Kültür Sanat

SİYASİ ÜZSÜZLÜK

Bu günlərdə Rusiya prezidendi Putin: “Serv müqaviləsi bitmişdir, Naxçıvan
əsil sahibinə qaytarılmalıdır” deyə çıxış edərək utanmazlığın son həddini
nümayiş etdirmişdir. Atalarımız yaxşı deyib: “Utanmasan oynamağa nə var ki”.
Bəli. İnsan vəzifəsindən, düşdüyü vəziyyətdən aslı olmayaraq mütləqdir ki öz
şəxsiyyətini qorusun. Əxlaqsızlığın belə bir şərəfi, həddi olmalıdır. Görünən odur
ki, Türkiyə və Azərbaycanın yaxınlığı ayının kürkünə birəni salmışdır. Bu çıxış isə
cılız bir siyasi manevrdən başqa bir şey deyil. Və öz aləmində əhali arasında xof
yaratmaq üçün atılmış bir addımdır. Lakin Putin unudur ki, indi nə XX əsrin
əvvəlləridir, nə də ki əhali o qədər marifsizdir.
İlk öncə Serv müqaviləsi haqqında qeyd edim ki, bu müqavilə çoxlarınında
bildiyi kimi, Osmanlı imperiyasının parçalandığı, birinci dünya müharibəsindən
məğlub çıxdığı bir dövürdə xarici güclərin Osmanlını tamamilə dağıtmaq üçün
nəzərdə tutulmuş, 433 maddədən ibarət müqavilədir. Müqavilə 10 Avqust
1920-ci ildə Böyük Britaniya imperiyası, Antanata dövlətləri, Fransa, İtaliya,
Yaponiya, Belçika, Yunanıstan, Hicaz Krallığı, Polşa, Portuqaliya, Rumıniya,
Serblər, Xorvatlar, Slovaniya krallığı, Çexoslavakiya, Ermənistan dövləti mövcud
olmasada Daşnaqüstü lobinin üzvüləri bu dövlətlərin dəstəyi ilə və müharibədə
məğlub olmuş Osmanlı imperiyası arasında imzalanmışdır. Həmin dövürdə SSRİ
hələ Millətlər Cəmiyyətinin üzvü olmadığına görə bu müqavilənin
imzalanmasında iştirak etməmişdir. Müqaviliyə əsasən Osmanlı imperiyası
ordunu buraxmalı, Türkiyə torpaqlarının bir qismi Gürcüstan və Yunanıstana
verilməli, bir qismində Ermənistan və hətda Kürdüstan dövləti yaradılmalı idi.
Lakin müqavilə imzalansa da Türkiyədə artıq Cumhuriyyət elan edilmişdi.
Qanunən müqavilənin qüvvəyə minməsi üçün Parlament müqaviləni müzakirə
edib qəbul etməli və sonra onu imzalamaq üçün VI Mehmed Vahidəddinə
göndərməli idilər. Lakin müqavilə imzalanan zaman Məclis bağlı olduğundan
(fəaliyyəti 1920-ci ilin martında başa çatdı və 1920-ci ilin aprelində bağlandı)
müqavilə parlamentdə müzakirə olmadığı üçün sultanın qarşısına çıxmadı.
Ankaradakı Böyük Millət Məclisi müqaviləni qəti bir bəyanatla pislədi və 19
Avqust 1920-ci ildə müqaviləni imzalayanlara və Sultənət Şurası Məclisində
müsbət səs verənləri xain elan etdi. Müqaviləni imzalayan nümayəndə
heyyətinin üzvüləri 23 aprel 1924-cü ildə Türkiyə Böyük Millət Məclisi
tərəfindən 150 üzv siyahısına əlavə edildi. 28 may 1927-ci ildə vətəndaşlıqdan
çıxarıldılar. Ümumiyyətlə bu müqavilənin Naxçıvana heç bir aidiyatlığı
olmamışdır. Heç müqavilə qüvvəyə belə minməmişdir. Yuxarıda da qeyd
etdiyim kimi, Putinin bu çıxışı cılız bir siyasi manevirdən başqa bir şey deyil.
Lakin, Azərbaycanın bu günkü Ermənistan dövlətinin məsgunlaşdığı Qərbi
Azərbaycan torpaqlarını beynəlxalq müstəvidə geri istəməsi halında atılan

addımlar siyasi manevr olmayacaqdır. Bu hall baş verdiyində Rusiya əzizi Hayları
torpaqlarında məsgunlaşdırmaq məcburiyyətində qalacaqdır. Belə ki, Serv
qüvvəyə minməməsilə Hayların Türkiyə torpaqlarında dövlət qurmaq xəyalı puç
olmuşdur. Bu zaman Haylar rus havadarlarının dəstəyi ilə Azərbaycan
torpaqlarına göz dikərək, burdakı fəaliyyətlərini genişləndirmişdirlər.
Azərbaycan Xalq Cumhuriyyətinin qurulma ərəfəsindən istifadə edərək, ölkədə
qarşı durmalar çıxartmış, dinc əhali arasında qırğınlar törətmişdir. Türkiyədən
ümidi üzülən Hay havadarları Azərbaycan Cumhuriyyətinin qurulması
qarşılığında, Ermənistan dövlətinin yaradılması üçün vacib olan paytaxt üçün
İrəvan şəhərini Haylara güzəştə gedilməsini tələb etmişdirlər. M.Ə.Rəsulzadə
höküməti Cumhuriyyəti qura bilmək və dinc əhalinin qətl olunmasının qarşısının
alınması məqsədi ilə 1918-ci il may ayının 29-da İrəvan şəhərinin siyasi mərkəz
kimi Haylara verilməsi haqqında Azərbaycan Milli şurası qərar qəbul etmişdir.
İclasda F.X.Xoyski, M.Cəfərov, M.Hacınski, A.Mahmudbəyov, F.Köçərlinski,
Məlik Yeqanov, R.Vəkilov, H.Şahtaxtinski, A.Axundov, M.K.Məmmədbəyov,
X.Məlik-Aslanov, C.Hacınski, C.A.Ağamalov, Şərifov iştirak ediblər.
Fətəli Xan Xoyski iclasın açılışında Azərbaycan və Ermənistan sərhədləri
haqda Ermənistan Milli Şurası ilə aparılan danışıqların nəticələrini elan edib.
Məruzəsinin sonunda bildirib ki, Ermənistan Federasiyasının yaradılması üçün
siyasi mərkəz lazımdır. İsgəndəriyyə şəhərinin Türkiyəyə birləşdirilməsindən
sonra Ermənistan üçün siyasi mərkəz yalnız İrəvan ola bilər. Buna görə də
İrəvanın ermənilərə güzəştə gedilməsi labüddür.
X.Xasməmmədov, M.Y.Cəfərov, Ə.Şeyxülislamov və M.Məhərrəmov məsələ
ilə bağlı çıxış edərək bildiriblər ki, İrəvanın ermənilərə güzəştə gedilməsi tarixi
zərurət olsa da, bizim üçün qaçılmaz, acı bir həqiqətdir.
Daha sonra məsələ ilə bağlı səsvermə keçirilib. Milli Şuranın 28 üzvündən 16-
sı İrəvanın güzəşt edilməsinin lehinə, 1 nəfər əleyhinə səs verib, 3 nəfər isə
bitərəf qalıb, digərləri səsverməyə qatılmayıb.
Batumi müqailəsinə əsasən Ermənistanın ərazisi 9 min kv. km, əhalisi 326
min nəfər təşkil edirdi. Ermənistan ərazisi Basarkeçər quberniyası (Nor Bəyazid),
İrəvan quberniyasının 3/5 hissəsi, Üçmiədzinin bir hissəsi, İsgəndərunun bir
hissəsini əhatə etməklə, əhalisinin 230 min erməni, 80 min müsəlman, 5 min
yezidi kürd və 11 min digər millətlər təşkil edirdi. Ermənistan Respublikası
Qafqazda yaşayan bütün ermənilərin 1/9 hissəsini özündə birləşdirirdi.
Ümumiyyətlə öz müstəqilliklərini elan edən Qafqaz dövlətlərinin hər biri ilə
ayrı-ayrılıqda 4 iyun 1918-ci ildə sülh müqaviləsi imzalandı. Həmin gün
Azərbaycanla Osmanlı hökuməti arasında da müqavilə imzalandı. Bu
müqaviləylə Osmanlı ilə Azərbaycan, Gürcüstan, Ermənistan arasında sərhəd
xətti müəyyənləşdi. Müqavilənin üçüncü bəndinə görə, Azərbaycan, Gürcüstan

və Ermənistan tezliklə sərhədlərini müəyyən edən protokol imzalamalı və bu
barədə Osmanlı Hökumətinə məlumat verməliydilər.
Ermənistan-Türkiyə danışıqlarında (may 1918 il, Batumi) Türkiyə tərəfinin
bəyanatında maraqlı olan maddələr aşağıdakılardır:
Maddə 5. Ermənistan Respublikası öz əraziləri daxilində heç bir qanunsuz
silahlı dəstələrin formalaşmasına imkan verməyəcək və bu ərazilərdən qonşu
dövlətlərin ərazisinə qanunsuz silah keçirilməsinin qarşısını alacaq;
Maddə 6. Ermənistan Respublikası ərazisində yaşayan müsəlman əhalisinin
dininə, adət-ənənələrinə hörmət ediləcək. Müsəlmanlar digər millətlərlə yanaşı,
eyni hüquqa malik olacaq, öz dillərində danışıb, təhsil ala biləcəklər.
Maddə 11. Ermənistan Respublikasının hökuməti bu Müqaviləni
imzaladıqdan sonra Bakı şəhərini tərk edəcək və orada yerləşən silahlı
qüvvələrini bütünlüklə çıxaracaq. Erməni silahlı qüvvələri şəhərdən çıxdığı
zaman Bakı daxilində heç bir çaxnaşmaya yol verməyəcəkləri barədə öhdəlik
götürür.
Azərbaycan üçün ən önəmli olan dördüncü maddədə göstərilirdi ki,
Azərbaycan Respublikası hökuməti tərəfindən tələb edildiyi təqdirdə, Osmanlı
hökuməti ölkədə qayda-qanunu (intizam) və daxili asayişi təmin etmək və
möhkəmləndirmək üçün Azərbaycana zəruri hərbi yardım göstərməyi öz
öhdəsinə götürür.
Amma qısa müddət sonra Batumidə əldə edilən razılaşmanın şərtləri
ermənilər tərəfindən pozuldu – azərbaycanlılara qarşı soyqırım siyasəti davam
etdirildi.
Ermənilər İrəvanı paytaxt kimi əldə etdikdən sonra Dağlıq Qarabağa və
ondan da geniş ərazilərə iddialarını davam etdirdilər. Hətta Fətəli xan Xoyski
1918-ci il 31 iyulda İstanbulda olan nümayəndə heyətinin başçısı Məhəmməd
Əmin Rəsulzadəyə məktubunda yazır ki, əgər ermənilər Qarabağın dağlıq
hissəsinə iddialarından vaz keçməsələr, onda biz İrəvan şəhərini onlara güzəştə
getməkdən imtina edəcəyik.
Bəli. Ermənistanın müstəqilliyinin tanınması üçün maddələrdə ermənilərin
üzərinə götürdükləri öhdəlikləri özləri də pozmuşlar. Ermənistan dövlətinin
ərazisi Azərbaycanın torpaqları hesabına 20 min kvadrat kilometr artaraq 29,7
min kvadrat kilometrə çatdı. Və Batum danışıqları zamanı əldə olunmuş razılığa
əsasən, ermənilər Azərbaycana qarşı ərazi iddialarından imtina edəcəkdilər.
Elə buna görə də Azərbaycan Batumi razılaşmasından imtina edə və Milli
Şuranın 1918-ci ilin 29 may tarixində İrəvanın Ermənistana verilməsi ilə bağlı
qərarını ləğv etməklə bağlı məsələ qaldıra bilər.
Beləliklə, İrəvan və ətrafındakı Azərbaycan torpaqlarının ermənilərə
verilməsi barədə həm 4 iyun 1918-ci il tarixli Batum müqavilələri, həm də
Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının 29 may 1918-ci il tarixli qərarı öz

hüquqi qüvvəsini itirib. Buna görə də Azərbaycan Xalq Cümhuriyyəti Milli
Şurasının İrəvan və ətrafındakı Azərbaycan torpaqlarının ermənilərə verilməsi
haqqındakı qərarına yenidən baxılması, həmin qərar qüvvədən salınması ilə
bağlı hüquqi baxışlar icra etmək mümkündür.
Başqa sözlə, Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının 29 may 1918-ci il
tarixli qərarı, əslində, öz hüquqi qüvvəsini itirib. Buda bir faktır ki, beynəlxalq
müqavilələr bir qayda olaraq 99 illik bağlanmaqdadır.

Pin It on Pinterest