Söz ürəkdə, ağıl başda olanda….
Hər adamın öz ölçüsü, ağlı var ….
Hər adamın söz ölçüsü-nağlı var.
Dünya qopur,ağıl başdan çıxanda,
Ağıl başda -öz yerində yer tutar.
*
Ağla gəlin,ey insanlar,ağıla,
Gəlməsəniz, gərək dünya dağıla.
Söylədiyim,nəsihətdir,öyüddür,
Qulaq asın həyati bir nağıla.
*
Ağıl var ki,dörd tərəfi tutulu,
Mən dediyim başda olur- qutulu.
Ağıl var ki,qiyməti bir quruşdur,
Ağıl var ki, sirli dünya-örtülü.
*
Ağıl var ki,cana,başa bəladır,
Ağıl var ki,vallah,elə-belədir.
Ağıl var ki,yol göstərir hamıya,
Ağıl var ki,yeri-göyü mələdir.
*
Ağıl dedim,ağ rəng düşdü yadıma,
Ağıl dedim ağıl çatdır dadıma.
Azğınlaşıb, sən itirsən ağlını,
Zakir demiş,lənət olsun zatına.
*
Nə yaxşı ki,ağıllanır adamlar,
Belə çıxır hər adamda ağıl var.
Onda,görən,axı niyə,nə üçün,
Yalançılar quraşdırır nağılllar?
*
Ey, adam ol,adamları tanı sən,
Elə bilmə bir dənəsən, yəni sən.
Abidəni ucaldarlar zirvədə,
İşdir,şayət öz yerini tanısan…
Nazim Nəsrəddinov,