Tarixən ölkəmizdə dinə münasibətdə yüksək etimad sərgilənib – Sübhan Talıblı
Prezidenti İlham Əliyevin iştirakı ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Azərbaycan İlahiyyat İnstitutunun yeni binası istifadəyə verilib. Çoxmillətli və çoxkonfessiyalı Azərbaycanda ulu öndər Heydər Əliyevin əsasını qoyduğu din-dövlət münasibətləri yüksək səviyyədədir və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizdə milli və dini tolerantlıq dövlət səviyyəsində dəstəklənir, multikultural həyat tərzinin daha da möhkəmlənməsi üçün böyük işlər görülüb və görülür.
Təsadüfi deyil ki, Azərbaycanın tolerantlıq modeli dünyanın bir çox universitetlərində, o cümlədən bu gün yeni binası istifadəyə verilən Azərbaycan İlahiyyat İnstitutunda öyrənilir. Hazırda Azərbaycan İlahiyyat İnstitutunda 277 tələbə təhsil alır, onların təlim-tərbiyəsi ilə 43 müəllim məşğul olur. İnstitutun müəllimləri tədris prosesi ilə yanaşı, dinşünaslıq və islamşünaslıq sahələrində elmi tədqiqatlar aparır, dərslik və monoqrafiyalar yazır, ölkədaxili və beynəlxalq elmi tədbirlərdə iştirak edirlər.
Sübhan Talıblı, tarix üzrə fəlsəfə doktoru
– Prezidenti İlham Əliyevin rəhbərliyi ilə son 19 ildə İslam, xristian və digər səmavi dinlərin mədəniyyət nümunələri olan tarixi-memarlıq abidələrinin, məscidlərin, ziyarətgahların, müqəddəs dini sitayiş, inanc yerlərinin təmiri və bərpası ilə bağlı görülən işlər Azərbaycan dövlətinin bu sahəyə olan diqqətinin bariz nümunəsidir. Azərbaycan Prezidenti İlham Əliyevin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Azərbaycan İlahiyyat İnstitutunun yeni binasının açılışında iştirakı ölkəmizdə vətəndaşların dini etiqad, vicdan və təhsil hüquqlarının səmərəli realizəsinin ölkə rəhbərliyinin diqqət mərkəzində olmasının göstəricisidir. Tarixən ölkəmizdə dinə münasibətdə yüksək etimad münasibəti sərgilənib. Bir vaxtlar Bakı Dövlət Universitetinin tabeliyində ilahiyyat fakültəsinin yaradılması təsadüfi deyildi.
2018-ci il fevralın 9-da Azərbaycan Prezidentinin sərəncamı ilə İlahiyyat İnstitutu yaradılıb. Burada əsas məqsəd Azərbaycanda dini təhsil siyasətinin dövlət tərəfindən idarə olunması, bu sahədə peşəkar mütəxəssislərin yetişdirilməsi və xarici ölkələrdə dini təhsil alarkən gənclərin müxtəlif qurumların, idarələrin təsiri altına düşməməsi baxımından da son dərəcə önəmlidir. Bu, bizim inanclarımız baxımından, digər məzhəblər, təriqətlər, digər dinlərarası tolerant mühitin yaranması baxımından da önəmlidir. Eləcə də İslam, xiristian, yəhudi dinlər, eləcə də digər dini cərəyanlar arasında barışın, sülhün elmi əsaslarla öyrənilməsi, ənənəvi olaraq Azərbaycanda olan xalqlararası, dinlərarası müxtəlifliyin, birgəyaşayışın qorunması baxımından da çox önəmlidir. Bu baxımdan da ölkə rəhbərimiz hər zaman bu konfessiyalara dəyər verib və ölkəmizdə islam dini və digər dini etiqadda olan insanlara qayğı və diqqət göstərib. İlahiyyat Universitetinin açılması onu göstərir ki, Azərbaycan dövləti, Prezidenti ölkədə dini təhsil alan, bu sahədə çalışanların sosial təminatlarının baxılması, müasir elmi texnologiyalardan yararlanmasında maraqlıdır.
Beynəlxalq aləmdə Azərbaycanı əbəs yerə multikulturalizmin və dinlərarası, millətlərarası və svilizasiyalararası, dialoqun təmasın olduğu ölkəyə çevrilməsi qeyd olunmur. Son illər Avropa dövlətlərində milli mövcudluğu qoruyub saxlamaq cəhdlərinə qarşı aqressivlik, milli, dini və ayrı-seçkilik, mühacir və qaçqınların sıxışdırılması fonunda Azərbaycanda tolerantlıq, dözümlülük, multikulturalizm mühitinin çox yüksək səviyyədə olduğunu göstərir. Ölkəmiz mədəniyyətlərarası, dinlərarası və sivilizasiyaların təmas mərkəzinə çevrilib. Avropa ölkələrində dinlərarası münaqişələr yaransa da, təbii ki, biz bunu Azərbaycanda görmürük. Azərbaycan xalqının bu məsələdə öz ənənəsi var. Azərbaycan dövləti də bu prosesin tənzimlənməsində, qanunvericilik bazasının yaradılmasında maraqlıdır. Bu, bizim xalqımızın ənənəsindən gələn qanuna çevrilmişdir.