Rəhilə Orucova döyüş yoldaşları ilə birgə. Tərtərin Qurtuluş batalyonu, Birinci Qarabağ Müharibəsi

Subhan Talıblı-Azerbaycan

Rəhilə Orucova döyüş yoldaşları ilə birgə. Tərtərin Qurtuluş batalyonu, Birinci Qarabağ Müharibəsi.

Orucova Rəhilə Əli qızı 1965-ci il sentyabrın 25-də Göyçə mahalında dünyaya gəlib. 1981-ci ildə 1 nömrəli Bakı Tibb məktəbinə daxil olmuş, texnikomu bitirdikdən sonra əvvəlcə Bakı təcili yardım xəstəxanasının reanimasiya şöbəsində, sonra isə Qədirli adına xəstəxanada fəaliyyətə başlamışdır. Müharibə başlayanda Rəhilə Orucova Milli Orduya könüllü yazılmışdı. Ön cəbhədə həm könüllü tibb bacısı kimi, həm də sıravi bir əsgər kimi vuruşurdu.

1992-ci il mayın 11-də Ağdərə rayonunun Mərguşəvan (indiki Şıxarx) kəndi uğrunda döyüşdə qəhrəmancasına həlak olmuşdur. Mayın 13-də Şəhidlər Xiyabanında dəfn olunan ilk döyüşçü qadındır.

Original fotonun müəllifi Mehdi Abbasov.

Pin It on Pinterest