Suriya Türkləri ..Dünya Azərbaycan Türklərinin Həmrəyliyi Günü təbrik edir

Suriya Türkləri ..Dünya Azərbaycan Türklərinin Həmrəyliyi Günü təbrik edir

Əziz soydaşlar, dəyərli həmvətənlər!
Tarixin gedişi və taleyin hökmü ilə dünyanın dörd bir yanına səpələnmiş can ata vətən Azərbaycan xalqının övladlarını öz milli varlığı, ölkəsinin və soydaşlarının taleyi haqqında düşünməyə səsləyən dünya Azərbaycan türklərinin həmrəyliyi günü ərəfəsində hər birinizi səmimi qəlbdən salamlayırıq və təbrik ədərik biz Suriya Hələb türkləri .

1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Heydər Əliyevin sədrliyi ilə keçən iclasında 31 dekabrın dünya Azərbaycan Türklərinin həmrəylik bayramı kimi qeyd olunması barədə qərar qəbul edilib.

2001Bakıda dünya Azərbaycan türklərinin I Qurultayı keçirilib. Qurultay soydaşlarımızın milli mənlik şüurunun güclənməsinə, müxtəlif ölkələrdə azərbaycanlı icmalarının mütəşəkkilliyinin və fəallığının artmasına təsir göstərib. Həmin qurultayda Ulu Öndərin böyük iftixarla söylədiyi “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam !”

Həmrəylik günü milli birlik,can ata vətən Azərbaycana məhəbbət, milli-mənəvi dəyərlərimizə hörmət, Vətənə bağlılıq hisslərini özündə təcəssüm etdirir.

Dünya Azərbaycan türkləri, eləcə də dünyanın müxtəlif ölkələrində məskunlaşmış soydaşlarımız, hər il dekabrın 31-ni dünya Azərbaycan türkləri Həmrəylik Gününü  böyük həvəs və coşqu ilə qeyd edir.
Bu bayram ildən-ilə daha geniş vüsət alır, daha geniş şəkildə keçirilir. Can ata vətən Azərbaycanı özünə tarixi Vətən bilən hər bir şəxsin həmrəylik nümayiş etdirməsi qürurvericidir.

Ümummilli Liderimiz Heydər Əliyev 31 Dekabr dünya Azərbaycan türkləri Həmrəylik Günü münasibətilə xarici ölkələrdə yaşayan soydaşlarımıza müraciətlərindən birində deyirdi: “Dünya Azərbaycan türklərinin Həmrəylik Gününün dövlət bayramı kimi qeyd edilməsi xalqımızın milli azadlıq mübarizəsinin məntiqi nəticəsi olaraq artıq xoş ənənəyə çevrilmişdir.

Dövlətimizin diaspor siyasəti, həmvətənlərimizin birlik və həmrəyliyinin möhkəmləndirilməsi, onların daha mütəşəkkil formada təşkilatlanması prosesi özünün yeni mərhələsinə qədəm qoyub.
Qədim və zəngin tarixə malik olan can Azərbaycan türkləri dirçəlişini, tərəqqisini və milli birliyini əks etdirən, onu müstəqil dövlətçilik uğrunda müqəddəs və məsuliyyətli mübarizəyə səfərbər edən həmrəylik günü hər bir azərbaycanlı üçün inam və ümid anıdır.

Hal-hazırda dünyanın müxtəlif ölkələrində milyonlarla soydaşımız yaşayır, bunlar Yaxın Şərqdə On milyona yaxın insan bu ölkələrdədir Suriya, İraq, Misir, İordaniya, Livan,və Güney Azərbaycanda Qırx milyon yaşayır və bundan başqa Avropada və Mərkəzi Asiya ölkələrində qlobal diaspora içərisində yaşayır və işləyir, fəaliyyət göstərir ,can ata vətən Azərbaycan Türklərinin,  tarixini yazır və nəsillərdən-nəsillərə ötürürlər . Türk millətinin stratejik ağlına,hafizəsinə ləyaqətinə ucalığına böyüklüyünə inananların, can ata vətən Azərbaycan’ı böyük sevənlərin , bir vətən Bütöv can Azərbaycan vətən anlayışı və idealını mənimsəyənlərin birlik və gələcəyə dair güclü duruşlarının günüdür 60 milyondan çox dünya Azərbaycan türklərinin günüdür 31 dekabr 

Artıq can Azərbaycan türkləri yaşadıqları ölkələrin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında daha fəal rol oynayır, respublikamızla qarşılıqlı əlaqələrin genişlənməsinə böyük töhfə verir, Can ata vətən Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında, zəngin mədəni irsimizin təbliğində, təcavüzkar erməni dairələrinin ideoloji təxribatlarının qarşısının alınmasında qətiyyət nümayiş etdirirlər.

Buna baxmayaraq, dünya Azərbaycan türklərinin milli-mənəvi varlığını yaşadan yeganə bir dövlət var. Bu, müstəqil, suveren can ata vətən Azərbaycan Respublikasıdır . Dünya Azərbaycan türkləri birliyi və həmrəyliyi ideyasının əsasını da məhz can ata vətən Azərbaycan dövlətçiliyinə, xalqımızın türk  dilinə, dininə, milli-mənəvi varlığına və ümumbəşəri dəyərlərə hörmət, onların daim qorunmasına, yaşamasına qayğı təşkil edir”.

“Dünya Azərbaycan Türklərini  birləşdirən Ulu Öndər Heydər Əliyev”
Ulu Öndər deyirdi:”İnsan hansı ölkədə yaşamasından aslı olmayaraq,gərək öz milliliyini qoruyub saxlasın. Dünyada, eyni zamanda assimilyasiya prosesi də var.İnsanlar- mən azərbaycanlılar haqqında danışıram- gərək yaşadıqları ölkədə, yenə deyirəm,o şəraiti mənimsiyərək,orada özləri üçün yaxşı mövqelər tutsunlar.
Ancaq daim öz milli-mənəvi dəyərlərinə,milli köklərinə sadiq olsunlar.

Bizim hamımızı birləşdirən məhz bu amillərdir. Bizim hamımızı birləşdirən, həmrəy edən azərbaycançılıq ideyasıdır,azərbaycançılıqdır”Azərbaycan xalqı həmişə özünün adət-ənənələrini, mənəvi, dini dəyərlərini tarixin bütün keşməkeşli dövrlərində qoruyub saxlaya bilmişdir.

Hal-hazırda milli bayramlarımızın keçirilməsi, bu bayramlarda bizə məxsus olan ənənələrin yada salınması, təkrarlanması, qorunması çox mühüm bir məqamdır və buda öz növbəsində bir daha təsdiq edir ki, can Azərbaycan xalqı dövrümüzə qədər öz ənənələrinin keşiyində olub və bu gündə bu ideologiyaya sadiqdir.

Xüsusilə qeyd etmək olar ki, müstəqilliyimizin bərpasından dərhal sonra azərbaycançılığın ümummilli ideya halına gəlməsi, eləcə də bütün dünya azərbaycanlılarını birləşdirən məfkurəyə, müstəqil can Azərbaycan dövlətinin ideya əsasına çevrilməsi artıq çox aktual bir məsələyə çevrilmişdi ki, bunun öhdəsindən də məhz Ümummilli Lider Heydər Əliyev layiqincə gəldi. Ulu Öndər Heydər Əliyev can Azərbaycanın müstəqilliyini möhkəmləndirməklə, onun güclü dövlətçilik xəttini, siyasi-iqtisadi əsaslarını yaratmaqla yanaşı, Azərbaycan xalqının milli inkişafının ideya təməli olan konsepsiyanı, Azərbaycançılıq ideologiyasını yaratdı.

Can Azərbaycan müstəqillik əldə etdikdən sonra dövlətin qarşısında duran əsas vəzifələrdən biri də xarici ölkələrdə yaşayan azərbaycanlıların təşkilatlanması ,onların ölkəmizin ümumi maraqlarının müdafiəsi işinə cəlb edilməsi olmuşdur.
Can Azərbaycan müstəqillik əldə etdikdən sonra dövlətin qarşısında duran əsas vəzifələrdən biri də xarici ölkələrdə yaşayan azərbaycanlıların təşkilatlanması ,onların ölkəmizin ümumi maraqlarının müdafiəsi işinə cəlb edilməsi olmuşdur.

Illər keçdikcə diaspor quruculuğu dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi.Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş bu siyasətin məqsədi dünya azərbaycanlılarını bir araya gətirmək ,soydaşlarımızın milli özünəməxsusluğunu qoruyub saxlamaq ,diasporlararası əlaqələri genişləndirmək ,onların mədəni-siyasi hüquqlarını müdafiə etmək məqsədindən ibarətdir.

Biz Hələb və Bayır Bucak türkləri olarak özümüzü dünya türklərinin ayrılmaz hissəsi hesab edirik. Xüsusən əcdadlarımızın yurdu və vətəni can Azərbaycan bizimdə yurdumuzdur. Biz əcdadlarımız  Səlcuqlu atabəy (əmir) İmadəddin Zənginin nəvələri, və şəhid İmadəddin Nəsiminin nəvələriyik .

Suriya türkləri 1000 ildən artıqdır ki, bu ölkədə yaşayır və onların sayı təqribən 3,5 milyon nəfərdir.Onlar öz mədəni, dil və tarixi irsini, adət-ənənələrini qoruyub saxlayırlar. Suriya türkləri atalarının vətəni olan can Azərbaycanı və Türkmənistan və Türkiyə həmişə sevirlər.
Biz Suriya türkləri olarak Dünya Azərbaycan Türkləri Həmrəyliyi birliyinə daxil olmaq istəyirik ki çünki biz can Azərbaycan türklərinin ayrılmaz bir parçasıyıq və belə də qalacağıq.Bəlkə də aramızda sərhədlər var, amma bu sərhədlər heç vaxt bizi ayıra bilməz, çünki biz qan qardaşıyıq. 60 milyonluq dünya Azərbaycan türkünün və 90 milyonluq Ana Vətən Türkiyə və atalar yurdu Türkmənistan türkünün Hemreylik Günü mübarək olsun .

Əziz soydaşlarımız, dəyərli həmvətənlərimiz!
Sizi ümummilli məqsədlərimizin gerçəkləşməsi, xalqımızın mənafelərinin qorunması naminə birliyə çağırırıq. Dünya Azərbaycan türklərinin həmrəyliyi günü münasibəti ilə hamınızı ürəkdən təbrik edir, hər birinizə möhkəm can sağlığı, ailə səadəti, doğma Can ata vətən Azərbaycanımıza isə işıqlı gələcək arzulayırıq!

Biz Böyük Türk Millətiyik!

Hörmətlə,

Dr. Muxtar Fatih BEYDİLİ
Suriya Türkmən Təbiblər Birliyinin sədri

Pin It on Pinterest