GenelGüncelKültür Sanat

Sondakı ahənglik – Məhəmməd Kərimov

Sondakı ahənglik

Fərd-fərd insanlar, meşəlikdə və ya quraqlıqda bitən ağaçlar, çeşid-çeşid heyvanlar, balıqlar və ya təbiəti formalaşdıran dağlar, çaylar, atmosfer və ya dünya xarici kosmos, kosmosdakı ulduz sistemləri və ya görə, duya bilmədiyimiz saysız fərqli aləmlər, bir sözlə, yaradılışda olan hər şey bir çalğı alətinin üzərindədir. Hər şey bu çalğı alətində özünə aid olan şəxsi simində yerləşməkdədir. Kim bilir, bəlkə də Quranda sözü keçən İsrafil və onun yaradılışın son günündə çalacağı Sur məhz həmin çalğı alətidir. Ola bilərmi?…

         Sura üfürüldüyü zaman …. göylərdə və yerdə kim varsa, hamısı dərhal öləcək. Sonra bir daha ona üfürüldükdə onlar qalxıb ətraflarına baxacaqlar. ( Quran 39:68)

         Mümkündürmü bütün yaradılış Sur alətinin üzərində yerləşsin? Sonsuz simli Surun hər bir simi bir yaradılış amili olsun. Bəs, o zaman Sura üfürülmə nədir?

         Hər hansısa çalğı alətinin simlərinə tək-tək toxunduqda çıxan səslər ayrı-ayrı gəlməkdədir, lakin alətin bütün simlərinə eyni anda toxunulduqda gələn səs isə bütün simlərin ortaq ahəngliyi çərçivəsində olmaqdadır. Bəlkə də, sonda Sura üfürülmə bütün yaradılış amillərinin birliyini xarakterizə edir. Ola bilərmi?…

         Sonda Surun səslənməsi ilə vahidlik, birlik olacaq, amma nəyə görə bu baş verəcək?

Dedilər: “Şübhəsiz ki, biz Rəbbimizin hüzuruna qayıdacağıq”. (Quran 7:125)

Yoxsa, Tanrıya dönüş üçün gərəklidir Surun səslənməsi?…

Məhəmməd Kərimov
Məhəmməd Kərimov

Müəllif:

yazıçı və Astrobios nəzəriyyəsinin

fərziyyə və fəlsəfəsinin sahibi   Məhəmməd Kərimov

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest