Kültür Sanat

Şəfiqə Şəfa’nın şeirləri

Gənc şairə Şəfiqə Şəfanın poetik dünyası

            Gənc şairə Şəfiqə Şəfanın şeirlər özünəməxsus poetik çalarları ilə seçilir. Şairənin öz üslubu, duyum tərzi və rəngarəng dünyası var. ŞəfiqəŞəfa mütailə edən, müşahidə edən və ətrafına, dünyaysına öz poetik ürəyi, görən gözü ilə baxan şairədir.

                         Bilirəm getmək vaxtıdı,
                         Hər şeyi öz dadında,
                         öz qaydasında bitirməli.
                         Bilirəm,
                         sevgi də öz mövsümündə “yeyiləndə” dadlıdı…
                         Sən də bir qucaq nübar idin –
                         dadı hələ damağımda.

         Sadə, olduqca da dərin, ağıllı, mənalı hisslərin harmoniyası şairənin poetik dünyasına  rəng qatır. Səfiqə Şəfanın qarşısında uzun bir yol var. Rəngli, hamar, və bəzən də  enişli-yoxuşlu, istədiyi və istəmədiyi kim, arzularının gedib çıxacağı bir yol.Və bu yol onun şair taleyinin yoludur. Bu yol artıq başlanıb, şairə bu yolla öz rəngli, poetik  dünyasını daşıyır və biz də ona  bu gözəl yolda uğurlar arzu edək!

                                               Nazim Əhmədli, şair-publisist,

                                          “Kırımın sesi qazetəsi”nin Azərbaycan təmsilçisi.

Şəfiqə Şəfa

Sevgi mövsümü

Bilirəm getmək vaxtıdı,
Hər şeyi öz dadında,
öz qaydasında bitirməli.
Bilirəm,
sevgi də öz mövsümündə “yeyiləndə” dadlıdı…
Sən də bir qucaq nübar idin –
dadı hələ damağımda.
Bitməsin deyə udqunmağa qorxduğum…
Amma biləsən,
hər mövsümü gözləyəcək qədər səbirli,
gəlişini görəcək qədər dözümlü deyiləm,
Mən çoxdan alışığam istixana sevgilərinə…

Daha bir Həvva

Tanrım!
Belə getsə
Məni sənə bağlayan son tel də qopar…
Sonra kim sevər səni mənim qədər,
Kim adını hər fürsətdə deyil,
hər nəfəsdə zikr edər?!
Tanrım!
Unutdunmu adəmlərə etibar yox?
Şeytan yenə qapıdadı
daha bir Həvvanın izində,
Sən qopduqca, o bağlanır,
Mən indi bir ovuc buğdaya,
Ya da bir şirin almaya satılacaq qədər acam…

Gəlməyəcək adam

Gəlməyəcək adamı gözləmək qədər ağır,
Quyruqlu yalanları,
Ən gülünc bəhanələri
eşitməyəcək qədər yüngül nə var?!
Gözlərin yolların yükünü,
Qulağın dincliyin keyfini çəkər.
İnsanla divarlar arasında məngənədə qalmaqdan,
Sıxılmaqdan qurtuldun sanıb
bu dəfə öz başının tələsinə düşərsən –
Gözlər bir tərəfə, qulaqlar o bir tərəfə çəkər…

Kölgəm

Nə əvvəlki xasiyyətimdən,

nə də görünüşümdən əsər qalıb.

Saçımın rəngi,

Üzümün cizgiləri dəyişib,

Yox, yox üzülmə…

Yaşlılıq mənə yaraşıb

İndi daha gözələm!

Sadəcə tanıdığın məndən

bir tək kölgəm eyni qalıb,

O da daha çox işığa qaçır…

Tək səbəb

Əzalarım sızıldayır,

Elə bil ki, ürəyim

yoxuş çıxıb təntiyib,

Ha düşünürəm nədəndi?!

Gözlərimin qapaqları

Yad baxışdan qısqanırmı,

Şaxan gündən qoruyurmu?

Bilmirəm,

Dustaq edib gözlərimi günlərdi.

Biri deyir, yorğunluqdan,

qayğılardan,

O biri – fəsildəndi…

Gör deyən var?

Mən bədbəxtin başına

hər nə gəlir

tək səbəb var – Sənnəndi!!!       

Adsız şeirlər

İlahi!

Qabırğadan yaratdığın

bu gözəl “heykəl”lərə qıyma!

Döşəmə qabırğalarına dərdləri…

Sümüklərin sızıldayan mövsümüdü…

                  ***

Mən hələ də qışın künc-bucağında qalmışam,
Bir ocaq çatmışam qaşlarımın arasında
Əridirəm gözlərimdə buz bağlamış xəyalları,
Qoy islansın ürəyim doyunca
Bəlkə bu yaz cücərdi…

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest