GenelGüncelKültür Sanat

Qar dənəsi

Nazənin Dünyamalıyeva

                                 Qar dənəsi

         Soyuq bir qış günü idi. Murad məktəbdən çıxıb yorğun halda evlərinə gəlirdi. O , evlərinə çatmağa az qalmışdı ki, birdən nəsə səs eşitdi.   Əvvəlcə ətrafa nəzər saldı. Hasarın dibində qardan seçilməyən, balaca, məsum bir pişik balası gördü. Bala pişik soyuqdan tir- tir titrəyirdi. Murad pişiyə yaxınlaşdı . Onun üzərindəki qar dənəciklərini əli ilə yerə tökdü.  Sonra isə  pişik balasını əlinə alaraq evlərinə gətirdi. Yol gedərkən bu balaca dostuna nə ad qoyacağını fikirləşdirdi. Artıq evlərinə çatdı və qapının zəngini çaldı.  Anası qapını açdı. Amma ana gördüyü mənzərə qarşısında  donub qaldı . Oğlunun əlində ağ-appaq,çox gözəl və tir-tir titrəyirən balaca bir pişik balası var idi. Murad birdən dilləndi:

      – Ana olarmı bu pişik balası bu gündən sonra bizimlə yaşasın?

Çünki o ,küçələrdə çox üşüyər, ac qalar və birdən ona nəsə olar .

      Ana isə şəfqət dolu baxışları ilə dedi:

     -Bəli ,oğlum əlbəttə olar.

Murad bu dostunun adını o gündən sonra Qar dənəsi qoydu.  Çünki, onun ağ yumşaq tükləri  qara bənzəyirdi.

Qar dənəsi günü gündən böyüyür, və hər keçən gün daha da gözəlləşirdi.

Artıq bu iki dost bir birinə çox bağlamışdı . Onlar bir birlərini çox sevir və hətta günün yarıdan çoxunu birlikdə keçirirdilər.

        O ,gün  Muradın atdığı addım bütün uşaqlara örnək oldu. Bu hadisəni eşidən bütün uşaqlar bir daha anladılar ki , nolursa olsun heyvanlara sevgi və qayğı ilə yanaşmalıdırlar.

Nazim Əhmədli /Kırımın sesi qazetesinin Azərbaycan təmsilcisi

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest