Şamaxıya gələn qış, üzümüzə gülən qış

Şamaxıya gələn qış….

Üzümüzə gülümsəyən, gülən qış…

Yenə bu yerlərə  qarlı qış gəldi,

Ömrümüzə, günümüzə sevnclə

Bir dostumuz   xoş gəldi….

***

Bu qış bizim  ruzimizin təməli,

bu qış bizim günümüzün,

yarın günün səmərəsi, səməri.

***

Nə xoş gəlib  yurdumuza gələn qış,

üzümüzə təbəssümlə

gülümsəyən,  gülən qış….

        *****

Bu qış qışdır payızdan,
Bu qış düşdü payızdan…
Burda çox quş olardı,
Onlar uçdu payızdan.


***
Hava qarlı,boranlı,
Hava yaman sopsoyuq.
Nə telefon səslənir,
Nə kimsədən xəbər yox…


***
Torpağın qazı çıxır,
Külək adamı yıxır.
Malalanıb qar ilə
Dərə,təpə,çöl,çuxur…


***
Odun peçi,şor-çörək…
Əriştə də qazanda.
İştah artır, güc artır,
Bu nəsnəni yazanda.

***
Gizlətməyin qax-qozu,
Gətirin alma,əzgil.
Mürəbbələr yan-yana…
Yox…bu qış  ondan deyil.


***
Xizəklər əmrə hazır,
Xizək burda dəb düşüb.
Məstan pişik otaqda,
Mumu çöldə büzüşüb.


***

Mumu büzüşən bayır.

Mumuları sınayar.

Mumuya yer verməsək,

Hamı bizi qınayar.

 ***
Çaqqallar da ulamır,
Ulamağa yoxdur hey…
Canavarlar çoxdandır
Soyuqlardan olub key…


***

Şəlalə salxımlanıb,

Yerindəcə donubdur…

Elə bil leylək gəlib,

Tel üstünə qonubdur.

***

Ay nə gözəl mənzərə!…

Bir aləm hər tərəfi….

Qışda dincəlmək üçün 

Düzgün seçin həfəfi…

***

Bu yerlərin hər fəsli

Xarüqələr düzəldir.

Yaz  da burda- möhtəşəm,

Qış da burda  gözəldir…

Nazim Nəsrəddinov.

Bakı. 31.12.2018.

Pin It on Pinterest