Genel

Tarixdə monqol

Sənan Qılıncarslan Qacar

Tarixdə monqol adlı bir etnik, monqol dilində bircə söz də tapmaq mümkün deyil. Qədim tarix səhifələrinin heç birində monqol sözü yoxdur.

monqol dilinə də rast gəlmək mümkün deyil. Ancaq türk dilində nə qədər istəsəniz, tapmaq olar. O dövrdə Çingiz Xanın bir sıra hökmdarlarla yazışmaları türk dilində olub. Mərkəzi Asiyadan Kubilay Xanın nəvələrinə göndərilmiş məktublar türk dilində, qədim uyğur əlifbası ilə yazılıb. Monqol adlı etnik qrup ümumiyyətlə mövcud olmayıb. “Monqolustan” siyasi bir addır. Bunu ABŞ-dakı amerikalılar ilə müqayisə etmək olar. Bildiyimiz kimi, Amerikanın sakinləri İngiltərə, Afrika, İtaliya, Fransa və başqa yerlərdən bura yaşamağa gəlmiş insanlardır. Və yaxud biz əvvəllər sovet xalqı olsaq da, heç kəs sovet dilində danışmırdı.

Çingiz Xanın dövründə Asiya çöllərində yalnız türklər yaşayırdı. Onlar tatarlara, kereylərə, cəlairilərə, nayman oğullarına və s. bölünürdü. Qədim yazılarda deyilir ki, günlərin birində Çin səfiri Menxun Çingiz Xanın görüşünə gedir, ancaq fateh özü orada olmur. Beləliklə, səfir Çingiz Xanın valisi Muxalı ilə danışır. “Sən kimlərdənsən?” soruşur, o isə cavabında “Mən tataram”, – deyir. Əvvəllər tatarlar çox hörmətli idilər. Çingiz Xanı müxtəlif millətlərdən olan insanlar əhatə edirdi. O öz dövlətini yaratmaq qərarına gələndə bütün millətləri bir ad altında birləşdirdi. Bəs, bu qədər çoxmillətli olan xalqı necə adlandırmalı? Akademik Anatoli Olovintsov yazır: “Monqolustan” sözü “Menqu” – “əbədi” və “kol” – “ordu” sözlərindən yaranan ən neytral və güclü səslənən söz idi. – Yəni indi monqollar türk dilində danışır? – Yox. Hazırkı xalxa-monqol dili mancurlar onlara qalib gəldiyi dövrdə, XVII əsrdə yaranıb. Monqollar Çini işğal edib və çinlilər onları qovana qədər 100 il burada hakimiyyətdə olublar. Çinlilər iki dəfə qətliam törətməklə əhalinin yarısını qılıncdan keçiriblər. Çingiz Xanın ölümündən sonra isə elitar təbəqə arasında hakimiyyət uğrunda mübarizə başladı. Nəticədə isə XVII əsrdə yerli əhalinin, özü türk olub və türk dilində danışan insanların sayı 60 min nəfərə qədər azaldı. Bunu görən mancurlar Monqolustanı ələ keçirdilər. Onların dili türk dilindən kəskin şəkildə fərqlənirdi. 100 il sonra dillərin qarışması nəticəsində hal-hazırda xalxa-monqol dili adlandırdığımız tunqus-türk-mancur dili formalaşdı. Əvvəllər monqollar tenqriçilər idi, yəni Göy Tanrıya inanırdılar. Lakin sonradan buddizmi qəbul etdilər. Buddizm onları mancurlarla birləşdirən yeganə ortaq nöqtə idi. Bu dövrdə istedadlı monqolustanlı gəncləri Çin, Tibet və türk dillərini öyrənmək üçün Tibetə yollayırdılar. Həmin gənclər qayıtdıqdan sonra bu günümüzə qədər gəlib çatmış xatirələrini yazdılar. Bu yazılar artıq çin heroqlifləri ilə yazılmışdı. Alimlərin 30 illik araşdırmasına baxmayaraq, türk dilində yazılar tapılmadı.Çingiz Xan məsələsinə geri dönək. Onun qazax olması ehtimalı varmı? – İndi bunu demək çətindir. Düşünürəm ki, onun milli kimliyini öz tərəfinə çəkmək və onu qazax adlandırmaq doğru deyil. Hərçənd indi hamı bunu etməyə çalışır. Tatarlar, hətta yakutlar belə iddia edir ki, milli kimlik baxımından Çingiz Xan onlara məxsusdur. Bu doğru deyil. O, türk idi. Yalnız bütün dövlətləri birləşdirəndə monqol oldu. O vəsiyyət etmişdi ki, öləndə onu bu ölkənin torpaqlarında basdırsınlar. – Yeri gəlmişkən, qazaxlar monqollara qaynayıb-qarışdıqdan sonra bir qədər qaraşın olublar. Ancaq siz iddia edirsiniz ki, əvvəllər sarışın olublar. – Qazax xanlığı Çingiz Xanın ölümündən 250 il sonra formalaşdı. Qazaxlar o vaxtlar həqiqətən sarışın idilər. Yeri gəlmişkən, Qazaxıstan ərazisində kurqanların birində tapılan Qızıl Döyüşçü də sarışın idi. Qazax xanlarının adını yadınıza salın: Kenesarı. Türk tarixində Toqum adında xan olub. Savaşda doqquz övladı ilə birlikdə ölüb. Sonradan bu hadisə haqqında “Toqız sarı”, yəni “Doqquz sarı” adlandırılan epos yarandı. Qazaxların qarışığı monqollarla deyil, çinlilərlə idi. Türklərdə Çin səddini keçib oralara hücum edən Mete adında hökmdar olub. – Bəs, Çini işğal etməkdə türklərin marağı nə idi? – Çay, ipək, minlərlə əsir götürülmüş gənc qızlar. Qarışıqlıq da məhz həmin cavan qızların dünyaya gətirdiyi uşaqlardan başladı. Çinə bu cür hücumlar min ilə yaxın davam etdi. Beləliklə, qazaxların xarici görünüşü dəyişdi. Sarışından qaraşına çevrildilər.

Akademik Anatoli Olovintsov

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest