GenelGüncel

Qurani-Kərimə and içmişdi ki, son damla qanımıza kimi döyüşəcəyik

Şeyda Əzizova

“AranMedia” qəzetinin baş redaktoru

Nadir Ərşad oğlu Bədəlov 18iyun 1967-ci ildə Qubadlı rayonunda doğulub.  Orta məktəbi1984-cü ildə bitirib, həmin ildə də Azərbaycan Politexnik İnstitutuna daxil olub. Birinci kursu qurtardıqdan sonra 1985-1987-ci illərdə Almaniyada hərbi xidmətdə olub. Təhsilini bitirdikdən sonra , 1991-ci ildə Azərelektroterm zavodunda mühəndis kimi iş fəaliyyətinə başlayıb.Vətən sevgisi Nadiri məcbur etdi ki, könüllü ərizə yazaraq müharibəyə getsin, Vətəni düşməndən qorusun. Döyüş yolu Ağdərədən başladı…Bakıdakı hərbi hissəyə tabe olduğundan , tez-tez döyüş istiqamətləri dəyişirdi.

Son ezam olunduğu döyüş bölgəsi Qubadlı -Laçın istiqamətində oldu. Nadir artilleriyaçı, topçu taqım komandiri idi. Laçının işğalından sonra Qubadlı rayonunda vəziyyət çox ağır idi, Avqust , 1993-cü il , sərhəd boyu ağır döyüşlər gedirdi. Rayonda elektrik kəsilmişdi, demək olar ki, əlaqələr yox idi, rayon iflic vəziyyətində idi. Alazan raketləri yağış kimi kəndlərə yağırdı. Rayonda Xocalı müsübəti yaşanmasın deyə arvad-uşağı , qız – gəlini rayondan çıxartmaq lazım idi. Nadir əsgərlərini ucqar dağ kəndlərində olan arvad-uşağı, qocaları çıxartmaq əmri verir, özü isə az sayli əsgərle döyüşür , bu zaman ratsiya ilə rəhmətlik milli  qəhrəman Əliyar Əliyevin batalyon komandiri Sadiq Paşayevlə danışığı olur. Sadiq Paşayev Nadirə bildirir ki , onlar ermənilərin mühasirəsindədirlər. Nadir onlara bildirir ki, möhkəm dayanın, sizi mühasirədən çıxaracam. Hərbiçilər yaxşı bilir topçuların mövqeyin. Amma Nadir özünü düşünmədən tankla ermənilərin üstünə gedir, qalxır dağın yüksəkliyinə, ermənilərin bütün diqqətin öz üzərinə çəkə bilir və üzbəüz onlarla döyüşür. Sonralar Nadirin əsgəri Asif ağlayaraq danışırdı: ” komandirə yalvarırdım tankın içində otursun , amma o tankın üstündə açıq döyüşürdü. Ermənilərin snayperi ilə Nadir ürəyindən vuruldu. Qəhrəmancasına şəhid oldu.

Amma onun sayəsində bir batalyonun əsgərləri mühasirədən çıxdı, əhalinin burnu qanamadan ərazidən uzaqlaşdırıldı. 31 avqust 1993-cü il Nadir canı bahasına Qubadlını qorumağa çalışdı, halbu ki , “yuxarıdan” geri çəkilmə əmri bir gün əvvəldən almışdı. Sonralar onunla döyüşən və sağ qalan əsgərləri deyirdilər: “komandir ürəyinin üstündə gəzdirdiyi Qurani-Kərimə gecə əmri alanda and içmişdi, bizə də and içdirmişdi, son damla qanımıza kimi döyüşəcəyik, geri çəkilməyəcəyik”. Ruhun şad olsun şəhidim, ruhun kimi uğrunda canından keçdiyin Qubadlı da azaddır!

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest