Kültür Sanat

Sanmayın Deyə !

İstəyirəm hicrət edim, köçüm mən,
Mənim alovuma yanmayın deyə.
Istəyirəm şirin candan keçim mən,
Məni, acizlər kimi sanmayın deyə.

Qorxunu dəf edim ürəyimdə mən,
Yükləri daşıyım kürəyimdə mən,
Hiss edim ağrını biləyimdə mən,
Məni, əhlikef biri sanmayın deyə!

Nə qədər görəcəm fəqir-füqara?!
Cavanlar bekardır, gəzir avara!
Yanıram bu hala mən günü qara,
Gözümü tuturam görməyim deyə!

Yanım, külə dönüm, külək sovursun,
Ac millətim can ətimdən qovursun,
Nuşicanlıqla qarınların doyursun,
Düşmən Turanı ac sanmasın deyə!

Yazıram bədahətən, içim doludur,
Hələ var taqətim, canım suludur,
Yolum, Turan yolu, Əmin yoludur,
Haqq yolu, unutduq sanmayın deyə!

Elsevər Hüseynoğlu
Bakı ~ 23/12/2019 Bazar, 23 fevral 2020

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest