Qeyrət Qalası – SƏDƏRƏK
Sənan Qılıncarslan Qacar
Dağlara o qədər qan tökülüb ki, güldən çiçəkdən də qan iyi gəlir (Sücaət).
Sədərək qədimlərdən bəri, Naxçıvanın və Qərbi Azərbaycanın mühüm starteji dayaq məntəqəsi olmuş saysız hesabsız döyüşlərdə ordumuza qalibiyyət bəxş etmişdir.
1905-1918- savaşlarında naxələf qonşularımız müxtəlif ölkələrdən terrorçu dəstələr gətirərək bizə qarşı qirğınlar aparsa da, sədərəklilər ermənilərlə şiddətli müharibələr aparmış, yerli əhalinin dediyi kimi Arazdəyən ərazilərini işğaldan azad etmişdir.
Qəhrəman Sədərək camaatı üçün son damla qanına kimi vuruşmaq Sədərəyi düşmənə verməmək ibadətdən vacib sayılırdı. Sədərəkdə düşmənə nifrət günü gündən artaraq gündəlik həyata bərk sirayət etmişdi, yaşlılar nəvələrinə məlikməmməd nağılları əvəzinə Sədərək oğullarının düşmənlərlə necə şir kimi vuruşduqlarını danışır düşmənlərimizin necə qaniçən hiyləgər alçaq olduğunu dönə-dönə anladırdılar.
Artıq obalarda çoban köpəklərinə erməni adları qoyan balaca qəhrəmanlar yetişməkdəydi, bütün gənc nəsil qisas ruhunda böyüyürdü. 1988- də Qərbi Azərbaycanda başlayan iğtişaşlar sürgünlər zamanı Sədərəkdə uşaqdan böyüyə hər kəs müharibə olacağını gözəl anlamışdı, gözlər qədim qalalar kimi sıralanan dağlara dikilir keçən əsrin tük ürpədən qırğınları xatırlanır yumruqlar düyünlənirdi. Günlər keçdikcə vəziyyət çətinləşir, dağlarda atılan kiçik çaplı silahların yerini iri çaplı pulamyotlar, minaatanlar, və toplar almağa başlayırdı. Şəhid xəbəri də gəlmişdi, bu artıq müharibə idi qisas günü mərdlik günü idi. Elvin, Malik adlı iki körpənin top atəşi ilə şəhid olduğu o gün bütün Naxçıvan bu xəbərdən bərk sarsılaraq ayağa qalxdı hər kəs əlinə nə keçdisə intiqam almaq üçün, Sədərəyə tələsdi. kənd meydanında iynə atsan yerə düşməzdi hərbidən başı çıxanlar dəstələrə komanda verənlər hər kəsin gözündə ordu başçısı kimi qoşun sərkərdəsi kimi əzəmətli görünürdü. Sədərək müqəddəs hərb meydanına çevrildikcə düşmən ordusu sərt müqavimət göstərir ağır itkilər versə də geri çəkilmirdilər düşmənin rusiya hərbi bazalarından gətirilən hər növ silah sursatları olsa da Sədərək döyüşçülərinin qisas ruhu qorxunc bir kabus kimi ürəklərinə çökmüşdü. Sədərək Azərbaycan hərb tarixinə adını qızıl hərflərlə yazdırdı. Ulu Öndərimiz Sədərəyə Naxçıvanın Qeyrət Qalası adını verdi 106- şəhid verdi Qeyrət Qalası Sədərək amma intiqamı qorxunc oldu 1999-uncu ildə düşmən generallarından biri Sədərək döyüşlərində 3200-hərbiçi itirdiklərini etiraf etdi. Sədərək bu gün də Qeyrət Qalası olaraq düşmən önündə dayanıb.