Qaradağlı Soyqırımı 17.02.1992
Sənan Qılıncarslan Qacar / Kırımınsesi /Azerbaycan
Xocavənddə törədilən dəhşət.
Xocavənd rayonunun, eləcədə Dağlıq Qarabağın ən qədim yaşayış məntəqələrindən biridir.
1988-ci ildən, Dağlıq Qarabağda erməni separatçılarının baş qaldırdığı ilk gündən Qaradağlı kəndinin də faciəli günləri başladı. Kənd sakinləri tam mühasirə şəraitində olmalarına baxmayaraq erməni işğalçılarına qarşı 4 il qəhrəmanlıqla mübarizə aparıb, böyüyüb boya-başa çatdıqları doğma yurdun hər qarışı, hər daşı uğrunda mübarizəyə apardılar. Bu illər ərzində onlarla kənd sakini erməni silahlı birləşmələrinə qarşı qeyri-bərabər döyüşlərdə canlarını fəda etmiş, Vətən, doğma torpaq uğrunda Şəhid olmuşdular.
Tarix boyu türklərə qarşı soyqırımı həyata keçirməkdən çəkinməyən ermənilər XX əsrin sonlarında bütün bəşəriyyətə və insanlığa ləkə olan növbəti cinayəti – Qaradağlı soyqırımını həyata keçirdilər. 1992-ci il fevralın 17-də Qaradağlı kəndi erməni silahlı quldur birləşmələri tərəfindən işğal olunmuş, kənddə olan 118 nəfər əsir götürülmüşdür.
Ermənilər ölənləri silos quyularına doldublar, girovlara dəhşətli işgəncələr veriblər.