GenelGüncel

Şöhrət Namazova: Müasir dövrdə etnogenetikaya baxış və Azərbaycan ideyasının mahiyyəti.

Nazim Əhmədli şair-publisist

Kırımın sesi qazetesinin Azərbaycan təmsilçisi

Şöhrət Namazova

Azərbaycan Dövlət Pedaqoji Universitetinin

 Cəlilabad filialının baş müəllimi

Müasir dövrdə etnogenetikaya baxış və

Azərbaycan ideyasının mahiyyəti.

Etnogenez anlayışının mahiyyətini bilməkdə bir şox mənbələrlə birlikdə  Lev Qumilyovun ,,Etnogenez və yerin biosferi” əsərinin də böyük əhəmiyyəti var. Etnologiya bir elm kimi XIX əsrin II yarısında yaranan elmlərdəndir. Bu elm etnik kollektivlərin davranış impulsları haqqında elmdir. İmpulslar isə yarandıqdan sonra şüurlu və hiss oluna biləcək şəkildə təsirlər edir. Yəni bu impulslar aşağıdakı hallarda özünü ifadə edə bilir.

1.Fərdin şəxsi iradəsi ilə.

2.Kollektivin təsiri ilə.

3.Xarici şəraitin təsiri ilə.

4.Ənənənin təsiri ilə.

5.Coğrafi mühitin təsiri ilə.

6.Tarixi inkişafın təsiri ilə.

İnsanın Yer üzərində öz inkişaf tarixi vardır. Mezozoy dövrü dinozavrların yaşadığı zamandır. İnsanlar isə   bioloji varlıq kimi buzlaq dövrünün sonlarında yer üzünə yayılmışlar. Sonrakı inkişaf mərhələləri tarix fənnindən öyrənilmişdir. İnsan ikili təbiətə malik olan bir varlıq kimi həm təbiətə, həm sosiuma, həm də öz etnosuna aiddir. Hər xalqın milli şüurunda etnik mənsubiyyət ümumi hadisədir, yəni milliliyin bildiricisidir. Məs: Mən türkəm. Bununla da milli kimliyimin əsil mənada qəti təsdiqini vermiş oluram.  Hər milli etnik öz genezisinə milli diaqnostika qoyur. Mənim xalqım, mənim tayfam, mənim nəslim. Etnos sosial kateqoriyadır. Əslində bu şərti təsnifatdır. Yəni insanların dil ümumiliyindən doğan mədəni hadisədir. Etnoqrafiya isə xalqlar arasında olan fərqlər haqqında elmdir. Etnoqrafiya sanki əllərimizdən tutub bizləri dünya xalqları ilə bir-bir tanış edir.

Etnosların yaranması və təşəkkülü prosesi elə bir hadisədir ki, biosfer və sosiumun inkişafı  və təsiri ilə sıx bağlıdır. Bu mənada bu elmin öyrənilməsində tarix və coğrafiya elmlərinin əhəmiyyəti böyükdür. İ.Baltin demişdir: ,, Əlində coğrafiya olmayan tarixçi büdrəyir.” Etnos mənşə, ənənə, dil və həyat tərzinin eyniliyini birləşdirən insanlar qrupudur. Etnos özünü digər analoji kollektivlərə qarşı qoyan və tarixi zamanda qanunauyğun şəkildə dəyişən özünəməxsus davranış stereotipiylə fərqlənən dayanıqlı, təbii şəkildə formalaşan insan kollektividir.

Dünyanın çox xalqları öz tarixlərində bir etnos kimi ardıcıl  formalaşma mərhələlərini keçmişlər. Məsələn 1206- cı ildə Çingiz xan öz təbəələrini monqol adlandırdı. Çinlilər isə onları sonradan tatar adlandırırdılar. Tatar antropoloji tipi monqoloiddir. Volqaboyu qıpçaq türkləri də tatar adlanırlar. Uraldan qərbdəkilər isə noqaylar adlanırlar. Cuci ulusunun ən ucqarlarında olanlar qazaxlar adlanmışlar. Beləliklə Ağ Ordada üç qazax ulusu yaranmışdı. XV əsrdə Qızıl Ordadan Özbək xanın şərəfinə özlərini özbəklər adlandıran etnos formalaşmaqda oldu. XIII əsrdə İranda həqiqi monqolları hezarlar ( hərbi birləşmə mənasında) hesab edirdilər.

Fransız etnik adı IX əsrin ortalarında yaranmışdır. Bu etnikin formalaşmasında iştirak edən tayfalar: savoyarlar, burqundlar, akvitanlar, normanlar və s. VII əsrdə islamı qəbul edən bədəvilər və bir çox səhra tayfaları özlərini ərəblər adlandırdı. İspanlar da orta əsrlərdə etnos kimi formalaşdılar. Bu etnosun formalaşmasında germanlar, iberlər, Roma kolonistləri, basklar ( iberlərin xələfləri) ,vestqotlar, alanlar ( sarmatların xələfləri), ərəb-semitlər, mavrlar, tuareq-hamitlər, normanlar, katalonlular iştirak etmişlər.İngilislərin bir etnos kimi formalaşmasında anqllar, sakslar, keltlər, danimarkalılar, norveçlilər, Anju-Puatye fransızları iştirak etmişdir. Bu etnos çox mürəkkəb etnosdur. Velikorossların bir etnik kimi formalaşmasında şərq, qərb slavyanları, finlər, meryalar, muromlar, veslər, çudlar, uqorlar, baltlar, türklər, qıpçaqlar, tatarlar, monqollar iştirak etmişlər. Çinlilər Xuanxe vadisində yaşayan monqoloidlərdir. Yaponiya da əslində elə belədir. Eskimoslar I əsrdə Okeaniyadan yayılmışlar və X əsrdə hinduları Kanadanın cənubuna itələmişlər. Onlar vikinqləri də XIII əsrdə Qrendlandiyadan süpürüb atmışlar.

Beləliklə görürük ki,  etosların yaranması, inkişafı, formalaşması, formalaşma prosesinin başa çatması bir çox tarixi, bioloji aspektlərlə əlaqədardır. Azərbaycan tarixi-coğrafiyasında da etnik prosesin inkişafı bu sistemlə davam etmişdir. Azərbaycan xalqının formalaşması prosesində də fars, türk, Qafqaz mənşəli tayfalar əsas komponentlər kimi iştirak etmişlər.

Azərbaycan XX əsrin 90-cı illərində ikinci dəfə müstəqillik əldə etməklə yeni bir tarixi dövrə qədəm qoydu. Müstəqillik xalqaəvvəllər olmayan yeni imkanlar verdi:

1.Xalq öz taleyini müstəqil həll edə bildi

2.Dövlətçilik ideyasını həyata keçirməyə başladı.

3.Gələçək amallar təyin edildi.

Artıq bir siyasi-iqtisadi sistemdən başqasına keçid başladı. Bu transformasiya ziddiyyətli proseslərlə baş verirdi. İnkişaf getdikcə Azərbaycan da zamanın tələbinə uyğun olaraq modernləşir. Yeni nəsil yaranır. Qlobal dəyişikliklər cəmiyyət üzvlərinin də dəyişilməsini istəyir. Artıq yeni eraya uyğun insanlar formalaşdırmaq lazım gəlir. Millətin intellektual səviyyəsi ön plana keçir. Milli ideya və ideologiya dövlətin əsas məqsədi olur.

Milli strategiya millətin gücüdür. Azərbaycanın da Milli Strategiyası var və burada əsas məqsədlər kimi aşağıdakıları göstərmək olar.

1.Ərazi bütövlüyümüzü bərpa etmək

2.Dövlət müstəqilliyini və xarici təhlükəsizliyimizi gücləndirmək

3.Müasir səviyyəli dövlət yaratmaq

Müasir Azərbaycan dünya birliyinə inteqrasiya edən, demokratik prinsiplərə sadiq olan dövlətdir. Yeni şərait milli dövlət quruculuğuna yeni ideyalar gətirmişdir. Bu zəruri olan şərtlərdir ki, etibarlı dəyərlər bazasını və kollektiv mənlik şüurunu tələb edir. Xalqımız əsrlər boyu öz milli identikliyini qorumuşdur.  Həm də daima bu ənənələri inkişaf etdirərək indi də  gələcək nəsillərə ötürür. Millət ideyası dövlət ideyasından çox mürəkkəbdir. Millət yaşayış ərazisinin mövcud olması, tarixən təşəkkül tapmış mədəniyyət, milli dil, din və s. əlamətlərlə səciyyələnən tarixi- mədəni birlikdir.  Bağlılıq və yaxınlıq hissi millətin əsas xüsusiyyətidir. Millət tarixi kateqoriyadır, tarixi gerçəkliyin məhsuludur. Mahiyyətcə millət ortaqtale ilə birləşmişinsanlar qrupudur. Millət xaraktercə vətənpərvər olur, özününkülərə sevgi hiss edir. Dövlət isə millətin siyasətini həyata keçirən bir mexanizmadır. Millət ideyasının əsasını təşkil edən şərtlər  milli identiklik, milli mənlik şüuru, vətənpərvərlik kimi əlamətlərdir. Millətin məzmununu  ərazi, dil, mədəni ənənələr, tarixi yaddaş və s. kimi xüsusiyyətlər təşkil edir.

Azərbaycanda  millət udeyasının rüşeymləri XIX əsrin 30- cu illərindən formalaşmağa başlamışdır.  Bu formalaşma XX əsrin 20- ci illərinədək davam etdi. XX əsrin əvvəllərində etnik mənlik şüuru milli mənlik şüuruna transformasiya edilir. Azərbaycan milləti də Azərbaycan dövlətinin məhsuludur. Onun tam formalaşması isə müstəqil dövlətin yaranması ilə bağlıdır. Azərbaycan millətinin formalaşması 1918- ci ildə müstəqil dövlət yarandıqdan sonra başa çatmışdır.

XX əsrin əvvəllərində Azərbaycan millətçiliyi üçün səciyyəvi olan iki istiqamət var idi:

  1. Rusiya imperiyasından azad olan müstəqil dövlətin yaranması.
  2. Etnikliyi və dövləti qorumaq.

Millət ideyasını millətçilik doğurur. Millət millətçilik ideologiyasının məhsuludur.  Milli ideyamızın hazırda əsas prinsipi ,, azərbaycançılıqdır”. ,, Azərbaycançılıq ideologiyası” XIX ə. sonu – XX ə. əv. –də Azərbaycan əhalisində milli mənlik şüurunun formalaşması uğrunda gedən  mübarizə prosesində təşəkkül etməyə başlamışdı. Həmin zaman xalq hələ millət statusu almamışdı.  Bir Vətəndə millətin birliyini dağıda biləcək ideologiyadan uzaq olmaq lazımdır. Azərbaycan reallığında bütün xalqlar vahid dövlət millətçiliyi ətrafında birləşməlidir. Çoxmillətli Azərbaycanda millətin etnik məzmunu getdikcə aradan qalxır və vətəndaş elementi ilə əvəz olunur. Multikulturalist və tolerant bir sistem içində vətəndaş cəmiyyətinə doğru inkişaf başlayır. Bununla da :

1.Ölkədə ümumazərbaycan identikliyi formaladırmaq olur.

2.Vətəndaş millətçiliyini formalaşdırmaq üçün ictimai dəstək gücləndirilir.

3.Dövlət maraqları qorunur.

4.Cəmiyyətin strateji vəzifəsi həll edilir.

Məsələn Yaponiyada belədir, millətçilik dövlət ideologiyası ilə və dövlət siyasəti ilə səciyyələnir.Yəni insanların fərdi maraqları dövlətin milli maraqları ilə ziddiyyət yaratmır. Bu mənada əsas rol intellektualların üzərinə düşür.Dövlət millətin inkişafına zəruri dəstək göstərir. Birləşdirici identiklik səviyyəsi ilə ölkədəki xalqların ümumxalq identikliyinin yaradılmasına kömək edilir. Bu da şüurlarda ümumazərbaycan identikliyinin təsdiqi və inkişafı prosesini sürətləndirir. Azərbaycan milləti öz ərazisində olan bütün etnosları əhatə edir. Həm də bütün etnosların ölkədə tolerant yaşayışını təmin edir. Azərbaycan cəmiyyəti bunlara sahiblənməklə etnofobiyadan, düşmənçilikdən və təcavüzkarlıqdan uzaq olur.

Milli identiklik ölkədə vətənpərvərliyi yüksəldir. Lakin burada vacib olan şərt milli mövcudluğun özəyi olan etnikliyin qorunması və saxlanmasıdır. Yəni etnik identiklik milli identiklik daxilində tam təsdiq olunmalıdır. Yəni hər bir etnosun :

  • Milli özünüdərk strukturları olur
  • Fərd və sosium əlaqələri olur
  • Fərd və dövlət əlaqələri olur

Milli birlik dövlət  üçün vacib şərtdir. Milli birliyə təhlükə yaradan şərtlər də var. Bunlardan sosial laqeydlik, millətə bağlılıq hissinin itirilməsi, sosial qrupun cəmiyyətə yadlaşması kimi halları misal göstərmək olar. Azərbaycan reallığında milli identikliyin baza dəyərləri tolerantlıq və millətlərarası sülh və həmrəylikdir.

,, Azərbaycanlı” anlayışı təkcə etnik məna kəsb etmir. Əsil mənada dövlət- vətəndaş mənasını ifadə edir. Azərbaycan ərazisində yaşayan bütün etnoslar hamısı azərbaycanlıdır.  Azərbaycan multietnik və polikonfessional xarakterə malikdir. Burada yalnız vətəndaş milləti ola bilər. Bu isə etnik birliklərin sıx və şüurlu birləşməsi deməkdir. Azərbaycan milli identikliyində :

-etnosentrik mövqe yoxdur

-bütün etnoslar vahid vətəndaş identikliyinə malikdir.

-onların hamısı Azərbaycan xalqının vahid tərkibidir

-bütün etnosların mədəniyyətləri inkişaf etdirilir.

Bu prinsiplər əsasında  modernləşən Azərbaycan dövlətində XXI əsrdə vahid Azərbaycan milləti formalaşmaqdadır. Azərbaycan böyük əraziyə malik olan qədim ölkədir. Tarixən bu əraziyə edilən qəsdlər ilə onun hüdudları azalmışdır. Müasir dünya sistemində qəbul edilmiş sərhədlər daxilində Azərbaycan öz suverenliyinin təminatçısı və qoruyucusudur.

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest