Suriyadan gələn ermənilər də Tovuz döyüşlərinə cəlb olunub

Sənan Qılıncarslan Qacar/Kırımınsesi/Azerbaycan
“İyulun 12-də günorta saatlarında Ermənistan silahlı bölmələri Tovuz rayonu istiqamətində yerləşən mövqelərimizi ələ keçirməyə cəhd edib. Ermənistan ilk olaraq iriçaplı silahlardan istifadə edib, sonradan isə artilleriya zərbələrinə keçib”.
EDNews. net-in məlumatına görə bunu Ermənistanın Tovuzda törətdiyi təxribatlara həsr olunan mətbuat konfransında Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi Vaqif Dərgahlı bildirib.
O qeyd edib ki, iyul ayının 12-də komandanlıq tərəfindən düşmən təxribatının qarşısının alınması üçün tapşırıq verilib.
“Ermənistanın yüzlərlə canlı qüvvəsi, texnikası, dayaq məntəqələri məhv edildi. Ermənistan döyüş itkilərini ictimaiyyətdən gizlədib”, – deyən V.Dərgahlı əlavə edib ki, Ermənistan mütəmadi olaraq bir müddət sonra müxtəlif adlar altında itkiləri üzə çıxaracaq.
V.Dərgahlı vurğulayıb ki, Ermənistanın itkiləri arasında Suriyadan gələn ermənilərin olması barədə də məlumatlar var.

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Pin It on Pinterest