Genel

QEYRƏT QALASI SƏDƏRƏK. DÜNƏN VƏ BU GÜN.

Sənan Qacar

Naxçıvan Muxtar Respublikasında Respublika rəhbərliyi tərəfindən aparılan sosial rifahın daha da yaxşılaşdırılması və iqtisadi inkişafın daha da gücləndirilməsi üzrə görülən işlər böyük uğurla davam edir. Muxtar Respublikanın ucqar bölgələrindən olan Sədərək rayonu da bu yüksək iqtisadi inkişafın, əhalinin sosial rifahının daha da yaxşılaşdırılması planına uyğun atılan böyük addımların mərkəzindədi.

Sədərək rayonu
Sədərək rayonu

Naxçıvan Ali Məclis Sədri Cənab Vasif Talıbovun təlimatı və göstərişi ilə Muxtar Respublikanın strateji əhəmiyyətli bölgələrindən olan Sədərək rayonunda uğurlu iqtiasdiyyatın yüksək inkişafına, sosial rifahına səbəb olan əsas amillərdən biri, su təhcizatlarının əsaslı təmiri və yeni yaradılan iri su nasosları qurğuları, artezianlar Sədərəyin günü gündən yaşıllıqlara bürünərək gözəlləşməsinə yüksək sürətlə inkişafına təkan verdi. təkcə bu il nəzərdə tutulandan daha artıq, 1400 hektar ərazidə əkin sahələri və göz işlədikcə uzanan yaşıllıqlar rayonu cənnətə çevirdi. Əsas məşğuliyyəti əkinçilik və maldarlıq təssərüfatı olan yerli əhali yaradılan bu gözəl şəraiti gözəl bir fürsət bilırək məmnuniyətlə, həvəslə istər həyətyanı sahələrdə istər də dövlət hesabına ayrılmış iri torpaq sahələrində çalışır. bu ilki məhsulun daha da bol olacağından böyük həvəslə danışırdılar.
Artıq Sədərəkdə yeni içməli su və kanalizasiya sistemləri də qurulur.
Rayonda adı çəkilən sistemlərinin qurulmasına bu ilin mart ayından başlanıb. Hazırda rayonun Heydərabad qəsəbəsində kanalizasiya, Sədərək və Qarağac kəndlərində isə içməli su xətləri çəkilir.

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest