Genel

Şuşa ili”nə həsr edilmiş Elmi Konfransda şagirdlər müasir dövrün aktual mövzuları ilə iştirak edirdilər

S.C.Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasında Kiçik Akademiyanın II Şagird Elmi Konfransı uğurla başa çatdı.
“Şuşa ili”nə həsr edilmiş Elmi Konfransda şagirdlər müasir dövrün aktual mövzuları ilə iştirak edirdilər. 8 bölmə üzrə təqdim olunan 85 elmi işdən 58 aktual mövzu Kiçik Akademiyanın II konfransına təqdim edildi. Azərbaycan Milli Elmlər Akademiyasının Elmi Tədqiqat İstitutlarının, Ali təhsil müəssisələrinin yüksəkixtisaslı əməkdaşlarının üzv olaraq yer aldıqları jüri tərəfindən şagirdlərin işləri dinlənildi, qiymətləndirmə meyarlarına uyğun olaraq qalib şagirdlər müəyyənləşdirildi. Qaliblərin seçilməsində AMEA-nın akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Demoqrafiya və əhali coğrafiyası şöbəsinin böyük elmi işçisi, c.ü.f.d. Etibar Bədlov, AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent. Sübhan Talıblı, politoloq, Beynəlxalq dərəcəli jurnalist, “Beynəlxalq İş Adamları və İş Qadınları Konfedarsiyası”nın Azərbaycan və Türk Cümhuriyyətləri üzrə Sədri, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Avropa Jurnalistlər Birliyinin Azərbaycan təmsilçisi, EkoAvrasya-Avrasiya İqtisadi Əməkdaşlıq birliyinin Media qurumunun üzvü Ülkər Piriyeva, AMEAnın Riyaziyyat və Fizika üzrə fəlsəfə doktoru Səidə Məmmədova, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu,Uşaq ədəbiyyatı şöbəsi,aparıcı elmi işçi filologiya üzrə fəlsəfə doktoru Gülnar Qəmbərova, BDU nun dosenti. Vüsalə Dadaşova, BDU doktorantı, British Council kordinatoru Günay Əkbərova, Bakı Slavyan Universiteti, Slavyan filologiyası kafedrasının elmi işçisi Günel Əlizadə, Fiziologiya İnstitunun dissertantı Nurullayeva Afaq, AMEA Kimya doktorant Nicat İsayev, Sumqayıt Dövlət Universitetinin dosenti Yusifəli Həsənov, İngilis dili mütəxəssisləri Günel Hüseynova, Günay Tahirzadə, AMEA Radiasiya Problemləri İnstitutu b.ü.f.d Müslümova Zöhrə, Fizika İnstitunun doktorantı Suma Hüseynova, Radiasiya İnstitunun doktorantı Şəbnəm Balayeva, ADPU nin baş müəllimi, t.ü.f.d Cəfər Cəfərov və digərləri müxtəlif bölmələrdə yüri sifətində iştirak edərək ən yaxşı işləri müəyyənləşdirmiş, qalibləri elan etdilər.
Qaliblər:
I YER Kiçibəyli Sunay (Azərbaycan dili), Eminli Ağayar (Tarix), Ələsgərli Şəhla (İngilis dili), Kələntərli Kənan, Əli Hüseyn (Fizika), Mizəyev Mirzəyusif (Kimya), Novruzov Zeynalabdin (Biologiya), Məmmədli Türkan (Riyaziyyat) , Qasımzadə Nurtəm (Coğrafiya)
II YER Hacıyeva Banu (Tarix), Muradova Nazlı, Muradova Əsli (İngilis dili), Əzimzadə Banuçiçək, Ağayeva Aişə (Fizika), Ələsgərli Selcan (Kimya), Hüseynzadə Zəhra (Biologiya), Quliyev Məhəmməd (Riyaziyyat), Hüseynov Həsən (Coğrafiya)
III YER Adıgözəlov Surxay (Tarix), Xocazadə Sultan (İngilis dili),
Əsgərov Niyaz, Əliyev Elgün, Nağızadə Nurlan (Fizika), Zeynallı Xədicə (Kimya), Müslümzadə Selcan (Biologiya), Eminli Ağayar (Riyaziyyat) , Eynullayev Yusif (Coğrafiya)
Yekunda qaliblər Diplom və medallarla təltif edilməklə bərabər, onlara qiymətli hədiyyələr, digər iştirakçılara isə sertifikatlar təqdim edilib.
Onu da qeyd etmək lazımdır ki, Konfransa təqdim olunan işlərin toplusu nəşr edildikdən sonra iştirakçıların hər birinə hədiyyə olunacaq.
Konfrans “Kiçik Akademiya”nın sədrinin çıxışı, gimnaziyanın musiqi müəlliminin pianinoda vətənpərvərlik ruhunda olan musiqilərin, şagirdlərinin ifaları, həmçinin xatirə fotolarının çəkilməsi ilə sona yetib.
Gimnaziyanın direktoru İlqar Talıbov konfransda çıxış edərək hər bir şagird üçün, xüsusən tədqiqatçılığa meyli və marağı olan şagirdlərin elmi konfranslarda iştirakının bir çox üstünlüklərə malik olduğunu bildirdi. Bu üstünlüklərə tədqiqatları bölüşmək, yeni mövzular haqqında öyrənmək və digər tədqiqatçılarla görüşmək daxildir. Nəticə etibarı ilə, konfransa qatılmağı planlaşdırarkən bir az araşdırma aparan şəxs çoxlu faydalı məlumatlar əldə edəcək, ən önəmlisi isə, özünü daha da inkişaf etdirmək imkanları qazanacaq və dolayısı yolla bunu özü özünə də aşılayacaqdır. Sonda Kiçik Akademiyanın devizinə uyğun olaraq şagird Öyrənir ki, yaratsın, yaradır ki, inkişaf etsin. Digər bir üstünlük Konfrans gənclərə aparıcı mütəxəssislərlə, tədqiqatçılar və alimlərlə görüşmək və onlarla ünsiyyət qurmalarıdır. Bununla yanaşı natiqlik bacarıqlarının İnkişafında böyük əhəmiyyətə malikdir.

Bəli daha bir Konfrans uğurla başa çatdı.
Əməyi keçənlərə gimnaziyanın direktor müavinləri Leyla hacıyeva, Günel Vahabzadə, Yasin Cəbizadə, Elmi Şuraların rəhbərlərnə, Kiçik Akademiyanın prezidenti Ramiq Cəbizadə və aparıcılar Aysel Lətifzadəyə , eləcə də qiymətləndirməni aparan Jüri heyətinə təşəkkürümü bildirirəm.
İstedadlı balalara isə elmin zirvəsinə doğru yorulmadan irəliləmələrini arzulayıram!

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest