Təlimül-ətfal,tənzibül-əxlaq adlı dərsliyinin maddeyi-tarixi və ibrətamiz nəsihətləri

Nazim Nəsrəddinov:   Türk dünyasının görkəmli maarifçisi Hacı Səid Əfəndi  Ünsizadənin (1842,Şamaxı – 1903,İstanbuı)1882-ci il yanvarın  6-da sadə türki dilimizdə yazıb tamamladığı “Təlimül-ətfal,tənzibül-əxlaq”  adlı dərsliyinin  maddeyi-tarixi və ibrətamiz nəsihətləri
Qafqazın Baş Rəisi Knyaz Dondukov-Korsakova(1820-1893)hədiyyə olan dərsliyin bir sıra məqamları  və  son səhifələrindəki nəsihətləri  uzun müddət tədqiqatçıların diqqətindən yayınmışdır.
Söhbət  görkəmli Azərbaycan maarifçisi, Zaqafqaziya Əhli-Təsənni İdarəsini üzvü  Hacı Səid Əfəndi  Ünsizadənin1882-ci il yanvarın  6-da yazıb tamamladığı “Təlimül-ətfal,tənzibül-əxlaq”  adlı   128 səhifəlik  dərsliyindən gedir.
Məsələ burasındadır ki, S.Ünsizadə Azərbaycan dilində- sadə türki dilimizdə yazdığı bu kitabı cəm və tərtib edib, qurtaranda  Qafqazın yeni təyin olunmuş baş rəisi öz məmurluq fəaliyyətini yerinə yetirməkdən ötrü Tiflisə gəlir. 
Yeri gəlmişkən qeyd edək ki, baş rəis Tiflisdə  onunla işləməyə məcbur olan məmurlar tərəfindən çox təmtəraqla qarşılanmışdır. 
Bu barədə Zaqafqaziyanın bütün qəzetləri, o cümlədən Tiflisdə Azərbaycan dilində 1879-cu il yanvarın 25-də nəşrə başlayan  “Ziya” qəzeti də fərqlənmiş, qəzetdə   maraqlı reportaj verilmişdir.

 Qəzetin redaktoru və imtiyaz sahibi,  zəmanəsinin görkəmli maarifçisi və din xadimi  Hacı Səid Əfəndi Ünsizadə (1842,Şamaxı-1903,İstanbul)  bu qarşılanma mərasimində Zaqafqaziya müsəlmanları üçün  xeyirli ola biləcək  işlər görmək fikrinə düşür.O, yenicə yazıb qurtardığı dərsliyini-risaləsinin  maddeyi-tarixini06.01.1882-ci il tarixinə uyğunlaşdırır:

” həmin risalnin təb’ və təhriratının təmam olmağı Qafqaz Baş Rəisi qnyaz Donduqov-Qarsaqofun öz  məhli-məmuratı olan Tiflis şəhərinə təşrifi-fərma olan günə təsadüf elədiyindən…qəbul  olunmuşadəti -qədimiyyəmiz üzrə  ovzatı-məalı  sifatə bir yadigar qalmaq niyyəilə bir vəcə ziyl məmnuniyyətlə məmduhəni (tərif edilən əsəri-N.N.) tərtib elədik:  

 “(MADDEYİ-TARİX)

Qafqaz (288)
Baş (303)  Rəisi (281)   QNYAZ (168 )
DONDUQOVFA (255 ) – QARSAQOFA  (553 )
HƏDİYYƏ (34)

Rəqəmləri topladıqda  (288+303+281+168+255+553+34= 1882) ədədlərin cəmi 1882-ci ilə uyğun gəlir ki,   bu da dərsliyin  yazılma tarixidir.
Kitab 1882-ci il yanvarın 6-da yazılıb qurtarsa da  senzuradan   həmin il martın 15- də keçib.Görünür, senzorlar  Səid Ünsizadənin dərsliyində söz içində söz axtarışlarına çıxıblarmış.
“Söz içində söz” demişkən, dərsliyin  123-127-ci səhifələrindəki  “Bir parə nəsihətlər” başlığı altında verilmiş  öyüd və pəndnamələri diqqətinizə çatdırırıq.

Yazmağı bizdən, incələməyi sizlərdən…*Quran başdan ayağa Allahtəalanın kəlamlarıdır.Heç kəs bacarmaz ki,onun üstə bir şey artıra və ya əksildə.Həmişə onu müqəddəs və möhtərəm saxlayub, həqqində itaət və ehtiram əmələ gətirmək cümləmizə fərzdir
*Sənin övladın sənin ilə nə qism ilə rəftar etmək lazım isə, sən də gərək öz valideynin  ilə o gunə rəftar edəsən

*Həqq sözü və doğru mətləbiislah təriqi ilə deməkdən həya etmə

* Nə çox tünd və təlx (acı-NN.)  və çox mülayim olma.Hər birini üslubi-həkimanə öz yerinə istemal elə

*Səninilə sitizəlik(sırtıqlıq-N.N.) edənlərə sitizəlik göstərmə.Mümkün olan miqdari  həmvarlıq ilə rəftar elə

*Qeyrilərinin eybini açma  və xəlq arasında məqbul və pəsəndidə (bəyənilmiş-N.N) olmayan sözü danışma

*Bir işə əqdəm edəndə süst və kahil (tənbəl-N.N.) olma və fürsət vəqtlərini fövt eləmə.*Çox bil, az danış və sözü yersiz danışma

* Söz asan olsa, danış və… sakit ol

*Asta sevin ki, xəlq sənin yaxşılığını  zikr eləsin.Xəlqə bədgu ( iftiraçı, pis sözlər danışan-N.N.)  və bədxah olma

*Mümkün olan miqdari and içmə və and  içməyi özünə  adət eləmə

*Öz nəfsinə rəva görmədiyin şeyləri  qeyrisinə rəva görmə

*Heç bir kəsə düşmənlik izhar eləmə

*Nadanlara və axmaqlara və cahillərə yoldaş olma.Onların xasiyyəti sənə sirayət edər   Kibrli  (lovğa-N.N.)  olma,xalq səndən uzaq qaçar

*Bədhəqq olan kəslər ilə  müamilə eləmə və axırında ədavətə çəkən işlərdən pərhiz (pəhriz-N.N.)elə

*Zirdəstində ( sənin əlinin  altında-N.N.) olanları rəncidə eləmə və mümkün olan miqdari onları  xoşnud  eləməyə səy elə.  *Mümkün olan miqdari  küdurət gətirən işlərdən pərhiz elə

*Özgəyə kağız yazanda elə yaz ki,sənə höccət (mübahisə-N.N.) olmasın

*Qiymətini kəsməmiş heç bir şey alma. Muzdur və nökər saxlayanda  qiymət məlum olmamış qəbul eləmə

*Nökəri və xidmətkarı və əcnəbi olan kəsləri  külfət (ailə-N.N.)  içinə daxil olmağa  izn vermə.Ələlxüsus, onların fasiq (pis işlr görən-NN.) olanlarından pərhiz elə

* Mümkün olan miqdari əfv elə və ianət (kömək-N.N.) ilə rəftar eləməgi  özünə xasiyyət elə
***Nazim Nəsrəddinov,
   Azərbaycan Respublikasının Əməkdar müəllimi,
    Respublika Prezidentinin Sərəncamı ilə  keçirilən
  ƏN YAXŞI MÜƏLLİM müsabiqəsinin qalibi,   türkoloq.

   
08.06.2021

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.

Pin It on Pinterest