Şamaxı Məclis Məktəbinin əziz, doğma xələfi – Şamaxı Avropa liseyi-145

Yeni üsullu ilk türkdilli ibtidai məktəblərdən biri-
Şamaxı Məclis Məktəbinin əziz,doğma xələfi-
Şamaxı Avropa liseyi-145

  • 13.12.2014-cü ildə Şamaxı Avropa liseyinin 140 illik yubley tədbiri keçirilib.

           Yubiley haqqında ovaxtkı informasiyanı xatırladırıq.

                                                          2014-12-13

13 dekabr 2014-cü il tarixdə Şamaxı şəhər Mədəniyyət Sarayında Təhsil Şöbəsinin təşəbbüsü ilə Şamaxı  Avropa liseyinin (C.Cəbrayılbəyli adına şəhər 5 saylı tam orta məktəbinin) 140 illik yubley tədbiri keçirilmişdir.

Qonaqlar Mədəniyyət Sarayının geniş foyesində təşkil olunmuş sərgi ilə tanış olmuşlar. Sərgidə əks olunan məktəbin zəngin tarixi tanınmış yetirmələrinin fotoşəkilləri, şagirdlərin əl işləri qonaqlar tərəfindən maraqla qarşılanmışdır.
Tədbirdə əvvəlcə rayon icra hakimiyyəti başçısı Asif Ağayevin təbrik məktubu oxunmuşdur. Məktubda qeyud olunmuşdur ki, ölkədə təhsilin inkişafına göstərilən qayğı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Əsası Ümummilli lider Heydər Əliyev  tərəfindən qoyulan milli təhsil siyasəti bu gün uğurla davam və inkişaf etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi altında milli təhsilmizin yüksək səviyyəyə qaldırılması yönümündə bütün imkanlardan maksimum səmərəli istifadə olunur. Bu gün rayonda 380 şagird yerlik Mədrəsə qəsəbə tam orta və 80 şagird yerlik Şərədil kənd ümumi orta məktəblərinin tikintisi sürətlə aparılır. Rayon məktəblərinin maddi-texniki bazası gücləndirilir və təhsilin keyfiyyəti günbəgün yüksəlməkdədir.
Şamaxı Avropa liseyinin bir qrup  müəlliminə gənc nəsilin təlim-tərbiyəsində əldə  etdikləri yüksək  nailiyyətlərə və məktəbin 140 illik yubleyi münasibətilə Rayon  İcra Hakimiyyəti Başçısının  Fəxri  Fərmanı təqdim edilmişdir.


Tədbirdə Respublika Təhsil Şurasının sədri Əjdər Ağayev, Bakı Dövlət Universitetinin dosenti Məcid Əfəndiyev, Avropa Azərbaycan Məktəbinin direktoru Graem Pollock , Avropa Məktəbinin müəllimi Nazim Nəsrəddinov, RTŞ-nin müdiri Eyvaz Eminalıyev və başqaları çıxış edərək məktəbin pedaqoji kollektivini, Şamaxı ziyalılarını yubiley münasibətilə təbrik etmiş, müəllifi  olduqları kitabları hədiyyə vermişlər.
Həmçinin tədbirdə vaxtilə məktəbin məzunu olmuş Azərbaycan Respublikası Vergilər naziri cənab Fazil Məmmədovun təbrik məktubu oxunmuşdur.


Tədbir iştirakçıları məktəbin keçdiyi yolu əks etdirən xatirələrlə dolu film-xronikaya baxmışlar.
Məktəbin direktoru Məzahir Məmmədov məktəbin tarixindən danışaraq, 2008-ci ildə “ İlin ən yaxşı məktəbi” müsabiqəsinin qalibi olmuş məktəbdə 3 nəfər “İlin ən yaxşı müəllimi” müsabiqəsinin qalibi, bir nəfər “Tərəqqi medalı” və bir nəfər “Şərəf nişanı” ilə təltif olunmuş müəllimin çalışdığını qeyd etmişdir.
Sonda qonaqlar xatirə şəkilləri çəkdirmişlər.

13 dekabr 2014-cü il .Şamaxı Mədəniyyət Sarayında Şamaxı Avropa Liseyinin 140 illik yubileyi…

Bu il Şamaxı Avropa Liseyinin yaranmasının 145 yaşı tamam olur.Liseydə bu

münasibətlə görülən işlərlə maraqlandıq.,Məlum oldu ki,təhsil ocağında bu hadisə

tamamilə unudulub. Şəxsən mən bu biganəliyə çox təəccübləndim.

“Şəxsən” sözünü ona görə işlədirəm ki, Şamaxı Avropa Liseyinin 140 illik yubileyini

 gündəmə gətirən mən olmuşam.

Mən Bakıda Avropa Azərbaycan Məktəbində kafedra müdiri və müəllim

işləyəndə  bu iki məktəbin qardaşlaşması yolunda əhəmiyyətli işlər görmüşəm.Bu, ən çox

ədəbiyyat fənni üzrə  10-cu sinifdə müəyyən dərslərin keçirilməsi zamanı gündəmə 

gələn tədris üsulları ilə bağlı idi.

Şamaxı Avropa Liseyi   1874-cü ildə yaradılım Şamaxı Məclis Məkrəbinin xələfidir.

Şamaxı Məclis Məktəbi – öz dövrünün qabil və fazil maarifçilərindən biri,  Şamaxı

şəhərində yerləşən Bakı Quberniya Əhli-Təsənni Ruhani İdarəsinin sədri, Şamaxı qazısı

Hacı Səid Əfəndi Ünsizadənin (1842, Şamaxı-1903, İstanbul) təşəbbüsü ilə yaranmışdır.

Məktəbin yaradılmasında Bakı qubernatoru D.Staroselskinin də çalışmalarını  unutmaq

olmaz.Məclis Məktəbinin pedaqoji kollektivi Səid Ünsizadənin seçimi ilə

formalaşdırılmışdır.Burada dəərs deyən müəllimlər onun bilik və bacarığına inandığı

müəllimlər idi:Cəlaləddin Ünsizadə,Seyid Əzim Şirvani,Molla Hüseynağa ibn Lətif…

Rus dilinin tədrisi üç yüz manat maaşla şəhərdəki rusdilli məktəbin müəllimi

E.Pirbudaqova həvalə olunmuşdur.Yeri gəlmişkən qeyd edək ki,

S.Ə.Şirvani H.Zərddabiyə göndərdiyi mənzum məktubunda E.Pirbudaqovun  

“fikri  bikir” eyləyən müəllim kimi qiymətləndirmişdir.Sonralar S.Ə.Şirvaninin dedikləri

düz çıxmış,E.Pirbudaqovun Məclis Məktəbində uzun müddət işləməsinə

yol verilməmişdir.

Məclis Məktəbi yaranmasının  ilk aylarında Şamaxıdakı  ruhani idarələri, eləcə də varlı

adamlar  yeni təhsil ocağının tərəqqisinə öz səxavətlərini əsirgəməmişlər.Lakin sonralar

Səid Ünsizadənin Tiflisə uazunmüddətli ezaiyyəsi, bundan sonra isə Zaqafqaziya Əhli-

Təsənni İdarəsinə üzvlüyə qəbul edilməsi, eləcə də onun ortancıl qardaşının da

Tiflisə  daha vacib maarifçilik işləri görməkdən ötrü getməsi   Məclis Məktəninin

idarə olunmasını xeyli çətinləşdirmişdir.

 Sası dinli E.Pirbudaqov məktəbin idarə olunması

üçün  qurduğu planlar baş tutmadığına görə Şamaxıdan uzaqlaşmışdır.Məktəbin bütün

ağırlığı  S.Ə.Şirvaninin üzərinə düşmüşdür.Məclis Məktəbinə   böyük maddi yardım

göstərənlərin biti olan Kərim bəyin də Şamaxıdan Bakıya köçmsi  də Şamaxı mətəbinin

yaxşı idarə olunmasına müəyyən çətinliklr törətmişdir.

…Sovet dövründə  bir sıra sahələrdə olduğu kimi, təhsil tarixində də toy generalları

yetişdirmək dəbdə idi.Bu sistem S.Ə.Şirvanini də toy generalı etmişdi.Onu bütün

tədquiqatlarda Məclis Məktəbinin yaradıcısı kimi  qələmə verirdilər.Əslində

S.Ə.Şirvaninin belə bir təqdimata ehtiyaçı yox idi.  S.Ə.Şirvaninin həm Məclis

Məktəbindəki,  həm də şəhər rusdilli məktəbdəki pedaqoji fəaliyyəti  onun yaxşı

müəllim kimi tanınmasına hərtərəfli zaəmanət verirdi.

S.Ə.Şirvani fəal müxbiri olduğu “Ziya” qəzetinə göndərdiyi müxbir məktublarında

Məclis Məktəbinini Səid Ünsizadə tərəfindən yarandığını  dəfələrlə xüsusilə vurğulayırdı.

Şamaxı Məclis Məktəbi S.,Şirvaninin işlədiyi, M.Ə.Sabirin iki il oxuduğy,

S,M.Qənizadəninməzunu olduğu təhsil ocağıdır.Məktəb uzun illər

ərzində C.Cəbrayılbəylinin  adını daşımışdır.

Bu məktəbin yerində tikilmiş məktəb son illərdə  Şamaxı Avropa Liseyi

adlandırılmışdır.Əlbəttə, məktəbin adından C.Cəbrayılbəylinin adının silinəsi heç də

təqdirediləsi hal deyil.Bu səhv   mütləq düzəldilməlidir.Məktəbə onun yaradıcısınin -Səid

Ünsizadənin adınn verilməsi barədə də düşünməyə dəyər.

Səid Ünsizadənin adınıi lk dəfə rəsmi sənədlərə gətirən ümummilli

liderimiz Heydər Əliyev cənabları olmuşdur.

Ümummilli lider Heydər Əliyevin 2001ci il iyunun 18 imzaladığı

“Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərmanda deyilir  :

Milli maarifçi ziyalılar özləri ana dilini öyrənməyin, onu qoruyub saxlamağın ən əsas yolunun məktəblərdə tədrisin ana dilində aparılmasında gördüklərindən, Azərbaycan dilinə aid dərsliklər və lüğətlər yazmağa başlamışlar. Azərbaycan dilinə dair ilk dərsliklərin yazılmasında o dövrün görkəmli maarifçiləri Mirzə Kazım bəy, Mirzə Şəfi Vazeh, Seyid Əzim Şirvani, Aleksey Çernyayevski, Mirzə Əbülhəsən bəy Vəzirov, Səid Ünsizadə, Rəşid bəy Əfəndiyev, Sultan Məcid Qənizadə, Məmmədtağı Sidqi, Nəriman Nərimanov, Üzeyir Hacıbəyov, Abdulla Şaiq və başqalarının xidmətlərini qeyd etmək lazımdır”.

Hər bir yubiley  görülmiş işlərin hesabatıdır.

Gəlin hesabat verək.

Keçən yubileydən sonra Məclis Məktəbi, onun yaradıcıları, bu qədim təhsil ocağının  yeni üsullarla dərs deyən müəllimləri, XIX əsrin ilk türkdilli dərslikləri haqqında çoxlu elmi-tədqiqat işləri aparılmışdır.

İstanbulda Səid Ünsizadənin şəkli və Fatih Camii naziresində qəbri tapılmışdır.Qəbirüstü abidənin ikidilli yazıları çətinliklə də olsa, oxunmuşdur.

İstanbullda 1934-cü il Soyadı Kanunundan sonra ən Ünsi soyadı ilə birgə çox Arkun takma adını daşıyan onlarla Azərvaycan kökənli Ünsizadələrlə ünsiyyət yaratmışıq.

Cəlal Ünsizadə haqqında da yeni məlumatlar toplanmışdır.

Səid Ünsizadənin, Cəlal Ünsizadənin dərslikləri, tərcümələri haqqında geniş filoloji təhlillər aparılmışdır.

Səid Ünsizadənin başçılığı ilə ilk nömrəsi 25 yanvar 1879-cu ildə nəşr edilən

“Ziya “qəzetinn tam dəsti müəyyənləşdirilmiş, “Ziya” qəzeti transfoneliterasiya  kitabı haqqında dəqiq elmi mülahizələr elmi iştimaiyyətin diqqətinə çatdırılmışdır.

Xülasə…Şamaxı Avropa Liseyinin 145 illik yubileyində deyiləsi sözlərimiz, fəxr ediləsi işlərimiz çoxdur.

Söz Azərbaycan Respublikasının Təhsil Nazirliyinindir.

İnanmaq olar ki,təhsil tariximizdə özünəməxsus yeri olan Şamaxı Məсlis Məktəbinin-indiki Şamaxı Avropa Liseyinin 145 illik yubileyi ictimai fikir və mətbuat tariximizdə əhəmiyyətli hadisə kimi qiymətləndiriləcəkdir.

Nazim Nəsrəddinov
Nazim Nəsrəddinov

Nazim Nəsrəddinov,

Azərbaycan Respublikasının Əməkdar müəllimi,

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə keçirilən

ƏN YAXŞI MÜƏLLİM müsabiqəsinin qalibi,türkoloq

Bakı,

27.10.2019.

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Pin It on Pinterest