GenelGüncel

Tərbiyə kitablarımızın vərəqləri və yaxud pedaqoji məktublar

Biz uşaq olanda babamgildən uzaqlarda yaşayırdıq.Ünsiyyətimiz məktublarla olardı Bu cəhərdən məkrublar da bizə çox nəsnələrdən xəbər verərdi.
Söhbət Nuh əyyamından yox,  keçən əsrin 50-ci illərdən gedir.
Atam  14-15 yaşına qədər yazı-pozularını ərəb əlifbası ilə yazmışdır.Atam babamın oxuduu məktəbdə – Şamaxı Məslis Məktəbində oxumuş, zəmanəsinin ən yaxşı milli müəlimlərindən dərs almışdur.
Nənəm məktəb təhsili görməsə də, dərin zəkası, yüksək mükalimə qabiliyyəti olan nənələrimizdən biri idi.

Toyları olanda nənəmin 14 yaşı var imiş. Bunu qəbir daşının üstündəki yazıdan öyrənmişəm.Nənəm hər sözə,hər kəlməyə münasibət göstərən və bu sözləri  nəvələri üçün  incələyən, izah edən  nənələrdən idi.Nənəm deyəndə ki, bu sözü demək olmaz, başa düşürdük ki, burada nə isə ikibaşlı anlayış var.
Nənəm bu sözləri özü izah etmirdi.Biz nəvələr nəticəni özümüz çıxarardıq.

Atam məktəbə gedənəcən onun ilk müəllimi, təbii ki, babam olmuşdu.Atam da, babam da üç əlifbaya sinə gərən ölkə vətəndaşı idi. Atam məktəbə gedəndə ölkədə ərəb əlifbasından istifadə olunurdu.
Bu əlifbanın müəyyən çətinliklərlə yanaşı, düzgün yazı qaydaları üçün tarixi üstünlükləri də çox idi.

Dilimizdə ərəb mənşəli elə  sözlər var ki, onların düzgün yazılışı məhz sözün lüğəvi (leksik) mənasını bilməkdən asılı idi.
  …Əlifbamızın latın dövrü, daha sonra isə kiril dövrü gəldi.Atam ömrünün sonuna qədər (1977) sənədlərə qol çəkəndə   soyadını göstərən Nəsrəddin sözünu latın qrafikası ilə dağ istiqamətində ( 25 -30 dərəcədə) yazar, altından da xətt çəkərdi.

Mən hələ də təəccüb edirəm ki, buna görə- imzasını latın qrafikası ilə yazdığına görə -rusların hakimiyyəti dövründə latın qrafikasından bu cür nümayişkaranə istifadəyə görə, ona niyə bir söz deməyiblər?

Bəlkə də deyiblər.
Atam əvvəlcə Qalağayında (indiki Sabirabadda-N.N.) türk dili və ədəbiyyatı müəllimi,1942-ci ildə   Azərbaycan Dövlət Tibb İnstitutunu qurtarandan sonra isə,təbii ki,  həkim işləyib. Can həkimi idi. Onu məhz belə tanıyırdılar. O vaxtlar müalicə fakültəsində xüsusi ixtsaslaşdırmalar yox idi. 

İndi terapebt kimi tanınan həkimlər o vaxtlar  həm göz həkimi,  həm diş həkimi, həm də ürək həkimi idilər..Yeri gələndə  onlar ginekoloji məsələlərlə  də məşğul olurdular.  O vaxtlarda kişilərin qadın xəstəlikləri ilə məşğul olmalarını cəmiyyət hələ qəbul edə bilmirdi.Amma atamdan sonra onun müdir işlədiyi xəstəxanaya baş həkim göndərilən  doktor sonralar respublikanın ən yaxşı ginekoloqlarından biri tanındı, dərslik yazdı, institutda bu sahənin ən yaxşı mütəxəssilərindən biri kimi tanındı.

Atam uzun illər respublikamızın Mərkəzi Aran və şimaldakı dağlq rayonlarında tibb məntəqə müdiri, baş həkim, polikloinia müdiri vəzifələrində işləmişdir. Rəhbər vəzifədə olan dostları çox idi. Səhiyyə naziri Vəli Axundov onun ən yaxın tələbə dostlarından biri idi. Atam həm yaxşı həkim kimi , həm də geniş dostluq əlaqələrinə güvənərək, paytaxtda yüksək vəzifə də tuta bilərdi. Lakin o, paytaxtın səsli-küylü mühitində işləməyi xoşlamırdı.  O, kənd rayonlarında işləməsinə baxmayaraq, dünyanın ən yeni tibb yenilikləri ilə tanış olurdu.Hər dəfə Bakıya müşavirə və kurslara çağrılanda evə bir çemodan rusdilli  tibbi ensiklopedik kitablarla qayıdardı. Rus və alman dillərində geniş mütaliəsi var idi.Türk, rus və dünya ədəbiyyatının ən yaxşı bilicilərindən biri kimi tanınırdı. Əlbəttə, bu həvəs onda orta məktəbdə yaranmışdı.O vaxtlarda orta məktəblərdə ədəbiyyatı tədrisində indikindən fərqli cəhətlər var idi.Ədəbiyyat müəllimləri şagirdlərin dünya görüşünün formalaşmasında dünya ədəbiyyatının tədrisinə xüsusi önəm verirdilər. Azərbaycan dili onda türk dili adı ilə tanınırdı.Bu ad da türk ədəbiyyatını dərindən öyrənməyə imkan verirdi.

Nə isə….Yenə də məktublara qayıdırıq.
Biz uşaq olanda ərazi uzaqlığı bizi doğmalarımıza məktularla yaxınlaşdırırdı.Yeganə ünsiyyətimiz məhz məktublar idi. Biz məktubları bibimdən, bibim uşaqlarından, bir də ki babamdan alardıq. Babamdan gələn gələn məktublar evimizdə həmişə qorunub saxlanardı. 

Babamdan həftədə 2-3 dəfə məktub alardıq. O, öz məktublarını təbii ki,  təhsil aldığı illərin əlifbası ilə – ərəb əlifbası ilə yazardı.Belə çıxır ki, mənim gördüyüm ilk məktublar Şamaxıda məşhur şair Seyid Əzim Şirvanidən dərs almış babamın ərəb yazılı məktubları olub. 
Babam məktubları üçün tarixi hadisələri əks etdirən zərflərə üstünlük verərdi.Zərflərin üstündəki şəkillər maraqlı tarixləri əks etdirirdi.Bu cəhərdən məkrublar bizə çox nəsnələrdən xəbər verərdi.
Çox təəssüf ki,indi məktukları mobil telefonlar məhv etməkdədir.İnanmıram ki, indi kiməsə atasından,bacı və qardaşından məktub gələ.Gəlsə, bu, indi maraqlı hadisə kimi qarşılanar.

Babamın məktubları, atamın qalın ensiklopedik kitabları sonralar  itib-batdı; bir kitab HIRSIZ’ININ-oğrusunun  əlinə keçdi.
Gözlərim hələ də o kitabları və yazıları axtarır.

Ən ürəkağrıdanı budur ki, HIRSIZ’ın apardığı kitabların arasında babamın ərəb əlifbalı nadir kitabları və məktubları da var idi. 

Bu məktublar atama müraciətlə   (nuri-didəm oğlum -gözümün işığı olan oğlum )

sözləri ilə başlayardı. Atam-babamın tək oğul övladı idi.
Atam- babamın məktublarınındakı bu  sözləri bizə xüsusi şövqə oxuyurdu.

Atam yazıda çox səliqəli idi.Hər sözə diqqət yetirərdi.Sözün sətirdən sətrə keçirilməsində də əndazəni və dəyəri gözləyirdi.
Atam, mənim 27 yaşımda əsgərlikdən yazdığım məktunlarımı da redaktə edərdi.Hər dəfə cavab məktununda bunları izah edər və incələyərdi.
Hərçənd ki,mən əsgərlikdə olanda Nəsimi adına Dilçilik İnstitutunun qiyabiçi aspirantı idim.Türk dilləri ixtisası üzrə təhsil alırdım.
Mayın 19-u atamın anım günüdür.Heyif ki, atamın mənə yol göstərən məktuları da hırsızın apardığı kitablara   bir yerdə yoxa çıxdı.Amma atamın hər sözü, hər pəndi,öyüdü və nəsihəti yadımdadır.

Nazim Nəsrəddinov,
Azərbaycan Respublikasının əməkdar müəllimi,
Avropa Azərbaycan Məktəbinin sabiq kafedra müdiri və müəllimi,
türkoloq.

17.05.2019.

Pin It on Pinterest