvan metallardan müxtəlif
növ qılınclar, toppuzlar, xəncəllər, dəbilqələr, zirehlər və.s. düzəltməklə yanaşı, onların tarixini,
əhəmiyyətini də öyrənməkdə və təbliğ etməkdədir. Bir ekspanatın düzəldilməsinə iki-üç ay vaxt
sərf etdiyini söyləyən Araz Məmmədov gördüyü işdən yüksək estetik zövq aldığını, eyni
zamanda gənc nəsillərə tariximizi sevdirməyin və nümunə olmağın qürurunuda yaşamaqdadır.
Babalarımızın qədim peşəsini şərəflə yaşadan Araz bəy öz vətəndaşlıq borcunu layiqincə yerinə
yetirməkdədir.
Araz Məmmədov və onun kimilər, bu millətin hansı proseslərdən keçməsindən aslı
olmayaraq onu əzimkarlığının, keçmişinə bağlılığının bariz nümunəsidirlər. Babalarından
aldıqları məhşəli gələcək nəsillər üçün şərəflə daşıyan bu cür igidlər var olduqca, bu ulu millətin
işığı sönməyəcəkdir.