GenelGüncelKültür Sanat

Gizli tale oyunu

Nazım Ahmetli Kırımınsesigazetesi Azerbaycan

Səma Muğanna

Azərbaycan Yazıçılar Birliyinin üzvü

Gizli tale oyunu

Məktubda yazılanlar doğrudurmu?Deyəsən,hə.Yaxşı,bəs,doğrudursa,biz niyə hələ də zamanın nə keçmişdəki,nə də gələcəkdəki tarixinə addımlaya bilirik? Bu sualların cavabı varmı? Axı məktubda yazılanlar necə doğru ola bilər?

Əslində,məktubda yazılanlar doğru deyildi.Aydan da insanlar kimi məktubun doğru olduğunu zənn edirdi.İnsanların aldadıcı fikirləri kimi məktub da yalanlarla dolu idi.Sanki məktubdakı sözlər bir-birindən qaçaraq addımlayırdı.Yazılan fikirləri oxuya bilməyən Aydan daha da dəli olurdu.Axı o məktubda nə var idi ki,Aydan insanlardan bu qədər uzaqlaşırdı?

Aylar,illər dəyişdikcə sənin də yaşının üstünə yaş gəlir,əziz Aydan.Ömründən bir yarpaq yenə qopub düşür.Bir də baxıb görürsən ki,nə sən,nə də qoparılan yarpaqlar qalıb.İnsan ömrü belədir,əzizim.Düşən yarpaqları fəsillərə bənzət.4 fəslin dəyişkənliyi kimi sənin də həyatın dəyişir.Dəyişən həyat hekayəndə sevgi,xəyanət,nifrət,acı,kin birləşir və sənə tərəf deyil,özləri birlikdə birləşib sənə qarşı çıxırlar.Beynində dolaşan fikirlər səni incidir,yorur,hətta bəzən üsyan edirlər.Tanrına səslənirsən,ancaq səni duymur.Düşün ki,imtahandasan.Riyaziyyatdan,fizikadan tənlik,yaxud məsələni həll etməyə çalışırsan,ancaq tapa bilmirsən.Həyat da elədir.Riyaziyyat,fizika kimi sirrli məsələlərlə doludur,Aydan.Çalış ki,dediklərimi unutmayasan.Sənin qarşına açar çıxmalıdır.O açarı tapa bilsən,sən bütün xoşbəxtliyinə qovuşacaqsan.Xoşbəxtlik açarı sevgi ağacının altındadır.Sadəcə unutma,əgər gözündən bir damla yaş axarsa,sevgi ağacı məhv ola bilər.Orada səni gözləyən biri var…

  “İnsanların taleləri bir-birinə bənzəyir” fikriylə heç vaxt razı olmamışam,lakin görürəm ki,talelər bir-birinə bənzəyir.İnsanları bir-birinə bağlayan,onları hər addımda yan-yana edən də elə bu “tale oyunu”dur.Aydan bu tale oyununda qalib gələcəkmi? Suallar çox,amma cavabları tapmaqsa çətin.Əslində,bu sualların cavabı var.Hər bir sualın cavabı Aydandır.Əgər onu yaxından tanımaq istəyirsinizsə,bu yazını diqqətlə oxuyun…

 Zaman təqvimdəki tarixçələri,Aydanın beynindəki xatirələri tamamilə qoparıb almışdı.Aydan öz nağılının nə qəhrəmanı,nə də müəllifi ola bilərdi.Aydanın həyat hekayəsi çox qarışıqdır.Düşünün ki,sərt keçidlərin üzərində gəzirsiniz.Ətrafınızda milyonlarca insan var və onlar sizi incidir,təhqir edir.Baxın,Aydanın taleyi kimi.Aydan sevgisini itirdikdən sonra “tale oyununu” gizlədib evindəki sandıqçasında saxlayırdı,lakin bir gün  sandıqça evdən oğurlandı.O günAydanın beynindəki fikirlər də silindi.Sanki “əlvida”  mesajını demədən həyatından çıxıb getdi sandıqça…

  O sandıqçada nə ola bilərdi? Sual yaranır.Başlıqda da qeyd etdiyim kimi o sandıqçanın içində məktub vardı.Bu məktub Aydanı qoruyan yeganə dostu idi.Məktubda yazılanlardan heç kəsin xəbəri yoxdu.Aydan o məktubu həmişə sandıqçasında saxlayar,onunla dərdləşər,söhbətləşərdi.

 Sandıqça oğurlandıqdan sonra Aydan aylarca evdən çıxmadı,hətta onu məcburi olaraq klinikaya aparmaq istədilər.Ətrafındakı insanlar onu “dəli” adlandırar,təhqir edərdi.Əslində,Aydan “dəli” deyildi.Dəli olan insanlar idi.

 Sizin də ətrafınızda elə insanlar olubmu? Demək olubsa,siz də Aydanın taleyini yaşamısınız.Aydan dəli deyildi.O sadəcə itirdiyi ilk sevgisinin təsəllisini bu məktubda tapırdı.Məktub onun həyatından getdikdən sonra zaman oxu nə keçmişə,nə də gələcəyə addımladı.Baxın,yenə “zaman oxu” dedim! “Zaman oxu” insanların taleyini bir-birinə bağlayan güclü bir qüvvədir.O olmasa,bəlkə də insanlar indi şüuraltında yaşadıqlarını tamamilə unudar və nə etdiklərini,keçmişdə və indikidə yaşadıqlarını unudarlar.Aydanın da “zaman oxu”  məktub idi.Məktubda yazılanlar hamını maraqlandırırdı,lakin Aydanın tək dediyi söz bu idi: -Məni o’na götürün..

  Gecənin bir yarısı Aydan dərin yuxudan həyəcanla oyandı.Dərindən nəfəs aldı.Bir anlıq hiss etdi ki,evdə kimsə var.İşıqları yandırıb ətrafa baxdı.Heç kəs yox idi.Çoxları düşünə bilərdi ki,Aydan dəlidir,ona görə  səseşidir,ancaq Aydan haqlı idi.Evdə kimsə olmasa da,kiminsə ruhu,işığı evin künclərində gizlənirdi.Dörd divar arasında gizlənən o işıqda “insan”  var idi.

  Tələsik paltarını dəyişib evdən çıxdı.Heç kəs onu narahat etməsin deyə telefonunu söndürdü.Beynində qarışıq fikirlər dolaşırdı.Qəribədir ki,Aydan hara gedəcəyini bilmirdi.Bəs yolu necə addımlayırdı?

  Dediyim kimi tənlikləri həll edirsiniz,ancaq görürsünüz ki,səhvdir.Siz yenə çabalayırsınız,çalışırsınız və sonunda bacarırsınız.İnsanların xarakterlərini açmağa çalışırsınız.Baxın,Aydan da bilmədiyi yoldan getsə də,əmin idi ki,məktubu tapacaqdı.Xatırlayırdı: -“Sevgi ağacını unutma.Əgər gözündən bir damla yaş axarsa,sevgi ağacı əbədi olaraq məhv ola bilər”… Sizcə,niyə? Gəlin,buaçıqlamanı da yazım və daha sonra Aydan məktubu tapa bildimi? Sualının cavabını elə Aydandan öyrənək.İnsan hər dəfə göz yaşı tökdükcə, ömründən bir yarpaq qopub düşür.Yaş neçə olursa olsun,o göz yaşlarının damlaları sel olur və insanın ən çətin durumunda onu o quyuya salır və boğmağa çalışır.İnsan düşüncə gəmisində boğulur və ruhən ölür.Əslində,haqlıdır söyləyən şəxs.Sevgi ağacı da Aydanın yolunu gözləyir,ancaq unutmayın ki,bu yolun başlanğıcından sonuna çatmaq üçün göz yaşlarınız sel olmamalıdır,yoxsa sizi çox incidə bilər…

  Çox az qalmışdı.Aydan körpüdə addım-addım qabağa getdikcə dərindən nəfəs alır və əlinin ürəyinin üstünə qoyub: -“mən bacaracam”-deyirdi.Bəlkə də Aydan bu dəfə keçmişi və gələcəyi xatırlayacaqdı.Keçmişdə yaşanmışları,gələcəkdə isə olacaqları…

 Gəldi.Yolun sonunda qarşısına şam çıxdı.Bu şam neçə müddətdir ki,buradadır? Axı o yanıb kül olub? Yoxsa..Yoxsa tamamilə hər şey məhv oldu?

  Siz möcüzəyə baxın ki,şam yenidən oyandı.İşığının nuru ətrafı boylandı.Kiçik addımlarla qarşısındakı şam’ı da keçib “Sevgi ağacı”na çata bildi.

  Həqiqətən də Sevgi ağacının yanında məktub var idi.Boynunu büküb gizlənmişdi..Aydan onu görüb kövrəldi.Göz yaşlarından qorxduqda Sevgi ağacı ona baxıb dedi:

-Artıq mənim qollarımda göz yaşlarını tökə bilərsən.İndi istədiyin qədər hönkürtü ilə ağla.Bilirəm,ürəyin doludur,ancaq bu məktubu da bərk-bərk qucaqla.Unutma,bir gün sevdiyinə səni qovuşduracaq,əziz Aydan…

  Aydanın gözləri önündə keçmişdə yaşadıqları və gələcəkdə yaşayacaqlarını film lenti kimigöründü.Aydan “tale oyunu”na qalib gəlmişdi…

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest